Müasir, firavan xoşbəxt həyat

 

Ötən il iyulun 19-da iyirmi doqquz illik həsrətdən sonra Ağalı sakinləri doğma torpaqlarına qovuşublar

 

Bununla da işğaldan azad edilən Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi başa çatıb. İlk köçürülmə zamanı 10 ailə Ağalıda evlə təmin olunub. Bu tarixi gündən başlayaraq 4 mərhələdə 41 ailə, təxminən 200 nəfər köçürülmüşdür.

Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyub, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa yenidənqurma işləri aparılır, Qarabağa həyat yenidən qayıdır. Tezlikdə Qarabağ Şərqi Zəngəzur cənnətə çevriləcək. "2020-ci ildə Qarabağın Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasından sonra Azərbaycan bu ərazilərdə genişmiqyaslı yenidənqurma işləri aparır. Azərbaycan Ermənistan tərəfindən tamamilə dağıdılmış böyük ərazilərə həyatı yenidən qaytarır. Biz sıfırdan 9 yeni şəhər birinci mərhələdə 300-dən çox kənd qəsəbə qururuq. Bu, milli hökumət tərəfindən postmünaqişə dövründə öz maliyyə resursları hesabına həyata keçirilən nadir misli görünməmiş bir yenidənqurma modelidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür. Ərazi çox böyükdür Qarabağın bərpası dünyada analoqu olmayan, böyük bir meqalayihədir. Sahəsi təxminən Livan qədər olan azad olunan ərazilərdə işlərin hamısı ümumi olaraq əlaqələndirilir. Azərbaycan 10 min kvadratkilometr ərazidə yeni həyat qurur. Bütün bu işlərin həcmi bir daha xalq-iqtidar birliyinin sarsılmazlığını gücünü göstərir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Böyük Qayıdış proqramının icrası uğurla davam edir. Böyük Qayıdış proqramına uyğun olaraq artıq növbəti 3 il ərzində Qarabağda Şərqi Zəngəzurda 40 min ailənin məskunlaşması nəzərdə tutulub. Ekspertlər bildirirlər ki, bununla da 2026-cı ilədək təxminən 160 min vətəndaşımız öz ata-baba yurdlarına qayıda biləcək. Yaşayış məntəqələrinin müasir standartlara uyğun olaraq qurulması, həm infrastrukturun yenilənməsi ondan xəbər verir ki, məcburi köçkünlərimiz gözlənildiyindən daha tez öz ata-baba yurdlarına qayıtmaq imkanı qazanacaqlar.

Hazırda əsas istiqamətlər işğaldan azad edilmiş ərazilərin bərpası, soydaşlarımızın qayıdışının təmin edilməsi hərbi gücümüzün artırılmasıdır. 30 illik işğal zamanı torpaqlarımız tamamilə dağıdılıb, bütün tikililər yerlə-yeksan edilib. Qısa zamanda bu ərazilərin bərpası istiqamətində atılan addımlar Azərbaycanın malik olduğu iqtisadi maliyyə imkanlarını nümayiş etdirir. Görülən işlər, həmçinin Azərbaycan xalqının qurucu xalq olduğunu, torpaqlarına sahib çıxaraq tez bir zamanda dirçəlməsində marağını təsdiqləyir. Azərbaycan heç bir beynəlxalq maliyyə təşkilatlarının köməyi olmadan minalanmış əraziləri təmizləyir paralel olaraq bərpa-quruculuq işləri aparır. heç şübhəsiz ki, Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bütün bu işlər Azərbaycanın iqtisadi gücünü, potensialını göstərir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Respublikamızda ilk dəfə "ağıllı kənd" layihəsi burada icra olunur. Ən müasir texnologiyaların tətbiqi ilə salınan kənddə uzun illər yurd həsrəti çəkmiş məcburi köçkünlər daimi yaşayacaqlar. Vətəndaşların məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin olunacaq.

Kənddə reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" alternativ enerji sahələri üzrə həyata keçirilib. Ağalıda inşa olunan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə edilir. Kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi, Ağalıda "Dost Aqropark" da fəaliyyət göstərir. Kənddə sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Ağalı kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi ucaldılıb. Qəsəbədə, eyni zamanda, "Azərpoçt" MMC-nin rayon şöbəsi, "ASAN xidmət" DOST, həmçinin Kiçik Orta Biznesin İnkişafı mərkəzləri təsis olunub. Beləliklə, sakinlərin dövlət xidmətlərinə rahat çıxışı gerçəkləşib, onların "ASAN" ya "DOST" xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayıb. Kənddə müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin "ağıllı" işıqlandırılması, isti soyuğa davamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, Günəş panellərinin quraşdırılması kimi amillər yüksək səviyyədə reallaşdırılıb. Bütün bunlarla bərabər, kənddə "Gillmed" tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası orta məktəb inşa edilib. Ağalıya köçürülən ailələr tibbi müayinələrdən keçirilib. Qeyd edək ki, kənddə ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi) fəaliyyət göstərəcək. Ağalıda aqrar sektorun inkişafına xüsusi önəm verilib. Kəndin kənarında yerləşən böyük əkin sahəsində pilot sistemlər quraşdırılıb. Bu sistemlərlə 157 hektar sahənin suvarılması nəzərdə tutulub. Eyni zamanda, kənd ərazisində iqlim stansiyalarının da tikilməsi planlaşdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ötən il oktyabrın 19-da Zəngilan rayonunun Ağalı kəndində səfərdə olublar. Dövlətimizin başçısı birinci xanım Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə sakinlərlə görüşüblər. Görüşdə Prezident İlham Əliyev deyibi: "Mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq qayıtdıq. İndi burada yaşayırıq. Sizin qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq". Xalqımız buna əmindir.

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 19 iyul.- S.4.