Nəqliyyat sektorunun
davamlı inkişafı
prioritetdir
Ölkəmizdə nəqliyyat
sisteminin inkişafı
daim diqqət mərkəzindədir. İqtisadiyyatın
başlıca sahələrindən
hesab edilən enerji, rabitə, təhsil, səhiyyə ilə yanaşı, nəqliyyat da cəmiyyətin
həyat fəaliyyətinin
əsas tələbatını
təmin edir. Nəqliyyat sahəsi, həmçinin sosial, iqtisadi, xarici siyasət və digər dövlət prioritetləri arasında körpü rolu oynayır.
Ötən əsrin
sonlarında Azərbaycan
Respublikası tərəfindən
bazar iqtisadiyyatına doğru
addımlar atılıb.
O zaman nəqliyyat sahəsində
həyata keçirilən
islahatlar nəinki bu sektorun tənzimedici
mühitində nəzərəçarpan
dərəcədə dəyişikliklərə
səbəb olub, hətta nəqliyyat xidmətlərinə olan tələblərə də
öz təsirini göstərib. Həmçinin
nəqliyyat sahəsində
strukturların və idarəetmə institutlarında
əsaslı yeniləşdirmə,
təşkilati və
tənzimləyici fəaliyyətlərin
bölgüsünə keçidlə
yanaşı, inzibati idarəetmədən bazar iqtisadiyyatı
şəraitində dövlət
tənzimlənməsi sisteminə
keçməsi nəqliyyat
fəaliyyətinin müəyyən
dərəcədə hüquqi
əsasının yaradılması
da bu istiqamətdə
görülən işlərin
uğurlu nəticəsi
kimi qiymətləndirilir.
Nəqliyyat-yol kompleksinin
tərkib hissələrindən
hesab edilən dəmiryolu, su, mülki hava nəqliyyatı subsektorları
avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran amillərdəndir.
Bundan başqa, sahələrarası münasibətləri
tənzimləmək məqsədilə
mərkəzi icra hakimiyyəti orqanının
- Azərbaycan Respublikası
Nəqliyyat Nazirliyinin
təsis edilməsi dövlətin bu sahəyə olan diqqət və qayğısının bariz
nümunəsidir. Nəqliyyat
sahəsində əldə
edilən uğurlar sərnişin və yükdaşımalarına olan
tələbatı artırmaqla
yanaşı, bu sektorda islahatların aparılmasına da zəmin
yaradıb.
Müstəqilliyimizin bərpasından
sonra digər sahələr kimi, nəqliyyat sektoru da yeni inkişaf mərhələsinə
qədəm qoyub. Bu isə özlüyündə
tərəqqiyə, bazar iqtisadiyyatı
şəraitində nəqliyyatın
işinin hüquqi bazasının yaradılmasına,
bazar iqtisadiyyatının tələblərini
əks etdirən güclü fəaliyyətlərə
gətirib çıxarıb.
Nəqliyyat sahəsində
həyata keçirilən
islahatlar, həmçinin
vahid nəqliyyat siyasətinin formalaşmasına
stimul yaradıb.
Dövlətimizin bu istiqamətdəki siyasətinin
hədəflərindən biri
də subsektorların
inteqrasiyası və nəqliyyat xidməti bazarında birləşmiş,
multi-model bacarıqların daha da artırılmasıdır.
Respublikamızda nəqliyyatın
davamlı şəkildə
artan fərdi çevikliyini nəzərə
almaqla, vətəndaşların
nəqliyyatla hərəkəti
istiqamətində hüquqlarının
həyata keçirilməsi
ölkəmizin müdafiə
potensialının yüksəldilməsi
də başlıca vəzifələrdəndir. Digər
bir mühüm məqam Azərbaycan Respublikası tərəfindən
hazırlanmaqda olan sosial-iqtisadi inkişaf islahatların uyğunluq prinsiplərinə müvafiq
inkişafına nail olmaqdır.
Müasir dünyamızın
tələblərindən asılı
olaraq dəyişən
şərtlər nəqliyyat
sisteminin inkişafı
üçün əsas
istiqamətlərin müəyyən
olunmasını, bu sahənin tərəqqisi istiqamətində dövlət
tərəfindən vəzifələrin
müəyyənləşdirilməsini prioritet edir. Son 20 il ərzində Azərbaycanda
19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmiryolunun tikilməsi və ya əsaslı
təmir ediliməsi dövlətimizin bu sahəni daim diqqət mərkəzində
saxladığının göstəricisidir.
