GÜCLÜ ORDU müstəqil dövlətçiliyimizin təminatçısıdır

 

Güclü dövlətin qüdrətini müəyyən edən əsas amillərdən biri onun müasir peşəkar orduya sahib olmasıdır. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan ordu quruculuğu prosesində böyük uğurlar əldə etmişdir. Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Ölkəmizdə ordu quruculuğu prosesi müstəqil Azərbaycan dövlətinin banisi olan ulu öndər Heydər Əliyevin müstəsna fəaliyyəti əsasında uğurla həyata keçirilmişdir. Heydər Əliyevin çoxşaxəli siyasi kursu ətrafında sıx birləşən milli qurtuluşuna, dövlət müstəqilliyinin xilasına nail olan Azərbaycan xalqı xoşbəxt gələcəyə aparan davamlı inkişaf yoluna qədəm qoydu. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurlarının etibarlı təməli oldu. Heç şübhəsiz, ulu öndərin Azərbaycan dövlətçiliyini qoruması əbədiliyini təmin etməsi müasir ordu quruculuğunun əsasında mümkün olmuşdur. Müdrik şəxsiyyət Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi dönməz etdi. Bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinin qurulmasına həsr edən ümummilli liderimiz Azərbaycanın müasir qüdrətli ordusu üçün əsaslı işlər gördü, ordu quruculuğuna, ölkənin hərbi kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdi. Ölkə rəhbərliyinə gəldiyi ilk gündən Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsini önə çəkərək xalqına, dövlətinə sadiq hərbi kadrların yetişməsinə şərait yaratmışdır. Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Bakıda xüsusiləşdirilmiş hərbi təmayüllü orta internat məktəb - Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Bu gün ordumuzun zabit heyətinin demək olar ki, əsasını məhz həmin məktəbin məzunları təşkil edir.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti ordu yaradılması haqqında qanun qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsində göstərilir: "Azərbaycan Respublikası öz təhlükəsizliyini müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan başqa silahlı birləşmələrdən ibarətdir".

Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti xarakteri 2017-ci il 29 dekabr tarixli "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanunla tənzimlənir. Ölkəmizdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Daxili Qoşunlar, Milli Qvardiya, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Sülhməramlı Qüvvələr xidmət göstərir. Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Ali Hərbi Təyyarəçilik məktəblərinin ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var.

 Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Əlbəttə ki, Azərbaycanın bu uğuru digər qazanılan nailiyyətlər kimi qətiyyətin, əzmin sayəsində əldə edilmişdir. Yenilməz ordumuzun döyüş bacarığı, müasir silah-sursat texnika ilə təmin olunması bunun nəticəsidir. Müasir ordumuzun yenilməzliyinin bərqərar olması məhz Prezident İlham Əliyevin müstəsna xidmətləri əsasında mümkün olmuşdur. Silahlı Qüvvələrin maddi-texniki bazasını milli məhsullar hesabına gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması, Azərbaycanın MDB məkanında müasir tələblərə cavab verən müdafiə sənayesinin təkmilləşdirilməsi görülən işlərin bir hissəsidir. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək bildirmişdi: "Gün gələcək bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək hərbi paradda göstəriləcək". Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları bütün dünyaya nümayiş etdirildi.

Azərbaycan torpaqları 30 ilə yaxın bir müddətdə erməni tapdağı altında idi. Məhz yenilməz, müzəffər Ordumuz işğalçıların qurduqları istehkamları, məğlubedilməzlik mifini darmadağın edərək xalqımızın yurd həsrətinə son qoydu - torpaqlarımız işğaldan azad edildi. Ölkə başçımız beynəlxalq hüquq normalarına əsasən münaqişənin sülh yolu ilə, diplomatik danışıqlarla sonlanmasına səy göstərsə , hər zaman məsələnin hərb yolu ilə həllini istisna etmirdi. Prezident, Ali Baş Komandan çıxışlarında "biz nəyi zaman edəcəyimizi yaxşı bilirik" deməsi bütün suallara cavab mahiyyəti daşıyırdı. Belə ki, Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində torpaqlarımızın bir qismini geri alaraq düşmənə öz gücünü nümayiş etdirdi, "Dəmir Yumruq"un ilk zərbəsini düşmən məhz Aprel döyüşlərində hiss etdi. Artıq danışıqlar yolu ilə məsələnin həlli mümkünsüz görünürdü. Bununla yanaşı, ATƏT-in keçmiş Minsk qrupu 28 il ərzində münaqişənin hərb yolu ilə həllinə mane olmuş, müxtəlif vədlərlə məsələnin həllini gecikdirmişdi. BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, ATƏT digər beynəlxalq təşkilatların müvafiq qərarları kağız üzərində qalmışdır. Ermənistan tərəfi illər boyu beynəlxalq hüququn əsas prinsiplərini pozmuş qəbul edilən qətnamələrin tələblərinə məhəl qoymadan, çirkin əməllərindən əl çəkməyərək ərazilərimizi daim atəşə məruz qoymuşdur. Bununla kifayətlənməyən mənfur düşmən 2020-ci ilin iyulundan başlayaraq dövlət sərhədi təmas xətti boyu təxribatlar törədərək arasında çox sayda azyaşlı olmaqla mülki əhalinin ölümünə səbəb olmuşdur. Azərbaycan xalqı düşmən tapdağında qalan torpaqlarımızın azad edilməsi üçün döyüşə hazır olduğunu bildirərək vahid bir yumruq kimi birləşdi. Bu, əsl xalq-iqtidar birliyinin nümayişi idi. Məlumdur ki, işğalçı tərəf 2020-ci il sentyabrın 27-də "yeni ərazilər uğrunda yeni müharibələr" şüarı altında hücuma keçdi. Lakin düşmən bu addımları ilə öz ölüm fərmanını imzaladı. Azərbaycan dövlətinin səbr kasası artıq çoxdan daşmışdı, Ordumuz Ali Baş Komandanın əmri ilə düşmən üzərinə hücuma keçməyi gözləyirdi. gözlənilən an gədi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycanın qüdrətli ordusu əks-hücum əməliyyatı keçirərək sürətlə irəliləyərək işğal altında olan ərazilərimizi düşmən əsarətindən azad etdi. 44 gün davam edən Vətən müharibəsində şanlı ordumuz Ermənistan üzərində tam Qələbə qazandı Azərbaycan Prezidentinin dəmir yumruğu Ermənistanı 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa işğal altında qalmış digər ərazilərimizdən qoşunlarını çıxarmağa məcbur etdi.

