Azərbaycan gəmiçiliyinin yeni dövrü

 

Dünya sularında "Aframax" tipli nəhəng tankerlərimiz ölkəmizin şöhrətini artırır

 

"Onu da bildirməliyəm ki, bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik, ilk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində, mənim göstərişimlə həll olunub. Tankerlərə "Şuşa", "Qarabağ" "Zəngəzur" adları verilib". Bu fikirləri iyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib. Azərbaycan mallarının yerli şirkət tərəfindən daşınmasının ölkəmizə əlavə gəlir gətirəcəyini qeyd edən dövlət başçısı vurğulayıb: "…biz artıq Qara dənizdə varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim "Aframax" tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik".

Qara dənizdə Azərbaycana məxsus böyük tankerlərin olması mühüm uğurdur. Belə ki, Qara dəniz açıq su hövzəsi olduğu üçün bu, dünya okeanına çıxış deməkdir. Bununla həmin tankerlər vasitəsilə Avropa, Afrika, Cənubi Asiya ölkələrinə yükləri rahat daşıya bilərik. Quru yolu ilə yükləri Gürcüstanın Poti digər sahil limanlarına daşımaqla, daha sonra bunu tankerlərlə dünyanın istənilən limanına çatdırmaq mümkündür. Azərbaycana aid yüklərin "Şuşa", "Qarabağ" "Zəngəzur" tankerləri ilə daşınması, təbii ki, iqtisadi baxımdan daha sərfəlidir. Çünki yüklərin xarici ölkələrə məxsus gəmilərlə daşınması daşıma xərclərinin artmasına öz təsirini göstərir. Bunun digər üstünlüyü ondan ibarətdir ki, Azərbaycan ona məxsus olan tankerlərlə təkcə ölkəmizin deyil, qonşu ölkələrin yüklərini daşıya biləcək. Bütün bunlar əlavə gəlirlərin əldə olunması deməkdir.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) "Aframax" tipli "Şuşa" tankerini iyunun 15-də istismara verib. Milli Qurtuluş Günündə ölkəmizin hüdudlarından xeyli uzaqda - Sinqapurda "ASCO Ship Managment AFEZCO" şirkətinin idarəetməsinə qəbul edilən "Aframax" tipli tankerlərdən birincisində - "Şuşa" gəmisində üçrəngli bayrağımızın qaldırılması tankerin istismara verilməsi tarixi hadisəyə çevrildi. "Aframax" tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun törəmə müəssisəsi olan "ASCO Ship Management AFEZCO" şirkəti idarə edəcək. Bu şirkət beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin idarəetməsini təmin etməyi fəaliyyətini genişləndirməyi nəzərdə tutur. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 000 ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan "Aframax" tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub. Respublikamız üçün strateji əhəmiyyətə malik olan bu layihə neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verəcək.

"Aframax" tipli tankerlər Xəzərdən kənarda fəaliyyət göstərməklə, SOCAR-ın, eləcə digər sifarişçilərin xam neft yükünün daşınmasını həyata keçirəcək. Azərbaycan gəmiçiliyinin bu gün yeni dövrə qədəm qoya bilməsi Ulu Öndər Heydər Əliyevin zamanında gəmiçilik sahəsinə göstərdiyi dəstəyin, bu sahədə uzaqgörən strateji baxışının məntiqi davamıdır. Ümummilli Lider istər Azərbaycana rəhbərlik etdiyi, istərsə SSRİ rəhbərliyində işlədiyi dövrlərdə gəmiçiliyin inkişafı, o cümlədən həmin dövrdə ayrı-ayrılıqda fəaliyyət göstərən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin Xəzər Dəniz Neft Donanmasının tərkibinin çoxlu sayda müxtəlif təyinatlı yeni gəmilərlə zənginləşdirilməsi istiqamətində böyük işlər görüb. Bu gəmilər müstəqilliyin ilk çətin illərində iqtisadiyyatın inkişafında, "Əsrin müqaviləsi", eləcə digər dəniz neft qaz layihələrinin müvəffəqiyyətlə icrasında əvəzsiz rol oynayıb. Hazırda Prezident İlham Əliyev müasir nəqliyyat, o cümlədən gəmiçilik siyasətini layiqincə davam etdirir. Məhz "Aframax" tipli tankerlərin alınması da dövlət başçısının birbaşa dəstəyi ilə mümkün olub.

