Ümummilli Lider dühası Azərbaycanı xoşbəxt gələcəyə aparır

 

Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər Naxçıvan dövrü mühüm yer tutur. Çünki həmin illər onun hakimiyyətə qayıdış dövrü oldu. 1990-cı illərin əvvəllərində Azərbaycan fəlakətə sürükləndi. Qəlbi xalqı ilə döyünən böyük şəxsiyyət Heydər Əliyev belə bir vaxtda susa bilmədi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən, Siyasi Büro üzvlüyündən istefaya getdikdən sonra Moskvada yaşayan Heydər Əliyev 1990-cı il 20 Yanvar günlərində həyatını təhlükədə qoyaraq Azərbaycanın daimi nümayəndəliyinə gedib çıxış etdi, qəzəb kəskin etirazını bütün dünyaya bildirdi.

Məhz belə bir çətin dövrdə dahi şəxsiyyət Heydər Əliyevin iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid sevinc bəxş etdi.  Çünki Bakıda tariximizin ən rüsvayçı hadisələrindən biri baş verdi xalqın xilaskarına vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq imkanı verilmədi. Dahi şəxsiyyət Heydər Əliyev Bakıdan iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı.

1990-cı il sentyabr ayının 30-da, yəni Naxçıvana gəldikdən 2 ay sonra Azərbaycan Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq görkəmli dövlət xadimi Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdü. Beləliklə, Azərbaycan xalqı Naxçıvan Muxtar Respublikasının, ümumilikdə isə ölkənin qurtuluşunu məhz ümummilli liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Daha sonra Heydər Əliyev 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında", "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" başqa məsələlərlə bağlı tarixi qərarlar qəbul edildi. Sessiya Naxçıvan MSSR adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Naxçıvanın Ali Sovetinin adını dəyişərək, onun bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar qəbul etdi.

Bu dövrdə ermənilər onların havadarları tərəfindən hərbi-siyasi iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Belə bir zamanda Azərbaycandan da Naxçıvanın harayına cavab verən yox idi. O dövrkü hakimiyyətin səriştəsizliyi üzündən tək Naxçıvanda deyil, bütün Azərbaycanda vəziyyət ağır idi. Düşmənlərin torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Azərbaycan isə bir siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev "olum, ya ölüm" savaşının ən ağır cəbhəsindən - Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Bununla da Azərbaycanın xarici daxili düşmənlərinin oxu daşa dəydi, bədxahların arzuları ürəklərində qaldı. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamına etibar edildi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Naxçıvan Muxtar Respublikası ölkəmiz, ümumilikdə, bütün Türk dünyası üçün çox böyük geostrateji əhəmiyyətə malik mühüm məkandır. Təsadüfi deyil ki, dahi şəxsiyyət Heydər Əliyevin düşünülmüş uzaqgörən siyasətində bu amil həmişə üstün yer tutub, müdrik dövlət xadimi siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərində həmişə Naxçıvanın təhlükəsizliyinin möhkəmlənməsinə dayanıqlı inkişafına xüsusi diqqət qayğı göstərib. Bu gün ulu öndərimizin işıqlı yolu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük nailiyyətlərlə davam etdirilir. Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqil demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətinə borcludurlar.

 

Nuranə DAXİLQIZI

 

Respublika.- 2023.- 22 iyul.- S. 9.