44 günlük Vətən müharibəsi göstərdi ki, ölkəmiz ötən dövr ərzində Silahlı Qüvvələrimizin maddi-texniki bazasını əsaslı olaraq gücləndirmişdir. Belə ki, uzun müddət havadaqalma qabiliyyətinə malik müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan "HERON", orta ölçülü, çoxməqsədli "HERMES 900", "HERMES 450", "HAROP", "Bayraktar" pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi. Qısa zamanda Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal etməsi son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid "İqlim", "Avia-Aqreqat", "Sənayecihaz", "Dalğa" elm-istehsalat birlikləri, "Elektron Hesablayıcı Maşınlar", "Gəncə Maşınqayırma", "Elektromexanika", "Radioquraşdırma", "Telemexanika", "Cihazqayırma", "Azon", "Araz", "Peyk", "Üfüq", "Dalğa" kimi müəssisələr uğurla fəaliyyət göstərir.

Qeyd etməliyik ki, Azərbaycan Ordusu 44 günlük müharibədən sonra gücünü daha da artırmışdır. Atılan addımlardan biri , yeni Komando hərbi hissələrinin yaradılmasıdır. İlkin mərhələdə Komando hərbi hissələrinin baza ixtisas kursları Türkiyədə aparılırdısa, indi Azərbaycanda həyata keçirilir. Hər bir hərbi hissənin özünə aid olan maddi-texniki bazası bütün tədris prosesini müvafiq poliqonlarında icra etməyə şərait yaradır. Komando hərbi hissələrinin sayının daha da artırılması üçün tədbirlər görülür, yeni hərbi hissələr inşa edilir. Bütün bu işlər Azərbaycan Ordusunun döyüş imkanlarını daha da artırmaq məqsədilə həyata keçirilir. İyunun 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin biri artıq fəaliyyətə başlayıb. Döyüş Bayrağını təqdimetmə mərasimində Prezident, Ali Baş Komandan İlham Əliyev çıxışında İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq qəhrəmanlıq göstərdiyini vurğulayaraq deyib: "Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur bu vəzifə uğurla icra edilir".

Sirr deyil ki, artıq dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn işləməməsi, hüquq dairələrinin ikili standartlar sərgiləməsi ədalətin bərpası prosesindəki ləngimələr ya ümumiyyətlə nəticəsiz qalan məsələlər bunu deməyə əsas verir. Məhz yeni dünya nizamında əsas şərtlər, güclü ordunun, diplomatiyanın iqtisadiyyatın olmasıdır. Azərbaycan bu gün sadalanan bütün komponentləri özündə cəmləyən yeganə ölkələrdəndir. Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan öz qüdrəti ilə tam müstəqil daxili xarici siyasət aparır, bu xüsusda olduqca önəmli nailiyyətlər əldə edir. Prezident İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı bildirib: "Biz bu siyasəti aparmaqla ölkəmizin qüdrətini artırırıq. Çünki bu gün dünyada güc amili ön plandadır güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik heç kim bizim iradəmizə təsir edə bilməz. Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi qoruya bilmişik maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur, hər şey göz qabağındadır".

 

Nurlan ABDALOV

 

Respublika.- 2023.- 18 iyul.- S. 1; 5.