İqtisadi
siyasətimiz çox
böyük dəqiqliklə
və həssaslıqla
aparılır
2025-ci ilədək xarici borc səviyyəsinin
minimum həddə qədər azaldılması
nəzərdə tutulur
Aparılan uğurlu
siyasət, strateji addımlar ölkəmizin
iqtisadiyyatına da müsbət təsir göstərib.
Son illərin göstəricilərinə nəzər
salsaq, görərik ki, dünyadakı nüfuzu artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə
çevrilən ölkəmiz
bu gün müəyyən edilmiş
hədəflərə doğru
sürətlə irəliləyir.
Şübhəsiz ki,
bu nailiyyətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
əldə olunur. Çıxışlarının birində dövlət başçısı bildirib:
"Hesab edirəm ki, bu da
dünya miqyasında,
ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi
siyasətimizi çox
böyük dəqiqliklə,
həssaslıqla aparırıq".
Ölkəmizdə maliyyə
bazarı real olaraq 1995-ci ildən formalaşmağa başlamışdır.
Həmin ildən etibarən uçot dərəcəsinin çevikliyi
və banklara satılan mərkəzləşmiş
kredit resurslarının
həcminin məhdudlaşdırılması
banklar tərəfindən
verilən kreditlərin
həcminə təsir
göstərmişdir. Azərbaycanda
iqtisadiyyata kredit qoyuluşları 1993-cü illə
müqayisədə xeyli,
2000-2012-ci illərdə isə
20 dəfə artıb.
Beynəlxalq Valyuta Fondunun 2021-ci il üzrə "Dünyanın
iqtisadi məzənnəsi"
adlı hesabatında göstərilib ki, Azərbaycanın ÜDM-i 2023-cü ildə 2,6 faiz proqnozlaşdırılır. Ötən
2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6 faiz artaraq 133 milyard 825,8 milyon manat, qeyri-neft-qaz sektorunda isə 9,1 faiz artaraq 69 milyard 826 milyon manat təşkil edib. Dünya Bankının 2023-cü il
üçün "Qlobal
İqtisadi Perspektivlər"
hesabatına əsasən
Azərbaycan üzrə
verilən proqnozlarda real ÜDM-in artım tempi müsbət olaraq qalır. Bu il də Azərbaycan
iqtisadiyyatında artım
dünya ilə müqayisədə 1,1 faiz,
ECA (Avropa və Mərkəzi Asiya) regionu ilə müqayisədə isə
2,7 faiz daha yüksək olacaq.
Kredit mexanizmində
qeyri-kredit təşkilatlarının
rolu da ciddi
surətdə azalır.
Belə ki, 2000-ci ildə kredit qoyuluşlarının 18,7%-i bu
təşkilatlarla həyata
keçirildiyi halda,
2007-ci ildə bu nisbət 2,7%-ə enmişdir.
Azərbaycanda kredit bazarının digər mühüm xüsusiyyəti
kredit qoyuluşlarının
tərkibində qısamüddətli
kreditlərin xüsusi
çəkisinin yüksək
olmasıdır. Belə
ki, 1998-ci ildə banklar tərəfindən
iqtisadiyyata kredit qoyuluşlarının tərkibində
qısamüddətli kreditlərin
xüsusi çəkisi
97%-ə bərabər idi.
Lakin bank sektorunda canlanma bu sahədə də ciddi irəliləyişlərə
səbəb olub. Belə ki, qısamüddətli
kreditlərin payı
2001-ci ildə 72,5%-ə, 2006-cı ildə 48,3%-ə, 2007-ci ildə
isə 35%-ə enib. Bu nisbətən az bir müddət
ərzində milli kredit bazarında ciddi irəliləyişlərin
olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycan "Davamlı inkişaf hesabatı - 2020" sənədində
dünyanın 166 ölkəsi
arasında "Dayanıqlı
İnkişaf Hədəfləri
İndeksi" üzrə
54-cü pillədə qərarlaşıb.
Büdcənin artırılması
məsələsində əsas
prioritet xarici borcun aşağı salınmasıdır. Buna
əsasən 2025-ci ilədək
xarici borc səviyyəsinin minimum həddə qədər azaldılması nəzərdə
tutulur. Bununla yanaşı, ümumi dövlət borcunun səviyyəsinin də aşağıya enəcəyi
proqnozlaşdırılır.
Prezident İlham
Əliyev ötən günlərdə cari ilin birinci rübünün
sosial-iqtisadi yekunlarına
həsr olunmuş müşavirədə bildirib:
"Biz xarici dövlət borcunun idarə edilməsi istiqamətində də öz işimizi mənim bir neçə il bundan əvvəl verdiyim tapşırıqlar
əsasında qurmuşduq.
Mən bir neçə il bundan əvvəl demişdim ki, biz qarşıya hədəf qoymalıyıq
və qoymuşduq ki, xarici dövlət
borcumuz ümumi daxili məhsulumuzun 10 faizinin altında olsun, o səviyyədə
olsun. Biz artıq bu hədəfə
də çatdıq.
Mütləq rəqəmlərdə
bizim borcumuz cəmi 6,7 milyard dollardır və bu da Ümumi
Daxili Məhsulumuzun təxminən 10 faizini təşkil edir. Əlbəttə ki, Ümumi Daxili Məhsulumuzun son rəqəmləri ilin sonunda hesablanacaq. Ancaq indi də
proqnoz vermək mümkündür. Birinci
altı ayda Ümumi Daxili Məhsul 60 milyard manatdan çox təşkil etmişdir".
Ölkə başçımızın
apardığı siyasət
ölkə iqtisadiyyatının
çiçəklənmə dövrünü yaşamasına
imkan verir. Şübhəsiz ki, doğma torpaqlarımız
geri qaytarıldıqdan
sonra iqtisadiyyatımız
daha da inkişaf
edib. Bunun nəticəsidir ki, orada görülən bütün işlər ölkəmizin öz büdcəsi hesabına həyata keçirilib. Qarabağda görülən
quruculuq işləri sürətlə davam edir. Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ istirahət, səyahət etmək istəyənlər üçün
ən gözəl ünvan olacaq.
Töhfə SƏMƏDOVA
Respublika.- 2023.- 20 iyul.-
S.1; 5.