Azərbaycanın sülh
imperativləri qəbul
edilir
"Biz 28 il boyunca sülh danışıqları aparmışıq,
təsəvvür edin,
1992-ci ildən 2020-ci ilə
qədər. Əgər
biz Qarabağ münaqişəsini
döyüş meydanında
həll etməsəydik,
bu sülh danışıqları daha
28 il çəkəcəkdi. Belə bir vəziyyət
Ermənistanı tam qane
edirdi. Çünki onlar vəziyyəti dondurmaq, torpaqlarımızı
həmişəlik işğal
altında saxlamaq istəyirdilər...". Bu fikri
Azərbaycan Prezidenti
İlham Əliyev 2023-cü il fevralın 18-də Münxen
Təhlükəsizlik Konfransı
çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması"
mövzusunda keçirilən
plenar iclasda bildirib.
Dövlət başçısı
verilən sualları təmkinlə cavablandıraraq
Azərbaycanda "Dağlıq
Qarabağ" adlı
inzibati ərazi vahidinin olmadığını
bildirdi, hamıdan ölkəmizin suverenliyinə
və Konstitusiyasına
hörmətlə yanaşmasını
xahiş etdi. ABŞ-ın dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri N.Paşinyanla birgə görüşdən
sonra televiziya kanallarına müsahibəsində
ölkəmizin başçısı
Qarabağ haqqında hər hansısa müddəanın qəbuledilməz
olduğunu, sülh müqaviləsinin beynəlxalq
norma və prinsiplər əsasında
tərtib edilməsini
şərt kimi diqqətə çatdırdı.
Dünya bir daha Prezident İlham Əliyevin bəyanatları,
çağırışları fonunda Azərbaycanın bölgədə sülh və əməkdaşlıq
təminatçısı olduğunu
gördü. Azərbaycan
regionda dayanıqlı
sülhün və təhlükəsizliyin təmin
olunması üçün
qarşı tərəfə
beynəlxalq hüququn
5 əsas prinsipini ehtiva edən sülh müqaviləsinin
imzalanmasını təklif
edib. Ermənistan isə sülh müqaviləsinin imzalanması
prosesinin uzanmasına səy göstərir.
Bəli, bu gün Ermənistanla Azərbaycan arasında sülh danışıqları
gedir. Bu danışıqların
nəticəsi ciddi tarixi fikir ayrılıqları
olan iki ölkənin münasibətindən
asılı olacaq. Dünya görür ki, Azərbaycan düşmənçilik
səhifəsini çevirməyə
hazırdır və bu istiqamətdə fəallıq nümayiş
etdirir. Bütün dövlətlər, beynəlxalq
təşkilatlarla qarşılıqlı
anlaşma və əməkdaşlıq çərçivəsində
qurduğu münasibətlər
dövlətimizin qlobal
arenada mövqeyini getdikcə gücləndirir.
Bu gün tək regionda deyil, bütövlükdə dünyada
nəzərdə tutulan
layihələrdə Azərbaycanın
maraqları və mövqeyi nəzərə
alınır.
İndiyədək Azərbaycan
Prezidenti və Ermənistan lideri arasında müxtəlif formatlı görüşlər
keçirilib. Bu görüşlərdə
Azərbaycan-Ermənistan arasında
həll olunmayaraq gündəlikdə qalmış
məsələlərin çözülməsi
üçün yol xəritələri cızılır
və müəyyən
məqamlar razılaşdırılır.
Görüşlərin nəticələri
barədə rəsmi
bəyanatlar verilir, atılan addımların sülh müqaviləsinin
imzalanmasına təkan
verəcəyi ifadə
olunur. Azərbaycanla Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə
dövrü reallıqlarının
qəbul edilməsi, bütövlükdə Cənubi
Qafqazda sülh və təhlükəsizliyin
təmin olunmasında
maraqlı olan Avropa İttifaqının
vasitəçilik etdiyi
əksər görüşlərdən
sonra Avropa İttifaqı Şurasının
Prezidenti Şarl Mişel bəyanatlar verir. Bu bəyanatlarda Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsi üzrə
danışıqların davam
etdirilməsinin, Azərbaycanın
irəli sürdüyü
5 maddədən ibarət
baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqlar
aparılmasının vacibliyi
vurğulanır.
Prezident İlham Əliyevin
apardığı ardıcıl
və hərbi-siyasi kurs, beynəlxalq platformada gerçəkləşdirilən
diplomatik manevrlər Azərbaycanı qələbəyə
addım-addım yaxınlaşdırır.
Məhz sistemli formalaşdırılan siyasətin
həyata keçirilməsi
sayəsində Ermənistan
hər yeni provakasiya ilə özünü daha çətin vəziyyətə salır,
beynəlxalq hüququn
təməl prinsiplərinə
uyğun şəkildə
Azərbaycan tərəfindən
irəli sürülən
şərtləri qəbul
etməyə məcbur
edilir.
Havadarı Fransanın
dəstəyilə regional siyasi
coğrafiyada at oynatmağa
çalışan Ermənistan,
xüsusən də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürür, şər, böhtan kampaniyaları həyata keçirir, lakin bütün cəhdləri
puça çıxır.
Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı verilən anonslar göstərir ki, regional problemlərin,
iqtisadi, siyasi və hərbi məsələlərin həllində
Azərbaycan əhəmiyyətli
tərəfdaş və
söz sahibidir. Bunun fonunda isə ölkəmiz hər zaman münaqişəli məsələlərin
beynəlxalq hüququn
norma və prinsipləri çərçivəsində
həllinə çağırışlar
edir. Azərbaycanın
sülh imperativləri
qəbul olunur. Proses Avropa İttifaqı, Rusiya, ABŞ və digər güc mərkəzləri, beynəlxalq
təşkilatlar tərəfindən
müsbət qiymətləndirilir,
təqdir olunur. Bir sözlə, haqlı və qalib Azərbaycanın
iradəsi həlledicidir.
Ona görə də Ermənistanın yanaşması
adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir.
Beləliklə, Azərbaycan
beynəlxalq hüquq normalarına əsaslanan, irəli sürdüyü
5 baza prinsipi üzrə hazırlanacaq istənilən sülh sazişini imzalaya bilər. Və həmin sənədin harada, hansı vasitəçinin iştirakı
ilə imzalanacağının
da önəmi yoxdur. Təki, imzalanacaq yekun sülh sazişi məhz rəsmi Bakının israr etdiyi 5 baza prinsipinə əsaslansın.
Zümrüd QURBANQIZI
Respublika.-
2023.- 19 iyul.- S.1; 6.