Azərbaycanın tranzit daşımaları üçün cəlbediciliyini artıran ən mühüm amillərdən biri ölkəmizdə dəniz nəqliyyatının inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanılmasıdır. 260-dan çox gəmisi olan Azərbaycan Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirməklə Xəzər sahilində - Ələtdə ən böyük ticarət limanının inşasına nail olub. Ən son texnologiyalar əsasında inşa olunan Bakı Beynəlxalq Ticarət Limanının yükaşırma qabiliyyəti ildə 15 milyon tona bərabərdir. Hazırda daşımaların artması nəzərə alınmaqla ticarət limanının ötürücülük imkanları genişləndirilir. Layihənin icrası tamamlandıqdan sonra liman vasitəsilə ildə 25 milyon tona qədər yük aşırmaq mümkün olacaq.

Dövlət başçısı bildirib ki, Xəzərdəki gəmiqayırma imkanlarımıza da yenidən baxmalıyıq. Çünki qonşu ölkələrdən sifarişlər gəlir. Qeyd edək ki, böyük gəmiçilik ənənələrinə müxtəlif təyinatlı gəmilərdən ibarət donanmaya malik olan Azərbaycanın bu sahədə Xəzər dənizindəki lider mövqeyinin qorunması, yaranmış gərgin rəqabət şəraitində mövcud gəmi parkının yenilənməsi müasirləşdirilməsi məqsədilə 2010-cu ildə Bakı Gəmiqayırma Zavodunun təməli qoyulub. 2011-ci il mayın 10-da "Bakı Gəmiqayırma Zavodu" MMC birgə müəssisəsi təsis olunub. 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.

Azərbaycanın regionun mühüm nəqliyyat logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncamla başlanılıb.

Layihə çərçivəsində birgə əməkdaşlıq sayəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Belçika, Almaniya, Niderland, Rumıniya, Bolqarıstan, İtaliya Sloveniyada yerləşən qabaqcıl Avropa limanlarının təcrübəsindən bəhrələnmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı limanı) QSC ilə Çinin ən böyük limanlarından olan Qinqdao Limanı arasında anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi Azərbaycandan keçən Orta Dəhliz vasitəsilə daha böyük həcmdə tranzit yük axınını cəlb etmək, adıçəkilən limanlar arasında qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırmaq inkişaf etdirməkdir. Memoranduma görə, həm Qinqdao Limanından Yaponiya Cənubi Koreyadan gələn yüklərin Orta Dəhliz vasitəsilə Azərbaycandan daşınması mümkün olacaq. Bu işlərin nəticəsi olaraq Bakı Limanı, regionun beynəlxalq standartlara cavab verən təkmil idarəetmə sisteminə bir sıra nüfuzlu ətraf mühit sertifikatlarına malik limana çevrilmişdir.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsini qeyd edən Prezident İlham Əliyev vurğulayıb: "Bu göstərişi mən vermişdim, biz bunu da etməliyik. Çünki bizim aşırma qabiliyyətimiz 15 milyon tona hesablanıb. Əvvəlki dövr üçün bu, kifayət idi. Bir-iki ildən sonra bu, çatmaya bilər, çünki yenə mən əvvəlcədən nəyi isə demək istəmirəm. Amma qonşu ölkələrlə tərəfdaş ölkələrlə aparılan danışıqlar göstərir ki, Azərbaycan ərazisindən bir neçə dəfə çox yüklərin daşınması mümkün olacaqdır".

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 19 iyul.- S.8.