Prezident İlham
Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə
ekoloji problemlərdən
danışıb
"Qarabağ və
Şərqi Zəngəzur
ekoloji fəlakət zonasına çox yaxın idi. Çünki Ermənistan
həm Ermənistandakı
müəssisələrin fəaliyyəti
nəticəsində, eyni
zamanda o vaxt işğal edilmiş torpaqlarda Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə
istismarı nəticəsində
təbiətimizə böyük
zərbə vurub".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev cari ilin altı
ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş müşavirədə
bildirib.
Ötən ilin
dekabrında başlayan
ekofəalların aksiyası
bütün dünyanın
diqqət mərkəzində
oldu. Doğrudur, ekofəalların haqlı
tələblərinə münasibət
bildirən olmasa da, dünyanın bəzi ermənipərəst
mətbuat orqanlarında
aksiyanı siyasiləşdirən
və kontekstdən çıxarılmış yazılar
çoxaldı. Ancaq məsələnin mahiyyətində
nələrin durduğunu
düşünən olmadı...
Azərbaycanın Qarabağ
iqtisadi bölgəsində
faydalı yataqlarımız
erməni mənfurları
və onların xaricdən dəvət etdiyi şirkətlər tərəfindən 30 ilə
yaxın bir müddətdə qanunsuz şəkildə talanıb,
sərvətlərimiz ölkədən
daşınaraq xaricdə
satışa çıxarılıb.
Üstəlik, qazıntılar
zamanı ərazilərimizdə
genişmiqyaslı ekoloji
terror da törədilib. Bu, ənənəvi erməni
xislətinə məxsus
bir qaydadır. Neçə il işğal dövründə
Zəngilanın, Kəlbəcərin
faydalı qazıntılarını,
təbiətini talayıb
dağıdan bu barbarlar müharibədən
sonra da Qarabağ iqtisadi rayonunda eyni əməllərini davam etdirirdilər. Elə ekofəallar bu səbəbdən həyəcan
təbili çalırdılar...
Ermənistanın Azərbaycana
qarşı ekoloji terroru bütün formalarda baş verib. Ərazilərimizdə
qeyri-qanuni məskunlaşmış
ermənilər təkcə
xalqımıza qarşı
deyil, eyni zamanda təbiətimizə
və təbii sərvətlərimizə, bütövlükdə
isə bəşəriyyətə
qarşı ekoloji terror aktını həyata keçiriblər.
İşğal dövründə
Cəbrayıl, Zəngilan,
Qubadlı, Kəlbəcər,
Şuşa meşələrini
yandırmış, Zəngilan
rayonu ərazisindən
keçərək Araz
çayına tökülən
və Ermənistan tərəfindən ekoloji
terrora məruz qalan Oxçuçay çayı çirkləndirilmiş,
bunun nəticəsində
çay və göllərdə özü-özünü
tənzimləmə prosesi
dayanmış, su hövzələri bütün
canlılar üçün
zərərli, ölü
bir zonaya çevrilmişdir. Dövlət
başçısı bununla
bağlı demişdir:
"Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay,
Köndələnçay, Oxçuçay. Bütün
bu çayları ermənilər işğal
etmişdilər, vəhşicəsinə
istismar edirdilər. Oxçuçay çayının
fəlakəti indi dünyanın gözü
qabağındadır. Oxçuçayı
zibilləyən, zəhərləyən
"Gronimet" şirkətidir...
Oxçuçayın suyunu
sarı rəngə boyayan "Gronimet" şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər
ki, vaxt keçdi və biz hər şeyi
unutduq. Biz heç nəyi unutmamışıq və
unutmayacağıq".
Onu da qeyd edək ki, müharibədən dərhal sonra dövlət başçısının
göstərişi ilə
ermənilərin ekologiyaya
vurduqları ziyanın
aradan qaldırılması
işlərinə də
başlanılıb.
Azərbaycan Prezidenti
müşavirədə ölkənin
digər ərazilərindəki
ekoloji problemlərdən
də danışıb.
Bu gün ölkə iqtisadiyyatı
sürətlə inkişaf
edir, əhalinin sosial-mədəni səviyyəsi
yaxşılaşır, bununla
yanaşı təbii
ehtiyatlardan səmərəli
istifadə və ekoloji tarazlığın
qorunması daim dövlətimizin diqqət
mərkəzindədir. Son
illər ekologiyaya, təbiəti mühafizəyə
və təbii ehtiyatlardan səmərəli
istifadəyə dair bir sıra normativ-hüquqi
aktlar qəbul olunmuşdur.
Artıq bir müddətdir ki, Gədəbəy rayonunda ekoloji tarazlığın
pozulması, insanların
sağlamlığına təhlükənin
artması barədə
həyəcan təbili
çalınır. Məsələ
burasındadır ki, Gədəbəy rayonunda qızıl zavodunun yaratdığı zəhər
gölü bütün
bölgəyə ziyan
vurur. Çünki qapalı olduğuna görə, həm də sızıntı vasitəsilə zəhər
bütün ətrafa
yayılır. Sakinlər
dəfələrlə yaxınlıqda
olan təbii su mənbələrindən
su içən heyvanların öldüyünün
şahidi olublar. Sızıntı vasitəsilə
bu zəhərin yaxınlıqdan keçən
Şəmkir çayına,
oradan da Şəmkir Su Anbarına düşməsi
bütöv bir bölgənin məhvi deməkdir. Gəncə şəhərinin böyük
bir hissəsinə içməli suyun Şəmkir Su Anbarından verildiyi nəzərə alınsa,
bu prosesin təhlükəsinin səviyyəsi
daha aydın görünür. Təəssüflə
qeyd etməliyik ki, nə Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
nə Gədəbəy
Rayon İcra Hakimiyyəti nədənsə
ekologiyanın bu cür məhv olmasına əhəmiyyət
verməyib. Müşavirədə
Prezident İlham Əliyev öz çıxışında bu
məsələyə geniş
yer ayırıb:
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi ən azı səhlənkarlığa
yol verib, nəzarətsizlik nümayiş
etdirib, passiv müşahidəçi kimi
çıxış edib
və bunun nəticəsində xarici
investor bizim təbiətimizi zəhərləyib...".
Dövlət başçısı
çıxışında Gədəbəy rayonunda baş vermiş hadisənin qəbuledilməz
olduğunu, respublikada
fəaliyyət göstərən
xarici şirkətlərin
ölkə qanunlarına
hörmətlə yanaşmalarının
vacibliyini, bəzi qurumların məsələyə
biganə münasibət
göstərdiyini, qaranlıq
məsələlərə aydınlıq gətirilməsinin
zəruriliyini də diqqətə çatdırıb.
Bəli, ölkədə
ekoloji problemlər var.
Bu məsələnin həllində
isə təkcə dövlət strukturları
deyil, hər birimiz maraqlı olmalıyıq. Doğrudur,
təbiət və insan problemi bəşəri bir problemdir, lakin indi zaman başqadır, çünki artıq təbiətin özü insanlardan imdad diləyir. Bir ağacı
məhv etmək, bir gölü qurutmaq, nadir canlıların
nəslini kəsmək
və s. təbiətə
qarşı cihaddır.
Təbiətə qəsd
qəbuledilməzdir!..
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 14 iyul.-
S. 8.