Brüssel formatı: sülhə yaxınlaşma

 

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində fəallıq artır

 

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Beynəlxalq aləmdə artan nüfuzu, diplomatik uğurları ölkəmizin haqq-ədalət uğrunda apardığı mübarizəsinə, inkişafına, demokratik bir dövlət kimi tanınmasına böyük təkan verir. Sülh danışıqlarında əldə edilən nəticələr bu baxımdan xarakterikdir Azərbaycan Prezidenti  İlham Əliyevin düşünülmüş qətiyyətli siyasətinin qələbəsi kimi qiymətləndirilir.

Azərbaycan Ermənistan liderlərinin indiyədək davam edən çoxsaylı  görüşləri ikitərəfli, həm Avropa İttifaqının Rusiyanın  vasitəçiliyi ilə üçtərəfli formatda baş tutub. ABŞ da hansı  ölkədə keçirilməsindən  asılı olmayaraq Azərbaycanla Ermənistan arasında danışıqları dəstəkləyir. İyunun 27-dən 29-dək ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov Ararat Mirzoyan ilə görüş keçirib. ABŞ dövlət katibi iki ölkənin xarici işlər nazirləri ilə görüşündən sonra bildirib ki, dialoq davamlı sülhün açarıdır.

Qeyd edək ki, üçtərəfli 10 noyabr Bəyanatından sonra ilk görüş 2021-ci il yanvarın 11-də Rusiya liderinin təşəbbüsü ilə Kremldə olub.

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi görüşdə tərəflər Qarabağda atəşkəs haqqında birgə bəyannamənin icrası ilə bağlı irəliləyişə nəzər salıb regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər.

Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken Ermənistan  baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. 2022-ci ildə dövlət başçıları arasında ilk görüş aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə keçirilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın  birgə görüşü 4 saatdan artıq davam edib. Prezident İlham Əliyev görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini bu xüsusda danışıqlara hazır olduğunu bildirib. 

Növbəti görüş mayın 22-də yenidən Brüsseldə gerçəkləşib. Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Eyni zamanda, avqustun 31-də tərəflər yenidən bir araya gəliblər. Sülh müqaviləsinin ilkin mərhələsinin hazırlanması üçün razılıq əldə olunub.

Liderlər arasında sonrakı görüş oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Bu dəfə görüşdə Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Beləliklə, Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olub. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub. Ötən ilin növbəti görüşü oktyabrın 31-də Soçidə keçirilib. Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Qeyd edək ki, dekabrın 7-də Brüsseldə Azərbaycan Ermənistan rəhbərləri arasında planlaşdırılan görüş ləğv olunub. Prezident İlham Əliyev görüşün ləğv olunmasını Paşinyanın Fransa prezidenti Emmanuel Makronu danışıqlara cəlb etmək istəyi ilə əlaqələndirib.

2023-cü il mayın 14-də Brüsseldə Azərbaycan  Prezidenti İlham Əliyev Ermənistan  baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında bildirib ki, böyük məmnuniyyətlə Prezident Əliyevi baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş sayca beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi.

Liderlər 1991-ci ilin "Alma-Ata Bəyannaməsi"nə Ermənistanın 29,800 kvadratkilometr Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyi iki ölkə arasında normallaşmanı təşviq etmək səylərini inkişaf etdirmək üçün Ermənistan Azərbaycan liderləri ilə sıx əlaqə saxlamaqda davam edir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyunun 1-də Moldovanın paytaxtı Kişineuda növbəti görüşün yekunlarına dair mətbuata  açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şolts ilə çox yaxşı görüş keçirdik. Bizim may ayında Brüsseldə müzakirə etdiyimiz məsələləri nəzərdən keçirmək, əlaqələndirmə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirə aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz çox gərgin çalışırıq. Biz münasibətlərin normallaşdırılması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik həmçinin bəyan etdik ki, Prezident Əliyevi, baş nazir Paşinyanı, kansler Şoltsu Prezident Makronu "Avropa siyasi birliyi"nin İspaniyada keçiriləcək növbəti toplantısı çərçivəsində yenidən görüşə dəvət etmək niyyətindəyik.

Ümumiyyətlə, Brüssel görüşünün gündəliyi fonunda vurğulamaq lazımdır ki, bu format tərəflər üçün daha produktiv nəticəyönümlüdür. Azərbaycan Ermənistanla sülh sazişi imzalanmasının, sərhədlərin müəyyənləşdirilməsinin, regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Bütün bunların fonunda Brüssel görüşü onun nəticələri böyük önəm kəsb edir. Dövlətimizin başçısı hərbi əməliyyatlar bitdikdən sonra bəyan edib ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Avropa İttifaqının bu proseslərə bundan sonra da dəstək verməyə hazır olduğu qeyd edilib. Brüssel görüşündə Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına dair, eləcə Qarabağ məsələsinin, ümumiyyətlə, gündəmə gətirilməməsi beynəlxalq platformanın Azərbaycan Prezidentinin siyasi iradəsi ilə hesablaşması, dövlətimizin regionda yaratdığı reallıqların Avropa miqyasında qəbul edilməsi baxımından olduqca mühüm amil kimi diqqət çəkdi. Rəsmi Bakının Qarabağın erməni əhalisi ilə şəffaf konstruktiv dialoq aparması zərurəti məsələsinin qaldırılması da özlüyündə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, Konstitusiyasına hörmət cənab İlham Əliyevin qətiyyətli mövqeyinin təsdiqi deməkdir.

Bütün bunlar belə deməyə əsas verir ki, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü məlum baza prinsipi əsasında qurulur. Beşinci Brüssel görüşü bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir məğlub olan ölkənin rəhbəri bu şərtlərə əməl etməlidir.

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 15 iyul.- S. 1; 2.