Ümumxalq sevgisinin
daha bir ifadəsi
Ulu öndər Heydər Əliyev 1990-cı il iyulun
22-də Naxçıvanda böyük
coşqu ilə qarşılandı
"Naxçıvanın muxtariyyəti
tarixi nailiyyətdir.
Biz bunu qoruyub saxlamalıyıq, Naxçıvanın
muxtariyyəti Naxçıvanın
əldən getmiş
başqa torpaqlarının
qaytarılması üçün
ona xidmət edən çox böyük amildir". Bu
fikirləri 1998-ci il yanvarın
14-də Azərbaycan Respublikası
Konstitusiya Komissiyasının
iclasında ümummilli
lider Heydər Əliyev bildirib.
Azərbaycan xalqı
tarixən öz müstəqilliyi, torpaqlarının
bütövlüyü uğrunda
mübarizə aparmış
və bu yolda qurbanlar vermiş, XX əsrdə Azərbaycan xalqının
iki dəfə öz müstəqilliyini əldə etmək imkanı olmuşdur.
1918-ci ildə yaranmış
və fəaliyyət
göstərmiş Azərbaycan
Xalq Cümhuriyyəti
qısa ömür sürmüş, Sovet imperiyasının işğalçılıq
siyasətinin qurbanı
olmuş, lakin dövlətçiliyimizin yaranması
və inkişafında,
xalqımızın tarixi
taleyində böyük
rol oynamışdır.
SSRİ-nin dağılma prosesindən istifadə edən ermənilər
1980-ci illərin sonunda
Azərbaycana qarşı
yeni ərazi iddiaları
irəli sürdülər.
Əsrin əvvəllərində
Azərbaycan torpaqlarının
- İrəvan, Göyçə
və Zəngəzur mahallarının işğalı
ilə kifayətlənməyən
ermənilər "böyük
Ermənistan" xülyalarını
yenidən ortaya atdılar. Bu siyasət Qərbi Azərbaycandan azərbaycanlıların kütləvi
şəkildə qovulması,
hadisələrin təkrar
alovlanması, Azərbaycan-Ermənistan
qarşıdurması ilə
nəticələndi. Keçmiş
Dağlıq Qarabağ
ətrafında cərəyan
edən proseslər Naxçıvanda da öz
əks-sədasını tapırdı.
Naxçıvanın çətin
və mürəkkəb
dövründə, ermənilər
tərəfindən işğal
təhlükəsi qarşısında
qaldığı bir zamanda xalqın iradəsi və xahişi ilə Heydər Əliyev Naxçıvana gəldi.
Ulu öndərin bu qədim diyara gəlişi müstəqillik
uğrunda, vətənin
toxunulmazlığı naminə
elliklə ayağa qalxmış naxçıvanlıların
mübarizəsinə təkan
verdi, onu yeni səviyyəyə yüksəltdi.
1990-cı il iyulun 22-də axşam Heydər Əliyevin əhali ilə görüşü olmuşdu.
Naxçıvan şəhərindəki
mərkəzi meydana
80 min nəfərdən çox
adam toplaşmışdı.
Bu, böyük şəxsiyyətə
sonsuz inam və məhəbbətin
nümunəsi idi. Hərarətli alqışlarla
qarşılanan ulu öndər
sonralar həmin günləri xatırlayaraq
deyirdi: "Mən Naxçıvana gələndə
Naxçıvan ayağa
qalxdı, Naxçıvan
məni qucaqladı, bağrına basdı. Son
illərdə çəkdiyim
bütün əzab-əziyyəti
unutdum". Ulu öndərin
isə anadan olduğu doğma məkana - Naxçıvana
qayıdışı isə
Azərbaycan xalqının
ürəyində ümid
çırağı yandırdı.
