Azərbaycan-Albaniya mədəni əlaqələrinin yeni mərhələsi

 

Son dövrlərin siyasi prosesləri fonunda Azərbaycan dünyada öz yerini, mövqeyini daha da möhkəmləndirmişdir. Bir çox ölkələrlə münasibətlər daha da genişlənmişdir. Belə dövlətlərdən biri Albaniyadır. İki ölkə arasında diplomatik əlaqələr 23 sentyabr 1993-cü ildə qurulub. 30 il ərzində hər iki ölkə arasında siyasi dialoq mühiti yüksək inkişaf mərhələsi keçmiş, çoxsaylı qarşılıqlı səfərlər məhsuldar olmuşdur.

Onu da qeyd edək ki, rəsmi Tirana 1992-ci il yanvarın 4-də Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmişdi. Həmin dövrdən Albaniya prezidentləri ölkəmizə sıx-sıx səfərlər etmişlər. Baş nazir Edi Rama 2022-ci il aprelin 14-də, ölkənin keçmiş prezidenti Meta isə 9-cü Qlobal Bakı Forumunda iştirak etmək üçün iyunun 16-da Azərbaycanda işgüzar səfərdə olmuşdur. Prezident İlham Əliyev isə ötən il noyabr ayının 15-də Albaniyaya ilk səfərini etmişdir. Səfərdə məqsəd mövcud əlaqələri daha da inkişaf etdirmək, yeni əməkdaşlıqları gücləndirməkdir. Xatırladaq ki, hələ 2016-2017-ci illərdə Azərbaycan ilə Albaniya arasında ticarət sahəsində canlanma olub. Əsas istiqamətlərdən birini isə enerji sahəsi təşkil edib. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyul ayının 6-da ölkəmizdə rəsmi səfərdə oldu. Bu səfər ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişafının əsasını qoydu. Prezident Bayram Beqay enerji infrastrukturu, turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib. Eyni zamanda, mədəni əlaqələrin xalqlarımızın bir-birini tanıması baxımından əhəmiyyətli olduğunu söyləyib. Hər iki ölkənin dövlət başçılarının görüşü zamanı turizm sahəsi müzakirə mövzusu olub. Onu da qeyd edək ki, Albaniya ən çox turist cəlb edən ölkələrdəndir. Ölkə başçısı Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında deyib: "Əməkdaşlığın inkişafı turizm baxımından Azərbaycanın sərmayə qoyuluşu arzuolunandır. Viza rejiminin ləğvi xalqlarımızın yaxınlaşdırılmasının daha bir yoludur. Qeyd etdiyim kimi, Prezident İlham Əliyev vədlərini reallığa çevirən şəxsdir o, bu gün mənə söylədi ki, bu, tezliklə həll ediləcəkdir".

Eyni zamanda, bu il üçün Albaniyada Azərbaycan Mədəniyyət həftəsi keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində ölkəmizin mədəni dəyərlərini özündə əks etdirən konsert, sərgi filmlərin nümayişi planlaşdırılır. Albaniyada təşkil olunacaq Azərbaycan Mədəniyyət həftəsi yaxın günlərdə baş tutacaq. Onu da qeyd edək ki, hazırda Albaniya turistlərin ən sıx olduğu ölkələrdəndir. Bu mənada, tədbirin keçirilməsi həm təbliğat xarakteri daşıyır. 2012-ci il noyabr ayının 29-da Tirana şəhərində "Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər İdman Nazirliyi arasında mədəniyyət turizm sahələrində əməkdaşlıq haqqında" Saziş imzalanmışdır. 2022-ci ildə isə Azərbaycan nümayəndə heyəti Albaniyanın Tirana şəhərində olmuşdur. Bu səfər Azərbaycan Albaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından yüksək dəyərləndirilir.

 

Ramidə YAQUBQIZI

 

Respublika.- 2023.- 20 iyul.- S. 9.