Əlcəzair Şəhid
Memorial Abidəsi və
Milli Mücahidlər Muzeyi
Əlcəzair Şəhid
Memorial Abidəsi və
Milli Mücahidlər Muzeyi
Əlcəzairin ən
əhəmiyyətli tarixi
məkanlarından biridir.
Bura ilin bütün günlərində əlcəzairlilərin,
uşaqlı, böyüklü
hər bir kəsin, o cümlədən
xarici turistlərin üz tutduğu tarixi yerdir. Əlcəzair Milli Mücahidlər
Muzeyi ilk olaraq 1972-ci ildə paytaxt Əlcəzairin 3-cü ən
böyük rayonu olan Quba bölgəsində
yaradılmışdır. Daha sonra isə
bu muzey Əlcəzair tarixinin ən əhəmiyyətli
hadisələrinə şahidlik
etmiş, yüksək
strateji mövqeyə
malik Əl-əbyar rayonunun
Riyad əl-fəth adlanan
ərazisində inşa
edilmişdir.
Burada ölkənin
müstəqilliyinin 20-ci ildönümü
münasibətilə Əlcəzairin
azadlığı uğrunda
mübarizədə həyatlarını
qurban vermiş qəhrəmanların xatirəsini
əbədiləşdirmək üçün Şəhid
Memorial Abidəsi ucaldılır,
yerin altında isə Milli Mücahidlər
Muzey yaradılır.
İlk olaraq Şəhid
Memorial Abidəsinin, sonra
isə Milli Mücahidlər
Muzeyi kompleksinin məhz bu ərazidə
yaradılması heç
də təsadüfi olmamışdır. Ölkə
rəsmilərinin abidənin
bu yüksək strateji məkanda ucaldılmasına qərar
verməsinin səbəblərindən
biri də məkanın bir neçə tarixi döyüşlərə şahidlik
etməsi olmuşdur. Belə ki, Osmanlı xilafətinə qarşı
düşmənçiliyi ilə tanınmış,
İspaniya kralı Çarles Lukanın başçılığı ilə 23 oktyabr 1541-ci ildə Əlcəzairin işğalı məqsədilə
başlanmış səlib
yürüşünün qarşısı əlcəzairlilər
tərəfindən məhz
bu strateji mövqedən alınmışdır.
Tarixi sənədlər
göstərir ki, bu strateji məkandan əlcəzairli döyüşçülər,
toplarla Çarles Lukanın 250 ədəd hərbi gəmisini sıradan çıxarmış,
20 min əsgərini məhv
etmiş, 8 min nəfərini
isə sahildə tərk edərək gəldikləri yerə qaçmağa məcbur etmişlər. Tarixi rəvayətlərə görə,
bu məğlubiyyətdən
sonra İspan kralı Çarles Əlcəzairi tərk edərkən başındakı
tacı çıxarır
və mən səni daşımağa
layiq deyiləm, deyib onu dənizə
atır. O vaxtdan İspaniya kralları başlarına tac geyinməyi
tərgidir.
Üç yüz ildən artıq müddətdə Osmanlı
xilafətinin idarəçiliyində
olmuş əlcəzairlilər
osmanlıları bu torpaqlara əlcəzairli müsəlmanları ispanların
səlib yürüşlərindən
xilas etmək üçün köməyə
çağırmışdır. Osmanlı hakimiyyəti dövründə Riyad Əl-fəth
adlanan bu yer şəhərin sahillərini müşahidə
etmək üçün
rəsədxana, Osmanlı
hərbi dəniz gəmilərinin müşahidə
məntəqələri olmuşdur.
Əlcəzairin Fransa
müstəmləkəçilik dövründə isə
1954-cü il 24 iyun tarixində
Əlcəzair milli hərəkatının
22 nəfər lideri buradakı mənzil-qərərgaha
yığışaraq paytaxtın
mərkəzi sayılan
bu strateji məkandan dünyanın ən güclü müstəmləkəçisinə qarşı mübarizəyə
başlamışlar. Bundan
başqa, "Sozzini Villası" kimi tanınan ölüm düşərgəsi burada
idi. Bu düşərgədən
fransız müstəmləkəçiləri
əlcəzairli azadlıq
mübarizlərinə qarşı
işgəncə və
qətllər üçün
istifadə edirdilər.
