ƏKİNÇİ QƏZETİ
VƏ ONUN DAVAMÇILARI
XlX əsrin ikinci yarısında Azərbaycan tarixində mühüm hadisələr
baş vermişdi. Həmin dövrdə Azərbaycanda kapitalizm inkişaf edir, cəmiyyətin strukturunda
dəyişiklik baş
verir, milli burjuaziya və fəhlə sinfi formalaşırdı. Azərbaycan
ziyalıları ilk öncə öz millətini maarifləndirməyə
çalışır və
azadlıq, demokratiya yolunda mübarizə aparmağa çağırırdı.
Bu çətin məqamda ilk mətbuat orqanı fəaliyyətə başladı.
"Əkinçi" qəzetinin
fəaliyyətə başlaması
görkəmli maarifçi-alim,
jurnalist, publisist Həsən bəy Zərdabinin adı ilə bağlıdır.
Həsən bəy
Zərdabi 1837-ci ildə
keçmiş Göyçay
qəzasının Zərdab
kəndində (indiki Zərdab şəhərində)
bəy ailəsində
anadan olmuşdur. Uşaqlıq vaxtlarından
Həsən bəy elmə maraq göstərirdi.1858-ci
ildə Şamaxıdakı
dördsinifli ali ibtidai məktəbi bitirdikdən sonra Qafqaz təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolayın məsləhəti və dəstəyi ilə Tiflis Gimnaziyasına qəbul olur. 1861-ci ildə buranı gümüş medalla başa vurur.
1861-ci ildə Həsən
bəy imtahansız dövlət hesabına
MDU-nun Fizika-riyaziyyat fakültəsinin Təbiət
şöbəsinə qəbul
olur. MDU-nun rektoru tarixçi Sergey Mixayloviç Solovyov Həsən bəyin həyatında müsbət rol oynamışdı. O, Həsən
bəyə öz zəngin kitabxanasından istifadə etməyə icazə vermişdi. 1861-ci
il Çar Rusiyasında inqilabi yüksəliş dövrü
idi. Kəndlilər təhkimçiliyə qarşı
çıxır, yeni
demokratiya ideyalarını
irəli sürürdülər.
Azadlıq hərəkatı
Həsən bəyə
yeni təkan verir və o, MDU-ni tezliklə bitirib öz yurduna qayıdıb ideyalarını reallaşdırmaq
arzusu ilə yaşayırdı. 1865-ci ildə
o, MDU-ni fərqlənmə
diplomu ilə bitirir. Həsən bəyə təklif olunur ki, universitetdə
elmi-pedaqoji fəaliyyətini
davam etdirsin və burada qalıb işləsin, lakin o, bu təklifi
qəbul etmir, çünki bir vətənpərvər olaraq
öz millətinə
bu çətin dövrdə dayaq olmağı özünə
borc bilir.
Həsən bəy
Zərdabi Azərbaycan
millətini oyatmaq və maarifləndirmək
üçün doğma
ana dilində qəzet çap etmək qərarına gəlir. 7 il gözlədikdən sonra
1875-ci il 22 iyul tarixdə "Əkinçi"
qəzetinin ilk tirajı çap olunur və bununla Azərbaycan milli mətbuatının əsası qoyulur. Qəzet bir neçə bölmədən
ibarət idi: "Daxiliyyə", "Əkin
və zirayət xəbərləri", "Elm
xəbərləri", "Təzə xəbərlər".
Qəzet sadə dildə yazılırdı,
çünki adından
da aydındır ki, əsasən kəndlilər və orta təbəqə əhali üçün yaranmışdı və
qeyd etmək lazımdır ki, pulsuz paylanılırdı.
Burada XlX əsrin ikinci yarısının görkəmli
ziyalıları öz
məqalələrini çap
etdirirdilər. Ədəbiyyat,
incəsənət və
xalqın ənənələrindən
M.F.Axundzadə öz imzası ilə qəzetdə məqalərini
çap etdirirdi. Moskvada təhsil alan Nəcəb bəy Vəzirov və Əsgər ağa Adıgözəlov
"Əkinçi" qəzetinin
fəaliyyətə başlaması
xəbərini böyük
sevinc hissi ilə qarşılamışdılar.