Artıq işğaldan
azad edilmiş ərazilərdə avtomobil
yolu və yüz kilometrlərlə dəmiryolu çəkilib.
Bundan başqa, Azərbaycan regionda 18 təyyarə ilə ən böyük mülki hava yük donanmasına malikdir. Daha bir mühüm fakt 2024-cü ilin sonuna qədər beynəlxalq hava limanlarının ümumi
sayının 9-a çatdırılmasıdır.
Sadaladığımız məqamların
hər biri Xəzər regionunun, xüsusilə də, Cənubi Qafqazın dünyanın geosiyasi xəritəsində mühüm
mövqeyə malik olduğunu
təsdiqləyir.
Dövlətimizin başçısı
iyulun 11-də bu ilin altı ayının yekunlarına
həsr olunan müşavirə zamanı
demişdir: "Bizim digər sahələrdəki
vəzifələrlə bağlı
deyə bilərəm
ki, xüsusilə son vaxtlar
nəqliyyat sektorunun əhəmiyyəti daha da
artır. Çünki
bəzi məhdudlaşdırıcı
tədbirlər yeni nəqliyyat
marşrutlarının açılmasına
gətirib çıxarır
və Azərbaycanın
əlverişli coğrafi
vəziyyəti, əlbəttə
ki, bizim üçün
əlavə imkanlar yaradır. Bildiyiniz kimi, biz nəqliyyat sektorunun inkişafı ilə bağlı uzun illər ardıcıl siyasət aparırıq və öz ərazimizdə infrastrukturu demək olar ki, əvvəlki dövrün tələbatına
uyğun olaraq tam modernləşdirmişik. Amma bu
gün tələbat daha da artır. Çünki yüklər
artır, nəqliyyat marşrutları, qeyd etdiyim kimi məhdudlaşır.
Həm Şimaldan Cənuba və əks istiqamətdə, həm də Şərqdən Qərbə
və əks istiqamətdə yükdaşımaların
artması göz önündədir".
Nəqliyyat sektorundan
danışdıqda Orta
Dəhlizin rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki,
Orta Dəhliz öz imkanları ilə regiondakı dövlətlərin koordinasiyalı
əməkdaşlığı sayəsində dünya ticarətinin ən mühüm həlqələrindən
biri kimi qiymətləndirilir. Orta Dəhlizin nəqliyyat həcmindəki böyük
artımı 2022-ci ilin
yanvar-mart aylarından,
2023-cü ilin I rübünə
qədərki dövr
ərzində asanlıqla
görmək mümkündür.
Belə ki, ötən
ilin əvvəlində
bu marşrutla 266,3 min
ton yük keçib
ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə
123 faiz çoxdur. Konteyner daşımaları
isə 5 847 20 futluq konteynerə (TEU) bərabər
olub ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 19 faiz
çoxdur. Hazırda
isə Orta Dəhliz Çin-Avropa İttifaqı dəmiryolu
ticarətinin ümumi
yük həcminin 3-5 faizini təşkil edir. Bundan başqa,
Cənubi Avropaya daşınan yüklərin
tranzitində əsas rol oynayan dəhlizin
Türkiyə hissəsinin
inkişafı üçün
yeni optimallaşdırma səylərinin
davam etdirilməsi də təqdirəlayiq addımlardandır. Bununla
yanaşı, İstanbuldan
Bolqarıstanla sərhədə
yüksəksürətli dəmiryolu
bağlantısının bir
hissəsi olan Halkalı-Kapikule dəmiryolu
layihəsinin il ərzində
başa çatdırılması
Orta Dəhlizdə dayanıqlı, sürətli
və səmərəli
daşımaların asanlaşdırılmasında
mühüm rol oynayacaq. Dəhlizin Cənubi Avropadan keçən hissəsinin
optimallaşdırılması məqsədilə Türkiyə,
Bolqarıstan, Serbiya və Macarıstan arasında yeni yaradılmış
dördtərəfli Koordinasiya
Şurası birgə
sərmayə qoyuluşu,
yükdaşıma qabiliyyətinin
və infrastrukturun yaxşılaşdırılması istiqamətindəki addımlar
da nəqliyyat sahəsindəki
uğurlarımızın göstəricisidir.
Nurlan ABDALOV
Respublika.- 2023.- 22 iyul.- S. 10.