Ərazinin tarixi və coğrafi xüsusiyyətlərini nəzərə
alaraq Əlcəzairin
mərhum prezidenti Şadli bin Cadid Şəhid Memorial Abidəsinin
burada ucaldılmasına
qərar vermişdir.
9 ay çəkən inşaat
işlərindən sonra
prezident Şadli bin Cadidin iştirakı ilə 1982-ci il iyulun 5-də
şəhərin hər
tərəfindən görünən,
bənzərsiz memarlıq
xüsusiyyətlərinə malik Şəhid Memorial Abidəsinin
təntənəli açılışı
olmuşdur. Memorial Abidə
Kanadanın "Lafalayn"
şirkəti tərəfindən
əlcəzairli memar Bəşir Yelsinin layihəsi əsasında inşa edilmişdir. Kompleksin ümumi sahəsi 15300 kvadratmetr ərazini əhatə edir. Şəhid Memorial Abidə hər biri 3 xurma yarpağı
şəklində, 97 metr
hündürlüyündə ucaldılıb.
Şəhid Memorial Abidəsinin
hər üç yarpağabənzər hissəsinin
arxasında 3 nəhəng
bürünc heykəl
ucaldılmışdır ki, bu heykəllər Əlcəzair xalqının
azadlıq mübarizəsini
təcəssüm etdirir.
Heykəllərdən birincisi
Əlcəzair xalq müqavimət hərəkatını,
ikincisi Əlcəzair
milli-azadlıq ordusunu,
üçüncüsü isə Əlcəzair xalq milli cəbhəsini simvollaşdırır.
1982-ci ildə Şəhid
Memorial Abidəsinin inşasından
sonra 1984-cü ildə
Abidənin altında
Milli Mücahidlər Muzeyi
fəaliyyətə başlamışdır.
Milli Mücahidlər Muzeyinin
mərkəzində günbəzli
salon, ətrafı dəhlizlərlə
əhatələnmiş ekspozisiya
zalları və xidməti otaqlarından ibarətdir.
Şəhid Memorial Abidəsi
və Milli Mücahidlər
Muzey Kompleksi 1832-ci ildə fransız müstəmləkəçilərinin Əlcəzair torpaqlarına
ayaq basdıqdan,
1962-ci ildə oradan ayrılana qədər əlcəzairlilərin müstəmləkəçilərə
qarşı mübarizəsinin
əyani şahidi, danışan səsidir. Muzey fotoşəkil kolleksiyaları, tarixi sənədlər, canlı
şahid ifadələri
və mücahidlərin
təcəssüm olunduqları
maketlər vasitəsilə
iyirminci əsrdə insanlığa qarşı
törədilmiş cinayətləri
gözlər önünə
sərgiləyir. Muzeydə
nümayiş etdirilən
eksponatlar müstəmləkəçilərin
müdafiəsiz Əlcəzair
xalqına qarşı
həyata keçirdikləri
ən dəhşətli
hadisələrdən xəbər
veir. Muzey ölkənin əyalətlərində
fəaliyyət göstərən
eyniadlı 48 muzeylə
birgə Əlcəzair
xalqının milli yaddaşını
qoruyur, əlcəzairlilərin
müstəmləkəçilərə
qarşı mübarizə
tarixini nümayiş etdirir və gənc nəsillərə
vətənpərvərlik dəyərlərini təbliğ
edir.
Tarixi mənbələrdən
məlumdur ki, fransızların
Əlcəzairə münasibəti
işğal etdikləri
digər ərazilərdən
çox fərqli olub. Əgər Fransa başqa ərazilərin müstəmləkə
olduğunu qəbul edirdisə, Əlcəzairi
özünün bir parçası, dənizarxası
ərazisi hesab edirdi. 1954-cü ildən müstəqillik mübarizəsinə
qalxmış Əlcəzair,
8 il çəkən mübarizədə
ən ağır faciələrə məruz
qalan ölkələrdən
biridir. Əlcəzair
torpaqlarında yaşanan
böyük faciələr
fransızların Afrikadan
çəkilərkən həyata
keçirdiyi "Qara
ləkə" olaraq
dünya tarixinə həkk olunmuşdur. Fransızlar 1830-1962-ci illəri
əhatə edən işğal dövründə
1,5 milyondan artıq əlcəzairlini amansızcasına
qətlə yetirmişdir.
