Qeyri-neft sektorunun inkişafı prioritetdir

 

"İlin əvvəlində verdiyim tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atılmışdır. İlin altı ayı arxada qalır. Müəyyən dərəcədə yekunlar haqqında danışmaq olar. Halbuki, əminəm ki, ilin sonuna qədər ölkəmizin uğurlu inkişafı təmin ediləcəkdir. Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın Şərqi Zəngəzurun bərpası, iqtisadi sosial sahələrdə islahatların davam etdirilməsi idi. Deyə bilərəm ki, bütövlükdə altı ay ərzində iqtisadiyyatımız inkişaf edib, halbuki, mütləq rəqəmlər o qədər böyük deyil. Ancaq qeyri-neft sektorumuz qeyri-neft sektorunun sənaye sahəsi kifayət qədər artıbdır. Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır…". Bu sözləri Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.

Azərbaycanda qeydə alınan sürətli iqtisadi inkişafda neft qaz sektorunun rolu aparıcı olsa da, son illər qeyri-neft sektorunda ümumi iqtisadi artım da önə çıxmaqdadır. Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası çox yaxşı bəhrələr verməkdədir. Bir çox ölkə kimi Azərbaycan da güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb bu resurslardan əldə etdiyi maliyyə axını hesabına iqtisadiyyatının uğurla şaxələndirilməsi istiqamətində bir çox tədbirlər görüb. Gənc ölkə olmağımıza baxmayaraq, qeyri-neft sənayesi, tikinti, turizm, kənd təsərrüfatı, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm sürməkdədir. Məhz bu səbəbdən ölkədə yüz minlərlə yeni yerləri açılmışdır. Milli iqtisadiyyatımızda müşahidə edilən müsbət məqamlardan biri respublikada qeyri-neft sənayesinin daha üstün inkişafı ilə bağlıdır. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkənin iqtisadiyyatında müsbət tendensiyalar nəzərə çarpır. İqtisadiyyatımızın neftdən asılılığını azaltmaq üçün, neftdənkənar sektorlara investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artmaqda davam edir. Bunun da nəticəsində qeyri-neft sektoru üzrə istehsal ixrac göstəricilərində artım müşahidə edilir.

Dövlət başçısı İlham Əliyevin iqtisadi inkişafda qarşıya qoyduğu digər bir amil paytaxt Bakı daxil olmaqla, ölkəmizin digər iri şəhərlərində, regionlarda sənaye məhəllələrinin parklarının yaradılmasıdır. Belə istehsal sahələrinin ərsəyə gəlməsində dövlətimiz olduqca maraqlıdır bu istiqamətdə maddi dəstəyini əsirgəmir. Əminliklə deyə bilərik ki, sənaye məhəllələri parkları üçün infrastruktur təminatı birmənalı olaraq, dövlət büdcəsindən ayrılan vəsait hesabına yaradılır. Sahibkarların fəaliyyətinə dəstək verən digər bir məqam isə, sənaye məhəllələri parklarına sərmayələr yönəldən sahibkarların vergilərdən azad olunmasıdır. Ümumiyyətlə, investorların sənaye məhəllələrinə parklarına cəlb edilməsi məqsədilə reallaşdırılan təşviq tədbirlərinin miqyası kifayət qədər genişdir.

Sənaye parkları - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə inkişafına kömək edən ərazidir. Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb ki, adamları burada bir çox üstünlüklərdən yararlana bilərlər. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların qurğuların idxalı zamanı ƏDV-dən 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində mövcud olan sənaye parklarından biri Sumqayıt Kimya Sənaye Parkıdır.

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında məqsəd ölkədə innovativ yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır.

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri idarəetmə qurumlarına malik olan, sahibkarların səmərəli fəaliyyətinə inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı emalı müəssisələri yaradılır.

Ərazisi 295.62 hektar olan bu parkın baş planına əsasən, Parkın Sənaye Zonası 192 hektar təşkil edir. Burada aqro tibb kimyası, məişət kimyası, tikinti sənayesi kimyası, elektronika avtomobil sənayesi kimyası, polimerlər sənaye avadanlıqlarının istehsalı üçün nəzərdə tutulmuş müəssisələr yerləşir.

Müasir üslubda dizayn edilmiş 21 hektar təşkil edən Sosial zonada Parkın rezidentləri üçün 16 mərtəbəli inzibati bina, Sərgi-Konfrans Kompleksi, Peşə Təhsil Mərkəzi, Laboratoriya binası, emalatxanalar, Uşaq Baxım Mərkəzi, açıq qapalı idman meydançaları, Sağlamlıq Mərkəzi, Yataqxana Kompleksi, həmçinin rezidentlər işçilərə xidmət edəcək digər obyektlər fəaliyyət göstərir.

Parkın rezidentlərinin məhsulu Türkiyəyə, Rusiyaya, Mərkəzi Asiya ölkələrinə, Almaniyaya, Niderlanda, Polşaya, Ukraynaya, Braziliyaya, Kanadaya, Çinə, ABŞ-a ixrac edilir.

"Azertexnolayn" 23 sentyabr 2013-cü il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almış Sənaye Parkının 24 hektar sahəsində Türkiyə, Almaniya, İtaliya Çin texnologiyası əsasında müxtəlif diametrli borular hidrotexniki avadanlıqlar istehsal edir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azertoxnolayn" MMC-nin 3 zavodu - Polad Boru Zavodu, Polietilen Məmulatları Zavodu Texniki Avadanlıqlar Zavodu fəaliyyət göstərir.

Parkın digər rezidentlərindən olan "SOCAR Polymer"də 23 sentyabr 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Kanada Avstriya texnologiyası əsasında polipropilen polietilen istehsal edir.

Sənaye parkının rezidentləri arasında olan "AzerFloat" QSC 18 mart 2014-cü ildə yaradılıb həmin ilin 18 dekabr tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu almışdır. Burada alman texnologiyaları əsasında şüşə lövhələr istehsal olunur.

"Azerbaijan Fibro Cement" MMC 31 yanvar 2013-cü ildə yaradılmış "Synergy Group" ASC- daxildir. 5 fevral 2015-ci il tarixində Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmiş, müəssisə sənaye parkının 9.0173 hektar torpaq sahəsində lifli sement (fibro-sement) lövhələrin istehsalını həyata keçirir.

"MST Engineering Services" MMC ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma digər sənaye sahələrində böyük tələbat var.

Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının yaradılması respublikamızda qeyri-neft sektorunun inkişafına güclü təsir göstərib həmçinin, bu proses ölkəmizdə geniş vüsət alıb. Bu da işsizliklə bağlı məsələlərin həllinə böyük töhfələr verəcək.

 

Musa BAĞIRLI

 

Respublika.- 2023.- 21 iyul.- S. 1; 4.