Brüssel
görüşü: Diplomatiyamızın
növbəti uğuru
İyulun 15-də Brüsseldə
Avropa İttifaqı Şurasının Prezidenti
Şarl Mişelin vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan liderlərinin
görüşü baş
tutdu. Sayca 6-cı toplantıda ilk dəfə olaraq Qarabağda yaşayan ermənilərə Ağdam
vasitəsilə humanitar
təminatın həyata
keçirilməsi qeyd
olundu. Eyni zamanda, "Laçın yolu" ifadəsi işlədildi. Bunlar Brüsselin birmənalı
şəkildə Qarabağı
Azərbaycan ərazisi
kimi tanıması deməkdir və ona işarə edir ki, Ermənistan
ilə Qarabağın
erməni əhalisi arasında əlaqə suveren hüquqlar çərçivəsində Laçın yolu vasitəsilə qurulacaq. Siyasi şərhçi Turan Rzayev bildirir
ki, bu detallar
görüşün hansı
atmosferdə keçdiyi
və sonrakı proseslər ilə bağlı fikir irəli sürməyə
əsas verir.
Budəfəki görüş
zamanı daha çox mövzu müzakirə edilib. Dəqiq desək, 7 əsas mövzu tərəflər arasında
müzakirənin əsasını
təşkil edib. Birincisi, Azərbaycan-Ermənistan
münasibətlərinin tənzimlənməsi,
o cümlədən sülh
müqaviləsinin hazırlanması
üzrə danışıqlar
prosesidir. Bu məsələ ümumidir
və müzakirə edilən digər məsələlər onun
detallarıdır.
Yəni Azərbaycan-Ermənistan
münasibətlərinin tənzimlənməsi,
o cümlədən sülh
müqaviləsinin hazırlanması
və imzalanması danışıqların əsasını
və yekununu təşkil edir. Rəsmi Bakı ən qısa zamanda, daha dəqiq
desək, 2024-cü ilin
sonlarına qədər
məsələnin həllində
israrlıdır və
prosesi sürətləndirmək
üçün bütün
diplomatik-siyasi rıçaqlardan
istifadə edir. Hətta lazım gələrsə, hərbi
variantın da gündəlikdə olduğunu
bildirir. "Qisas-2" əməliyyatı
buna misal ola bilər.
Müzakirə edilən
ikinci məsələ
Azərbaycanın suverenliyi
və qanunları əsasında Qarabağın
erməni əhalisinin
reinteqrasiyası və
növbəti mərhələdə
məcburi köçkünlərin
qayıdışı ilə
bağlıdır. Rəsmi
Bakı bunu daxili məsələ hesab etdiyi üçün
Brüssel görüşünün
gündəliyinə çıxarmaq
istəmir. Lakin Ermənistan tərəfin
Qarabağı Azərbaycan
ərazisi olaraq tanıması, bununla belə, ermənilərin taleyi ilə bağlı "narahatlığına"
görə bu məsələnin müzakirə
edilməsi mümkündür.
Bütün hallarda
rəsmi Bakı reinteqrasiya prosesinin qısa zamanda, özü də uğurla başa çatmasında maraqlıdır.
Diqqətçəkən bir
məqam isə Ermənistan Təhlükəsizlik
Şurasının keçmiş
katibi David Şahnazaryanın
Azərbaycanın Qarabağdakı
erməni əhalisi ilə bağlı proqram hazırladığını
iddia etməsidir. O bildirib ki, rəsmi
Bakı Qarabağ və orada yaşayan
erməni əhalisinin
Azərbaycana tam inteqrasiyasını əhatə
edən proqram hazırlayıb. Bu "yol xəritəsi" 4 mərhələdən ibarətdir.
Sənədlərin Azərbaycan
pasportu ilə dəyişdirilməsi, yəni
ermənilərin pasportlaşdırılması,
Qarabağda Azərbaycan
manatının dövriyyəyə
buraxılması, Qarabağdakı
qanunsuz birləşmələrin
tərk-silah edilməsi,
ləğv olunması
və hakimiyyətin tamamilə Azərbaycan hökumətinə verilməsi.
Şahnazaryan bildirib ki, bu proqramın
həyata keçirilməsi
üçün 12 ay
müddət nəzərdə
tutulub, hər mərhələ 3 ay ərzində başa çatmalıdır. Bu, rəsmi Bakının prosesi bitirmək istədiyi müddətlə
üst-üstə düşür.
Bunun baş verib-verməyəcəyi gələcək
proseslərdən asılıdır.
Üçüncü müzakirə edilən məsələ Ermənistanın
qanunsuz silahlı birləşmələrinin Azərbaycan
ərazisindən çıxarılmasıdır.
Prinsip etibarilə 10 noyabr Bəyanatının
dördüncü bəndinə
görə, Ermənistan
silahlı qüvvələri
Azərbaycan ərazisini
tərk etməli, bununla paralel Rusiya sülhməramlıları
regiona gəlməli idi. Lakin bu
bəndin icrası bu günə qədər həyata keçirməyib. Hazırda
Qarabağda 10 minə
yaxın erməni silahlı birləşməsinin
olduğu məlumdur. Ermənistan tərəfi Qarabağda onun hərbçilərinin olmadığını
iddia etsə də, son insidentlər
zamanı ölən şəxslərin Ermənistan
vətəndaşı olması
müəyyən edildi.
