Erməni faşizmi üçün
dinlərin və millətlərin fərqi yoxdur
Azərbaycanın İkinci
Qarabağ müharibəsində
erməni ordusunu darmadağın etməklə
təkcə ölkəmizin
işğal altında
olan torpaqlarını
azad etmədiyi, həmçinin bütün
Cənubi Qafqazı erməni faşizminin təhdidindən qurtardığı
bu gün artıq heç kəs üçün sirr deyil. "Dənizdən-dənizə Ermənistan"
adlı utopik ideyalarını həyata
keçirmək üçün
erməni vandallarının
əl atmamadığı
cinayətin olmadığını
da artıq bütün dünya bilir və onların
30 il ərzində işğal altında saxladıqları ərazilərdə
törətdikləri cinayətlərin
izlərini indi dünya ictimaiyyətinin nümayəndələri azad
edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında
öz gözləri ilə görürlər.
Düşünmək olardı
ki, erməni rəzilliyinin mahiyyətinə
artıq bundan sonra heç nə əlavə etmək olmaz. Amma sən demə,
bu, heç də belə deyilmiş. Dinc əhaliyə qarşı
terror və soyqırımı əməliyyatlarının
keçirilməsində xüsusi
vərdişləri və
böyük təcrübələri
olan erməni faşistləri indi də bu təcrübəni
Ukrayna əhalisinə
qarşı tətbiq
etmək niyyətindədirlər.
Erməni faşizminin
hər zaman mənəvi rəhbərliyində
duran erməni kilsəsi isə bu dəfə də qaniçənlərinə
növbəti cinayətlərinə
xeyir-duasını verdi.
Moskvanın erməni
apostol kilsəsində
"Arbat" adlı
silahlı birləşmənin
yaradılması bütün
səmavi dinlərin əsasında duran mərhəmət və xeyirxahlıq prinsiplərinə
ziddir. Əslində Eçmiədzindən idarəolunan
erməni kilsəsi mövcud olduğu bütün dövrlərdə
nə xristianlığın
əsasını təşkil
edən konseptual prinsiplərə, nə də ümumiyyətlə,
ümumbəşəri dəyərlərə
sığmayan fəaliyyəti
ilə hər zaman insanlıq əleyhinə cinayətləri
dəstəkləyib və
əksər hallarda hətta onları birbaşa təşviq və təbliğ edib. Təkcə müsəlman-türk xalqlarına
qarşı erməni
kilsəsinin tarix boyu erməni millətində formalaşdırdığı
və hər zaman qızışdırdığı
düşmənçilik və
nifrət hissləri əsrlər boyunca milyonlarla insanın qətlinə səbəb
olub. Bu gün də erməni kilsəsinin fəaliyyəti həm öz xalqında, həm də dünyada islamofob, türkofob hisslərin gücləndirilməsinə yönəlib.
Lakin son baş verən hadisələr sübut edir ki, erməni
faşizmi üçün
dinlərin və millətlərin heç bir fərqi yoxdur. İnsan qanına susamış bu vəhşilər heç bir tərəddüd etmədən
öz xristian qardaşlarını da qətlə yetirməyə
hazırdırlar. Ələlxüsus
da öz dini rəhbərlərindən
xeyir-dua aldıqdan sonra. Moskva erməni
apostol kilsəsi isə əlbəttə ki, Kremldən bir "molodets" eşitmək üçün
yüzlərlə qətliamı
dəstəkləməyə və hətta, lazım gələrsə,
bilavasitə törətməyə
də həmişə
hazırdır. Əslində
Ukraynaya qarşı Ermənistan bayrağı
altında döyüşən
hərbi batalyonun erməni kilsəsi tərəfindən formalaşdırılması,
elə həmin əsgərlərin törətdikləri
bütün hərbi cinayətlərin təşkilatçısının
da birbaşa bu kilsənin olduğu anlamına gəlir.
Moskva erməni
kilsəsində yaradılmış
və əsasən Donbasda gedən döyüşlərdə iştirak
etməsi üçün
xeyir-dua almış
"Arbat" erməni
batalyonunun tərkibində
terrorçu Armen Sərkisyanın yer alması diqqəti cəlb edir. Çünki bu şəxs Ukraynanın Qorlovka şəhərindəndir
və 2014-cü ildə
Kiyevdə Maydan hadisələri zamanı
"ölüm briqadaları"
yaradaraq dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik
etməsi ilə bağlı hazırda Ukraynada axtarışdadır.
Bu, bir daha
sübut edir ki, nə vaxtsa
gəlib məskunlaşdığı
torpaqlara, bu torpaqlarda yaşayan xalqlara, bir vaxtlar
ona öz qapısını açmış,
süfrəsində yer
vermiş, çörəyini
bölmüş insanlara
qarşı xəyanət
erməni xislətinin
mahiyyətində duran
səciyyəvi cəhətlərdəndir.
Xəyanət isə heç zaman bağışlanmır. Üç
il bundan öncə Şanlı Azərbaycan Ordusu bu xəyanətin layiqli cəzasını verdi. İndi isə erməni faşizmi, erməni kilsəsinin xeyir-duası ilə öz çirkin əməllərini
Ukraynada davam etdirmək istəyir. Amma bu da
uzun çəkməz.
Erməni əsgərinin
"döyüşkənliyi" artıq İkinci Qarabağ savaşının
nəticələrinə görə
bütün dünyaya
məlumdur. Yəqin ki, ən yaxın
vaxtlarda erməni batalyonunun öz silahlarını, Ermənistanın
bayrağını indi
də Donbasda necə qoyub-qaçacaqlarının
hamımız şahidi
olacağıq. Erməni
kilsəsi isə erməni faşizminin tarix boyu törətdiyi
bütün qətliamlara
və digər cinayətlərə görə
mütləq məsuliyyət
daşımalıdır.
Novruzəli ASLANOV,
Milli Məclisin
deputatı.
Respublika .- 2023.- 16 iyul.-
S.6.