Məhz buna görə
də Əlcəzair
"1,5 milyon şəhid
ölkəsi" adlandırılır.
Ümumilikdə isə
10 milyona yaxın əlcəzairli müstəmləkəçilik
dövrünün qurbanı
olmuşdur. Açıq
rəsmi mənbələrə
görə, Faransa Əlcəzair torpaqlarında
17 dəfə nüvə
silahı sınaqlarını
həyata keçirib.
Fransızların bu torpaqlarda basdırdıqları
mina və partlayıcılar
səbəbindən minlərlə
əlcəzairlinin həyatına
son qoyulmuşdur.
Muzeydə nümayiş
olunan eksponatlardan aydın olur ki, Əlcəzair dövləti,
ölkənin milli yaddaşının
qorunmasına və müstəmləkəçilər tərəfindən talan edilmiş tarixi əşya və dəlillərin ölkəyə
geri qaytarılmasına
nə qədər böyük əhəmiyyət
verir. Milli Mücahidlər
Muzeyinin fəaliyyət
istiqamətlərindən biri
də ölkədən
daşınıb aparılmış
tarixi sənədləri
və əşyaları
ölkəyə geri qaytarmaqdır. Həmçinin
xalq müqaviməti,
milli-azadlıq hərəkatında
və azadlıq mübarizəsində iştirak
etmiş canlı şahid ifadələrini qeydə almaq, əvvəlki qeydlərin bərpası və qorunması üzərində
işləmək, akademik
tədqiqatlarda və beynəlxalq sərgilərdə
nümayiş etdirmək
də muzeyin fəaliyyət istiqamətlərindəndir.
Elə bu yaxınlarda muzey açıqlamışdır ki, ölkənin müstəqilliyindən
bəri Əlcəzair
dövləti tərəfindən
qeydə alınmış
13 min şahid ifadəsinə
əlavə olaraq 6
min səsli və görüntülü canlı
şahid ifadəsini videoçəkilişlə qeydə
almışdır.
Təsadüfi deyil ki,
Əlcəzair prezidenti
Əbdulməcid Tabunun
dəvəti ilə ötən ilin noyabr ayında Ərəb Dövlətləri
Liqasının Əlcəzairdə
keçirilən Sammitində
iştirak etmək məqsədilə Əlcəzairə
səfər edən ölkə rəhbərimiz,
Prezident İlham Əliyev
Sammitdən əvvəl
Şəhid Memorial Abidəsini
və Milli Mücahidlər
Muzeyini ziyarət etmişdir. Dövlət başçımıza muzey
haqqında ətraflı
məlumat verilmiş,
ölkəmizin başçısı
muzeyin xatirə dəftərində ürək
sözlərini yazaraq
muzeyin tarixi əhəmiyyətini qeyd etmişdir: "Milli Mücahidlər
Muzeyi Əlcəzair xalqının şanlı
tarixinin ən faciəli və eyni zamanda, ən
qürurverici səhifələrindən
birini özündə
əks etdirən mühüm kompleksdir".
Prezident İlham Əliyev
Əlcəzair xalqının
şücaəti sayəsində
qazanılmış qələbənin
gələcək nəsillərin
yaddaşına hək
edilməsinin vacibliyini
vurğulamışdır: "Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş
qəddarlıqla və
şiddətlə həyata
keçirilən müstəmləkə
siyasətinin, müharibə
və insanlıq əleyhinə cinayətlərin,
müstəmləkəçi qüvvələrə qarşı
ümumxalq mübarizəsinin
və bir milyon yarım şəhidin canı bahasına qazanılmış
müstəqillik qələbəsinin
yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə
ötürülməsi baxımından
müstəsna əhəmiyyət
kəsb edir". O cümlədən ölkə
başçımız müstəmləkə
siyasətindən qurtulmaqdan
ötrü Əlcəzair
xalqının göstərdiyi
qəhrəmanlığa, nümayiş
etdirdiyi əzmkarlığa
işarə edərək
vurğulamışdır: "Amansız müstəmləkə
əsarətindən qurtulmaq
üçün başlanılan
azadlıq və müstəqillik mübarizəsi
Əlcəzair xalqının
böyük şücaətinin,
birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi
kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur".