Ə.Adıgözəlov mətbəə
xərclərinin müəyyən
hissəsini öz öhdəsinə götürmüş
və rus dilində nəşr olunan mətbuat orqanlarından vacib xəbərləri tərcümə
edib "Əkinçi"yə
göndərirdi. "Əkinçi"
qəzeti həftədə
iki dəfə az tirajla çap
olunurdu. Azərbaycandan
başqa "Əkinçi"
Gürcüstanda, Dağıstanda,
Özbəkistanda da yayılmağa başladı.
Əsas mövzular çarizmə və köləliyə qarşı,
haqsızlıqlara və
milli oyanışa həsr olunurdu. Qəzetin mütərəqqi
ideyaları Çar hakimiyyətini narahat edirdi. 1877-1878-ci illərdə
Rusiya-Türkiyə müharibəsinin
başlanması ərəfəsində
"Əkinçi"nin vəziyyəti
daha da ağırlaşdı.
Çar hökuməti
qəzetin "türk-tatar"
dilində çap olunması və azərbaycanlıların Türkiyə
tərəfinə keçməsindən
ehtiyat edirdi. Buna görə də 1877-ci ilin sentyabrında qəzetin nəşrini dayandırmaq
haqqında hökumət
sərəncam verdi.
İki ilə 56 nömrəsi çap olunan "Əkinçi" qəzetindən
sonra ard-arda yeni-yeni qəzetlər, jurnallar çıxmağa
başladı: 1879-cu ildə
Hacı Səid Əfəndinin "Ziyayi-Qafqaziyyə"
qəzeti, 1883-cü ildə
Tiflisdə "Əkinçi"
üslubunu davam etdirən Cəlal Ünsizadənin "Kəşkül"
jurnal-qəzeti, 1903-cü ildə
Məmmədağa Şaxtaxtinskinin
"Şərqi-rus" qəzeti,
1906-cı ildə Cəlil
Məmmədquluzadənin "Molla Nəsrəddin" jurnalı. 1918-ci ildə Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti yarandı.
Öz müstəqilliyini,
siyasətini, azadlığını,
hüquqlarını, iqtisadiyyatını,
ictimai-siyasi proseslərə
münasibətini nümayiş
etdirmək üçün
AXC dövründə mətbuat
yenidən dirçəldi.
Üzeyir Hacıbəyovun
redaktorluğu ilə
"Azərbaycan" qəzeti
işıq üzü
gördü. XlX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində
mətbuat orqanlarında
qadın hüquqlarından
da bəhs edilirdi.
Ümummilli Lider Heydər Əliyev
KİV-in inkişafına daim
diqqət yetirirdi.
1997-ci il 22 iyul tarixdə
Milli Mətbuat Günü
münasibətilə Heydər
Əliyev çıxışında
demişdir: "Jurnalist
əməyi qeyri-adi, böyük zəhmət,
xüsusi səy tələb edən əməkdir. Dövlət
onların əməyini
qiymətləndirir, bu
sahədə mövcud
olan problemləri həll etmək üçün əlindən
gələn hər şeyi edir və bundan sonra da edəcəkdir".
1998-ci ilin avqustunda Ulu
Öndər Heydər
Əliyev KİV üzərində
dövlət senzurasını
ləğv etdi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev
Azərbaycan mətbuatının
130 illiyinə həsr
olunmuş yubiley mərasimində "İstər
iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı
olsun, istərsə də müstəqil mətbuat olsun- bu, mətbuatımızdır"
fikri ilə dövlətin mətbuat orqanlarına dəyər verdiyini vurğuladı. Mətbuat işçilərinə
fəxri ad, maliyyə
yardımı, üç
yaşayış binasının
verilməsi dövlətimizin
mətbuat işçilərinə,
KİV-ə yüksək diqqətinin
əyani təsdiqidir.
44 günlük Vətən müharibəsində ön
cəbhə ilə yanaşı, informasiya müharibəsi də davam edirdi. Mətbuat
işçiləri bu
çətin günlərdə
düşmənin dezinformasiyasına
qarşı cəsarətlə
mübarizə aparırdı.
Azərbaycan Milli Mətbuatının
148-ci ildönümü tamam
olur. İnanırıq
ki, Azərbaycan mətbuatı
qarşısında duran
hər hansı bir məsələni məsuliyyətlə yerinə
yetirəcək və
millətimizə öz
professionallığı, operativliyilə
layiqincə xidmət edəcək.
Jalə MƏMMƏDOVA,
Bakı şəhəri,
Xəzər rayonu Elçin Şəmiyev adına
149 nömrəli tam orta məktəbin tarix müəllimi.
Respublika.- 2023.- 22 iyul.-
S. 12.