Davamlı iqtisadi
inkişaf güclü
dövlətin dayağıdır
Son illərin göstəricilərindən də
məlum olduğu kimi, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyada
nüfuzu durmadan artan Azərbaycan regionun siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilmişdir. Prezident
İlham Əliyevin liderliyi ilə həyata keçirilən
uğurlu daxili və xarici siyasət nəticəsində
ölkəmiz bu gün müəyyən edilmiş hədəflərə
doğru inamla irəliləyir. Bu nailiyyətlərin əldə
olunmasında regionların
sosial-iqtisadi inkişafını
təmin edən Dövlət proqramlarının
müstəsna rolu danılmazdır. 2004-cü ildən
etibarən regionların
sosial-iqtisadi inkişafına
dair müvafiq Dövlət proqramlarının
uğurla reallaşdırılması
bölgələrin inkişafı
və iqtisadi güc amilinə çevrilməsinə, ölkənin
potensialının artmasına
əsaslı şərait
yaratmışdır.
Azərbaycanda real
ÜDM-in həcmi üç dəfədən
çox artmış,
dövlətimiz Cənubi
Qafqaz üzrə əlavə dəyərin
70 faizindən çox
hissəsinə sahib olmaqla regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir. Bununla
yanaşı, neft gəlirlərinin qeyri-neft
sektoruna yönəldilməsi,
yeni istehsal sahələrinin və iş yerlərinin açılması, istehsal,
nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş
miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması
bu dövrdə bütövlükdə ölkəmizin
dinamik və dayanıqlı yüksəlişinin
əsasını təşkil
etmişdir. Azərbaycanda
iqtisadiyyatın əsasının
qeyri-neft sektorunun təşkil etməsi bu sektorun dinamik
inkişafına, ölkə
iqtisadiyyatının diversifikasiyasına
yönəldilmiş siyasətin
nəticəsidir. Qeyd
etmək yerinə düşər ki, Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın
iqtisadi məzənnəsi"
adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 2,6 faiz proqnozlaşdırılır. Ötən
ildə ÜDM 2021-ci ilə
nisbətən 4,6 faiz
artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz
sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Dünya Bankının 2023-cü il
üçün "Qlobal
İqtisadi Perspektivlər"
hesabatına əsasən,
Azərbaycan üzrə
verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Bu il Azərbaycan iqtisadiyyatında artım dünya ilə müqayisədə 1.1 faiz,
ECA (Avropa və Mərkəzi Asiya) regionu ilə müqayisədə isə
2.7 faiz daha yüksək olacaq. Qeyd edilən əsaslar artıq Azərbaycanın orta yüksək gəlirli statuslu ölkələr sırasında olmasından
xəbər verir. Bununla yanaşı, göstəricilərə əsasən
Azərbaycan Mərkəzi
Bankının valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 2,2 faiz,
sonrakı müddətdə
isə 29,7 faiz artıb. Digər tərəfdən, xarici və daxili iqtisadiyyatımızın müstəqilliyi
fonunda Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin
iyun ayının sonlarından etibarən bağlanması ölkəmizin
iqtisadi asılılığının
olmadığını göstərir.
Üstəlik dövlətimiz
2005-ci ildən Beynəlxalq
Valyuta Fondundan kredit alışını
dayandırıb, həmin
tarixdən bəri Fonddan heç bir maddi yardım
istəməyib. Bu isə Azərbaycanın kifayət qədər xarici valyuta depozitinə sahib olması ilə bağlıdır.
Azərbaycanın iqtisadi
inkişafı çərçivəsində
2025-ci ilədək xarici
borc səviyyəsinin
minimum həddə qədər azaldılması
nəzərdə tutulur.
Bununla yanaşı, ümumi dövlət borcunun, həm də xarici borcun səviyyəsinin aşağıya düşməsi
proqnozlaşdırılır. 2025-ci ilədək Azərbaycanın
xarici dövlət borcunun 6,5 milyard dollar səviyyəsindən
aşağı olacağı
proqnozlaşdırılır. Xarici borcun ÜDM-də səviyyəsi
2025-ci ildə indiki səviyyə ilə müqayisədə faiz nisbətində 2 dəfəyə
yaxın azalacaq. Eyni zamanda, xarici
dövlət borcunun xidmət xərclərinin
azaldılması da əsas hədəflərdən
biridir. Bu barədə ölkə başçımız bu
ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib:
"Biz xarici dövlət borcunun idarə edilməsi istiqamətində də öz işimizi mənim bir neçə il bundan əvvəl verdiyim tapşırıqlar
əsasında qurmuşduq.
Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq
və qoymuşduq ki, xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə
olsun. Biz artıq bu hədəfə
də çatdıq.
Mütləq rəqəmlərdə
bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da ümumi
daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, ümumi daxili məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də
proqnoz vermək mümkündür. Birinci
altı ayda ümumi daxili məhsul 60 milyard manatdan çox təşkil etmişdir".
Qeyd edək ki, pandemiya dövründə
dövlət gəlirlərinin
azalmasına baxmayaraq,
dövlət iş yerlərinin və səhiyyənin qorunması,
habelə iqtisadi inkişafı təmin etmək məqsədilə
ümumi daxili məhsulun 3 faizi həcmində maliyyə vəsaiti ayırmışdır.
Pandemiyanın gətirdiyi
çətinlik və
iqtisadi sabitliyin təmin edilməsi, işsizlik probleminin həlli məqsədilə
2 milyard dollar həcmində iqtisadi-sosial
yardım paketi təqdim edilmişdir. Sosial dəstək tədbirləri təqribən
5 milyon vətəndaşı
əhatə etmişdir.
Ölkəmizin "Davamlı inkişaf hesabatı - 2020" sənədində
dünyanın 166 ölkəsi
arasında "Dayanıqlı
İnkişaf Hədəfləri
İndeksi" üzrə
54-cü pillədə qərarlaşması
iqtisadi və sosial çərçivədə
atılan uğurlu addımların bəhrəsidir.
Əldə edilən nailiyyətlər Azərbaycanın
inkişafı üçün
əlverişli zəmin
yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların
nəticəsidir ki, Azərbaycan özünü
heç bir xarici borcun əsasında
formalaşdırmağa ehtiyac
duymur. Hazırda Azərbaycanın yerli məhsullarının ixrac
coğrafiyasını genişləndirmək
imkanları var və bu istiqamətdə
adekvat addımlar atılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və
yüksək keyfiyyət
standartlarına malik yerli məhsulların
"Made in Azerbaijan"
brendi adı altında xarici bazarlara çıxışını
genişləndirməkdir.
Nurlan ABDALOV
Respublika.- 2023.- 18 iyul.- S. 6.