Şuşada möhtəşəm Qlobal Media Forumu

 

Azərbaycan mediasının müstəqilliyi cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir

 

"Azərbaycan mediasının müstəqilliyi bizim cəmiyyətimizin inkişafı üçün başlıca şərtlərdən biridir. Mən çox şadam ki, bizim mediamızda sağlamlaşma prosesi uğurla gedir". Bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Dövlət başçısı vurğulayıb ki, xalqın maraqlarına zidd, dövlət maraqlarına zərbə vura biləcək yazılar artıq çox nadir hallarda üzə çıxır. Yəni, bu, media nümayəndələrinin məsuliyyətindən xəbər verən amildir.

Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı "IV Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Qlobal Media Forumu keçirilir. Prezident İlham Əliyev Forumun iştirakçıları ilə görüşüb, çıxış edib. Toplantıda ümumilikdə 49 ölkəni təmsil edən media subyekti, rəsmi şəxslər, 150-dən çox qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri nümayəndəsi iştirak edir.

Açılış mərasimindən sonra forumun sessiyalarında medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika kommunikasiyada yeni alətlər, mediada investisiya istehlak tendensiyaları digər mövzular xarici yerli mütəxəssislərin iştirakı ilə müzakirə olunur. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi "side event"lərin (paralel tədbirlərin) - sərgi təlimlərin keçirilməsi nəzərdə tutulur. Forum iyulun 23-ü axşama qədər davam edəcək. Forum çərçivəsində media informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları media savadlılığı, dezinformasiya feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi digər məsələləri müzakirə edəcəklər.Forum çərçivəsində Qoşulmama Hərəkatı Media platforması təşəbbüsü irəli sürüləcək.

Onu da qeyd edək ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ilk dəfə ötən il dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya toplayıb. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə 22 iyul 2022-ci il tarixdə - Milli Mətbuat Günündə - Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumu keçirilmişdir. 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər yerli media nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Media Forumunda əsas məqsədi media sahəsində müxtəlif tendensiyaların qlobal yerli konteksdə təhlili, aktual məsələlər ətrafında bilik təcrübə mübadiləsinin təşviqi, həmçinin yerli xarici media nümayəndələri subyektləri arasında əməkdaşlığın genişləndirilməsi olmuşdur.

Şuşada təşkil olunan forum gələcəkdə belə beynəlxalq tədbirlərin keçirilməsi üçün möhkəm zəmin yaradacaq. Biz informasiyanın yaradılması, ötürülməsi, cəmiyyətə çatdırılması üzrə texnologiyaların sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Bu səbəbdən media sahəsi üzrə peşəkarlar arasında daimi qarşılıqlı təcrübə mübadiləsi aparılmalıdır. Azərbaycanın media ictimaiyyəti növbəti tarixi hadisəyə şahidlik edir. "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forumunun Azərbaycanın mədəniyyət paytaxtı, ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsi ikiqat qürur fəxarət hissi yaşadır. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə bölgəmizdə yeni reallıq yaranıb. Ordumuzun qəhrəmanlığı həm xalqımızı Qələbə ilə sevindirdi, həm ermənilərin torpaqlarımıza vurduğu zərər üzə çıxarıldı. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz resursları hesabına bərpa edir bu da dünyada hökm sürən ikili standartların bir sübutudur. Şuşa şəhərindəki dağıntılar, bərpa yenidənqurma işləri, keçirilən tədbirlər mediada geniş işıqlandırılır təbliğ edilir. Azərbaycanda böyük jurnalist ordusu yetişir. Məhz bu jurnalist ordusu Vətən müharibəsi zamanı döyüş bölgələrində operativ informasiyalar verdi, xalqa Ordumuzun uğurları haqqında məlumatlar çatdırdı. Həmçinin Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük rolu var. Şuşada keçirilən Media Forumu bütün dünyaya səs saldı, tariximizə daha bir parlaq səhifə yazdı. Dünyaya belə bir mesaj verdi ki, Şuşa Azərbaycanın təkcə mədəniyyət yox, eyni zamanda, ideologiya mərkəzidir. Bizim milli ideologiyamızın mərkəzində Qarabağ dayanır. Əsas məqsəd Qarabağın bərpasıdır.

"Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm". Bu fikri Prezident İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib. Sosial medianın KİV-in əhəmiyyətindən danışan ölkə başçısı bildirib: "Media ilə təmaslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işlərimdə yardımçı olursunuz. Çünki hər bir Prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir. Bölgələrə səfər edirəm, insanlarla görüşürəm. Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur". Onun sosial mediadan istifadə etməsini səmimi ifadəsi maraqla qarşılandı. Belə ki, bildirdi ki, nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm sosial medianı izləyirəm. O mənə çox yardımçı olur. Müəyyən şeylər var ki, məni qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya pis idarəçilik digər mənfi hallar əlbəttə məni qıcıqlandırır. Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm bu, məmurlarda da intizam yaradır.

Beləliklə, Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 22 iyul.- S. 8.