Milli Mətbuat
Günü münasibətilə
təntənəli mərasim
"Heydər Əliyev
İli" və Milli Mətbuat Günü münasibətilə
iyulun 20-də Azərbaycan
Respublikasının Baş
Prokurorluğu tərəfindən
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında təntənəli
mərasim keçirilib.
Mərasimdə Baş
prokuror Kamran Əliyev və Baş Prokurorluğun rəhbərliyi, Medianın
İnkişafı Agentliyi
və Mətbuat Şurasından qonaqlar, bir sıra media
qurumlarının rəhbərləri,
müxtəlif ali təhsil ocaqlarında jurnalistika ixtisası üzrə tədris keçən professor-müəllim
heyəti və jurnalistlər iştirak edib.
Tədbir zamanı
açılış nitqi
ilə çıxış
edən Baş prokuror Kamran Əliyev əsası 148 il əvvəl - 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin
ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın
keçdiyi çətin
və şərəfli
yoldan bəhs edib.
Həsən bəy
Zərdabinin banisi olduğu "Əkinçi"nin
maarifçi və demokratik ideyalarının təbliğindəki
rolunu vurğulayan Baş prokuror mürəkkəb və şərəfli yol keçən Azərbaycan
mətbuatının daim
cəmiyyətin proseslərə
baxışını formalaşdıran
əsaslardan biri olduğunu qeyd edib. Bununla yanaşı,
Kamran Əliyev milli mətbuatımızın
inkişafının Ulu
Öndər Heydər
Əliyevin adı ilə bağlı olmasını bir daha diqqətə çatdırıb. 1998-ci ildə
Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan
mətbuatının üzərindən
dövlət senzurasının
ləğv edilməsi
ilə ölkəmizdə
söz və mətbuat azadlığının
əsasının qoyulduğunu
qeyd edən Baş prokuror bu gün ölkəmizdə
müstəqil, güclü,
fəaliyyətini günümüzün
tələbləri səviyyəsində
qurmağı bacaran, habelə dövlətçilik
ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər
tutan medianın inkişafının prioritet
vəzifələrdən biri
kimi daim diqqət mərkəzində
saxlanıldığını vurğulayıb. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi,
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik
qayğısı sayəsində
ölkəmizdə azad
və peşəkar jurnalistikanın inkişaf
etdirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən söz
açan Baş prokuror milli mətbuatın inkişafında
əməyi olanları
təbrik edib, gələcək fəaliyyətlərində
media işçilərinə
uğurlar arzulayıb.
Tədbir iştirakçıları
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının təqdimatında
Ulu Öndər Heydər Əliyevin 100 illik, peşəkar milli teatrımızın
150 illik yubileyi ilə əlaqədar
"Sən elə bir zirvəsən!.." musiqili-tarixi essesini izləyiblər.
Nurlan ABDALOV
Respublika.- 2023.- 21 iyul.- S.5.