Ümummilli lider
SSRİ kimi nəhəng
bir imperiyanın əsas rəhbərlərindən
biri olaraq Kremldə çalışdığı
illərdə də xalqına xidmətini əzmlə davam etdirirdi. O, Kremldə tək Azərbaycan SSR-in deyil, digər türk respublikalarının
da ən qüdrətli
hamisi idi. Bütün bunlar Heydər Əliyevə xalq rəğbətini artıqmaqla yanaşı,
əleyhdarlarının da sayını
çoxaldırdı. Türk
respublikalarını qana
çalxalayıb regionu
sönməyən münaqişələr
alovuna bürümək
istəyən qüvvələr
isə Heydər Əliyev kimi nəhəngin qarşısında
bu məqsədlərinə
nail ola bilməyəcəklərini yaxşı anladıqlarından
onu hər vəchlə vəzifədən
kənarlaşdırmağa çalışır, ümummilli
liderimizin siyasi fəaliyyətini məhdudlaşdırmaq
məqsədilə hər
cür təxribatlara əl atırdılar. Nəhayət, təxribat öz işini gördü. Ozamankı
SSRİ rəhbərliyinin ədalətsiz
qərarı ilə Heydər Əliyev istefaya göndərildi və bununla da Azərbaycanın faciəsi
başladı. 30 il çəkən
Qarabağ münaqişəsinin
əsası qoyuldu.
1990-cı ilin 20 yanvarında
Bakı küçələrində
yüzlərlə insanın
qanı axıdıldı.
Belə çətin,
kövrək bir vaxtda bütün dünyada özünü
təklənmiş kimi
görən Azərbaycan
xalqı üçün
ən böyük təsəlli ulu öndər
Heydər Əliyevi öz sıralarında görmək oldu. Belə ki, səhhətindəki
problemlərə, özünə
və ailəsinə qarşı yönəlmiş
təhdidlərə baxmayaraq,
Heydər Əliyev 20 Yanvar faciəsinin səhəri günü ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı
daimi nümayəndəliyinə
gələrək bundan
sonra nə edəcəyini müəyyənləşdirməyə
çətinlik çəkən
xalqına həyan oldu. Xalqının haqq səsini dünyaya çatdırdı.
Cəsarətlə, qorxmadan
bu faciənin əsl günahkarlarının
üzərinə getdi,
xalqını sınmağa,
qəlblərdə parlayan
istiqlal alovunu sönməyə qoymadı.
Təbii ki, baş
verənlər Kremli və Kremlin Azərbaycandakı
əlaltılarını narahat
edirdi. Onun Vətənə qayıdışına,
siyasi proseslərdə
iştirakına mane olmağa çalışırdılar,
ancaq xalq sevgisi bütün manelərə üstün
gəldi, 1990-cı il iyul
ayının 20-də Bakıya
gələn ulu öndər
2 gün sonra təzyiq və təqiblər səbəbindən
Naxçıvana qayıtdı.
Ümummilli lider Heydər Əliyev deyirdi: "Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə
almaya bilməzdim... Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə
vəziyyətində, çətin
dövründə, üzərimə
düşən vəzifənin
ifasından geri çəkilə bilməzdim.
Mən öz taleyimi xalqa tapşırmışam və
xalqın iradəsini indi bu müddətdə,
bu çətin dövrdə yerinə yetirməliyəm".
Naxçıvan Ali Məclisinin
sədri seçilərək,
o dövrdə blokada şəraitində yaşayan,
taleyin ümidinə qalmış Naxçıvan
Muxtar Respublikasının
ağır böhrandan
çıxması üçün
ardıcıl tədbirlər
həyata keçirməyə
başlayan ümummilli
lider Azərbaycanın
sözün əsl mənasında müstəqilliyinə
yönəlmiş mühüm
tarixi addımlar atdı.
Nəhayət, 1993-cü il 15 iyunda ulu öndərimizin xalqın təkidli xahişi ilə respublikaya hakimiyyətə
qayıdışı Azərbaycan
vətəndaşlarının Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi. Həmin gün xalqın Qurtuluş Günü kimi tarixə yazıldı...
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 22 iyul.-
S. 9.