Aydın məsələdir
ki, rəsmi Bakı Qarabağdakı silahlıların Ermənistanın
nəzarətində olmadığını
bilir. Əsas məsələ Ermənistanın
həmin silahlıları
qanunsuz adlandırmasıdır.
Rəsmi İrəvan
Qarabağdakı silahlıları
qanunsuz adlandırsa, bu, Bakının ehtimal antiterror əməliyyatı aparmasına
əsas verər.
Laçın sərhəd-keçid
məntəqəsində qaçaqmalçılıq
cəhdlərinin aşkarlanması
məsələləri də
müzakirə edilən
mövzulardandır. Rəsmi
Bakı Laçın
sərhəd-keçid məntəqəsində
nəzarət imkanlarının
artırılmasında əlavə
qurğuların qurulması
ilə buranın iki dövlət arasında əsas sərhəd-keçid məntəqəsi
olmasını istəyir.
Digər dövlətlərlə
olduğu kimi, Ermənistandan Azərbaycan
ərazisinə daxil olan şəxslərin və ya yük
maşınlarının beynəlxalq
hüquq çərçivəsində
tənzimlənməsini tələb
edir.
Sərhədlərin delimitasiya, nəqliyyat kommunikasiyaları və dəhlizlərin açılması,
xüsusən Azərbaycanın
Qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi də tərəflər arasında
müzakirə edilən
mövzulardandır. Hətta
demək olar ki, Brüssel görüşünün əsas
müzakirə mövzuları
məhz bunlardır. Sərhədlərin delimitasiyası
məsələsində tərəflərin
görüşləri fərqlidir.
Düzdür, tərəflər
bundan öncəki Brüssel görüşündə
sərhədlərin 1991-ci il Almatı Bəyannaməsinə uyğun
tanınmasına razı
olsalar da, anklav və eksklavlar məsələsində
fikir ayrılığının
olması müzakirələrin
uzanacağını göstərir.
Bu məsələnin
həlli sülh müqaviləsindən sonraya
da qala bilər.
Və ya anklav prinsipi, habelə tərəflərdən
birinin güzəştə
getməsi ilə daha tez müddətə
həll edilə bilər. O ki, qaldı Azərbaycanın
Qərb rayonları ilə Naxçıvan arasında dəhlizin açılması məsələsinə,
Ermənistan "dəhliz"
ifadəsinə qarşıdır.
Ümumiyyətlə bu
məsələ dəhlizə
dəhliz prinsipi ilə həll edilməlidir. Yəni Laçın dəhlizi varsa, Zəngəzur dəhlizi də olmalıdır. Yox, Ermənistan dəhliz vermək istəmirsə, Laçın dəhlizindən
də imtina etməlidir.
Brüssel görüşü
zamanı müzakirə
edilən məsələlərdən
ən maraqlısı
bəlkə də Qərbi azərbaycanlıların
öz doğma yurdlarına qayıtması
məsələsidir. Rəsmi
Bakı bu məsələyə xüsusi
həssaslıqla yanaşır.
Hətta bu məsələnin icrası
üçün regionlarda,
habelə paytaxtda icmalar vasitəsilə Qərbi azərbaycanlıların
siyahıyaalınması prosesinə
başlanılıb. Ermənistanla
Azərbaycan arasında
yekun sülh olacaqsa, Qərbi azərbaycanlıların ata-baba
yurdlarına qayıdışı
gerçəkləşməlidir. Unutmamaq lazımdır ki, münaqişə məhz Qərbi azərbaycanlıların deportasiyası
ilə başlamışdır.
Ermənistanda Qərbi
azərbaycanlıların varlığı
gələcəkdə gərginliyin
yenidən alovlanmasının
qarşısını ala
bilər.
Müzakirə edilən
sonuncu məsələ
isə humanitar yüklərin marşrutunun
Laçın yolundan Bərdə-Ağdam marşrutuna
doğru dəyişməsidir.
Əslində, bu məsələ rəsmi Bakının uzun müddətdir gündəliyindədir.
Beynəlxalq Qırmızı
Xaç Komitəsinin
Laçın yolu ilə qanunsuz daşımalarının aşkarlanması
fonunda isə rəsmi şəkildə
tələbə çevrildi.
Bakı başda humanitar daşımalar olmaqla, digər daşımaların Laçın
yolundan Bərdə-Ağdam
marşrutuna doğru dəyişməsində israrlıdır.
Bu, baş verərsə, Azərbaycan
həm humanitar yük adı altında daşınan mallara nəzarət edə, həm də Qarabağ ermənilərinin təminatını
özü qarşılayar.
Bu isə reinteqrasiya prosesinə müsbət təsir edə bilər.
Jalə QASIMZADƏ
Respublika.- 2023.- 19 iyul.-
S.1; 5.