Heç şübhəsiz
ki, Əlcəzairlə Azərbaycanın
tarixində oxşar cəhətlər çoxdur.
Hər iki ölkə işğalçılara
qarşı uzun müddət mübarizə
aparıb. Əlcəzairlilər
fransız müstəmləkəçiliyinə
qarşı yüz ildən artıq müqavimət göstəriblər.
Azərbaycan xalqı
da milli-azadlıq və
müstəqil dövlət
uğrunda uzun mübarizə yolu keçmiş, bu yolda minlərlə qəhrəman övladını
şəhid vermişdir.
Azərbaycanın milli-azadlıq,
milli dövlət uğrunda
mübarizə yolunda başlıca maneə öz havadarlarının dəstəyi ilə ermənilər olubdur. Ermənilərin Azərbaycan
torpaqlarında törətdikləri
cinayətlərin yüz
ildən artıq təkrarlanan tarixi var. Təkcə bir faktı demək kifayətdir ki, 1918-1920-ci illər
ermənilər Azərbaycan
türklərinə qarşı
soyqırımları, kütləvi
qırğınlar törətmiş
və bu qırğınlar nəticəsində
50 mindən artıq azərbaycanlı həyatını
itirmiş, ən qəddar üsullarla işgəncələrə məruz
qalmış, şikəst
edilmiş, kütləvi
şəkildə yurd-yuvalarından
didərgin salınmışdır.
Yoxsulluq və səfalətdən ölənlərin
sayı isə 10 minlərlə olmuşdur.
Ermənistanın Azərbaycan
torpaqlarında, Fransanın
isə Əlcəzair
ərazisində törətdikləri
vəhşiliklər bir-birini
sanki təkrarlayıb.
Bu da onların eyni mərkəzdən idarə
olunduğunu, eyni üsulla insanlığa qarşı cinayət törətdiklərinin göstəricisidir.
Ancaq heç şübhəsiz ki, belə
şər qüvvələrə
və onların əlaltılarına qarşı
mübarizə səmərəli
olur. Həmin mübarizənin nəticələrindən
dünya da faydalanır.
Bunu Azərbaycan və Əlcəzair öz torpaqlarını işğalçılardan azad
etməklə bütün
dünyaya nümayiş
edib, isbatlayıblar.
Bu gün qürurla demək olar ki, Azərbaycan və Əlcəzair dövlətləri
azadlıq yolunda soyqırıma məruz qalmış qəhrəmanlarının,
vətənlərinin azadlığı
uğrunda canlarını
fəda etmiş şəhidlərinin xatirəsini
əbədiləşdirmişdir. Gənc nəslin yaddaşında bu hadisələrin qorunub saxlanılması və bir daha təkrarlanmaması
üçün bütün
dünyaya çatdırmaq
məqsədilə, Azərbaycanda
Quba Soyqırımı
Memorial Kompleksi, Əlcəzairdə
isə Milli Mücahidlər
Muzeyi fəaliyyət göstərir. Hər iki müəssisə həm də elmi mərkəz olaraq elmi-tədqiqat proqramlarını icra edir. Yerli və
xarici ixtisaslaşmış
qurumlarla təcrübə
mübadilələri həyata
keçirir. Tədqiqatçı
və araşdırmaçılara
dəstək verir, yerli və beynəlxalq
səviyyədə elmi
seminar, konfrans və görüşlər təşkil
edir. O cümlədən
öz fəaliyyət
istiqamətlərinə uyğun
nəşrlər hazırlayıb
çap etdirir, ölkələrinin milli bayramlarının
və əlamətdar
günlərinin qeyd olunması işində uğurla iştirak edirlər.
Seyid CABBAROV,
Quba şəhərində
Soyqırımı Memorial Kompleksinin
əməkdaşı.
Respublika.- 2023.- 20 iyul.-
S.9.