14 iyul 1969-cu il
Azərbaycanın tarixində
dönüş günü,
xalqımızın yaddaşında
əlamətdar gün
kimi qalır. Respublikamızın mədəni,
iqtisadi yüksəlişində,
xalqımızın rifah
halının yaxşılaşdırılmasında,
indiki müstəqil dövlətimizin təməlinin
qoyulmasında həmin
günün müstəsna
rolu olub. Bu tarix Azərbaycanın
xilasının birinci
mərhələsidir. Biz
bu günü xalqın özünə qayıdış tarixi də adlandıra bilərik. Həmin gün müdrik şəxsiyyət, nəhəng
Sovetlər ölkəsində
təşkilatçılıq qabiliyyətinə görə
alternativi olmayan Ulu Öndər Heydər Əlirza oğlu Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə
gəlib. Ümummilli Lider Heydər Əliyev öz uzaqgörən siyasəti
ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Hakimiyyətə
gəldiyi ilk günlərdən Heydər
Əliyev bütün
sahələrdə yüksək
ixtisaslı kadrların
yetişdirilib hazırlanması
məsələsinə böyük
diqqət və qayğı göstərib.
Bu kadrların böyük əksəriyyətini
respublikanın özündə
hazırlamaq məqsədilə
o, ali və orta ixtisas müəssisələrinin
maddi-texniki bazasını
möhkəmləndirib. Onların
yeni binalar və avadanlıqlarla təchiz olunmasını təmin edib.
Ulu Öndər
hələ sovet dövründə sanki gələcəyi görür,
böyük uzaqgörənliklə
milli zabit kadrların yetişdirilməsinə
çalışırdı. O vaxtlar Azərbaycandan orduya çağırılan
gənclər döyüş
üçün nəzərdə
tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd isə azərbaycanlılar
arasında peşəkar
hərbçilərin yetişdirilməsinə
imkan verməmək idi. Bunun mahiyyətini
bilən Ulu Öndərin qətiyyəti
sayəsində 1971-ci ildə
Cəmşid Naxçıvanski
adına ixtisaslaşdırılmış
hərbi məktəb
yaradıldı. Heydər
Əliyev, həmçinin
azərbaycanlı gənclərin
Bakı Ali Birləşmiş Komandanlıq
və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə,
eləcə də
SSRİ-nin digər hərbi məktəblərinə
güzəştli şərtlərlə
qəbul edilməsinə
də nail oldu. Bu məktəblərdə
yetişən Azərbaycan
hərbçiləri Birinci
Qarabağ müharibəsində,
Aprel döyüşlərində,
İkinci Qarabağ müharibəsində yüksək
peşəkarlıq və
misilsiz igidliklər göstərdilər.
Qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə
gəlməsindən sonrakı
dövr həm də milli özünüdərkin,
özünəqayıdışın başlanğıcı kimi
qəbul olunur. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi təyin olunduğu il tarixdə yeni dövrün, Azərbaycanın sosial-iqtisadi
həyatında inkişafın
bünövrəsi qoyuldu. Beləliklə,
Azərbaycan KP MK-nın
5 avqust 1969-cu il plenumunda Azərbaycanın
gələcək inkişafının
strateji istiqamətləri
müəyyənləşdirildi. Bütünlüklə sovet
cəmiyyətini bürüyən
rüşvətxorluq, korrupsiya
hallarının etiraf
olunması İttifaqda
böyük hadisəyə
çevrildi. Ölkədəki
acınacaqlı vəziyyət,
əhalinin məmurlar
tərəfindən əsassız
olaraq incidilmə hallarının, rüşvət
və korrupsiyanın qarşısının alınması
üçün mühüm
tədbirlər hazırlandı.
Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə həm də xalqımızın mənəvi-əxlaqi
dəyərlərinə söykənən
genişmiqyaslı tədbirlərin
həyata keçirilməsi
insanlarda milli ruhun oyanışını
şərtləndirdi. 1969-1982-ci illəri Azərbaycanın
intibah dövrü adlandırılır. Heydər
Əliyevin SSRİ-nin
əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilməsi,
daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması Azərbaycanda əsl bayram əhvali-ruhiyyəsi yaratmışdı.
Çünki bir azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyətində
yüksək vəzifədə
olması qürurverici
idi.
1990-cı illərin əvvəllərində, dövlət
müstəqilliyinin bərpasının
olduqca ağır keçən ilk dönəmlərində ölkədə
görünməmiş xaos
və anarxiya hökm sürürdü.
O dövrün hakimiyyətinin
səriştəsizliyi Azərbaycanı
uçuruma sürükləyirdi.
1993-cü ilin yayında
siyasi və iqtisadi böhran kulminasiya nöqtəsinə
çatdı. Yaranmış
son dərəcə mürəkkəb və ağır vəziyyətdə
xalq gözünü Heydər Əliyevə dikmişdi. Hamı belə bir yekdil
fikirdə idi ki, ölkəni fəlakətdən yalnız
bu müdrik insan qurtara bilər.
Beləliklə, Heydər
Əliyev 1993-cü il
iyunun 9-da Naxçıvandan
Bakıya qayıdaraq,
ölkəni xaos, vətəndaş qarşıdurması,
dövlət müstəqilliyinin
itirilməsi təhlükəsindən
xilas etdi. O, iyunun 15-də Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi. Bu, xalqın, dövlətin və dövlətçiliyin
Qurtuluşu idi. Hakimiyyətə gəldikdən
sonra Ümummilli Liderin ən böyük arzusu və məqsədi Qarabağın düşmən
tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin arzularını cənab Prezident İlham Əliyev reallaşdırdı.
Ata vəsiyyətini yerinə yetirən ölkə rəhbərinin
iradəsi sayəsində
bu gün Şuşada, Laçında,
Ağdamda, Füzulidə,
Cəbrayılda, Zəngilanda,
Qubadlıda, Kəlbəcərdə
üçrəngli bayrağımız
əzəmətlə dalğalanır.
Xalqımızın 30 illik
yurd həsrətinə,
torpaq nisgilinə son qoyulub. Biz
doğma Qarabağımıza
qovuşmuşuq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük
oğlu, dünyaşöhrətli
siyasi xadim, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.
Nuranə DAXİLQIZI
Respublika.- 2023.- 14 iyul.-
S. 5.