Heydər Əliyev Azərbaycan mətbuatı

 

Masallı Rayon İcra Hakimiyyətinin "Respublika" qəzetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

 

Azərbaycan mətbuatı 148 illik şanlı, şərəfli yol keçib. Media ölkədə ən sürətlə inkişaf edən, müasir texnologiyaların tətbiqi ilə davamlı şəkildə təkmilləşən fəaliyyət sahəsidir. İnformasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi dəyərlərin qorunub saxlanması təbliğində, maarifləndirmə sahəsində mətbu sözün rolu əhəmiyyəti getdikcə artır.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafında da xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Ulu öndər hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda azad sözün inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi qayğı göstərib.

Milli Mətbuat Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyəti "Respublika" qəzetinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Azərbaycan mətbuatı" mövzusunda keçirilən dəyirmi masada ulu öndərin azad mətbuatın, fikir plüralizminin inkişafına misilsiz qayğısından ətraflı söhbət açılıb. Tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, ziyalılar, mətbuat işçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov "Heydər Əliyev İli" çərçivəsində növbəti tədbirin respublikamızın nüfuzlu mətbu orqanı olan "Respublika" qəzeti ilə birgə keçirildiyini diqqətə çatdırıb: "Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. "İl" çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ardıcıl, silsilə tədbirlər keçirilir. Növbəti tədbirin "Respublika" qəzeti ilə birgə təşkil olunması heç təsadüfi deyil. Ümummilli liderin 100 illik yubileyi ilə əlaqədar tədbirlər qəzetdə çox dolğun, əhatəli şəkildə işıqlandırılır, bu mövzuda sanballı yazılar dərc olunur.

Azərbaycan mətbuatının banisi H.B.Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün onun mütləq maariflənməsi gərəkdir. Xalqın maarifləndirilməsində öndə ziyalılar gedirdi. Mətbuatımızın ilk müjdəçisi "Əkinçi"nin nəşri dayandırılandan sonra ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan qəzetlər, jurnallar nəşr olunmağa başladı.

O vaxtdan müxtəlif tənəzzül intibah dövrləri yaşayan Azərbaycan mətbuatı cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Hər zaman ölkənin inkişafına, tərəqqisinə öz töhfələrini verməklə milli düşüncənin formalaşmasında müstəsna xidmətlər göstərib.

Mətbuatımızın hamisi, jurnalistlərin yaxın dostu olan ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə mətbuatın cəmiyyətdə rolunu, təsir gücünü yüksək dəyərləndirib. Müdrik rəhbərin 1993-cü ildə xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışı sayəsində mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoyub.

1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanan ilk Milli Konstitusiyada mətbuata yüksək qiymət öz əksini tapıb: "Demokratiyanın, siyasi plüralizmin vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir".

Müstəqillik illərində Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da ulu öndər tərəfindən imzalanıb. Dahi rəhbər azad mətbuatın inkişafını demokratik cəmiyyətin varlığını təsdiqləyən mühüm amil kimi qiymətləndirirdi. 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ölkəmizdə mətbuatın inkişafında  mühüm hadisə kimi qiymətləndirilir. Fərmandan sonra mətbuatın üzərindən dövlət senzurası götürüldü, söz mətbuat azadlığının əsası qoyuldu.

1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanun qəbul olundu. Bu sənəd mətbuatın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Ümummilli liderin təşəbbüsü rəhbərliyi ilə mətbuatın inkişafı ilə bağlı ardıcıl, davamlı tədbirlər həyata keçirildi. 2000-ci ilin martında ulu öndərin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı" təsdiq olundu.

Milli mətbuatın yubileylərinin geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata,  mətbuat işçilərinə ulu öndərin göstərdiyi misilsiz qayğının əyani nümunəsidir.

Ümummilli lider jurnalist əməyini daim yüksək qiymətləndirib, jurnalistlərin peşəkarlığının artırılması istiqamətində fərman sərəncamlar imzalayıb. Əbədiyaşar lider mətbuatın inkişafına yüksək diqqət qayğı göstərdiyinə görə 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülüb.

Müstəqil mətbuatın formalaşmasına inkişafına xidmət edən siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə qayğı göstərilir. 2005-ci ildə mətbuatın yaranmasının 130 illiyi ilə əlaqədar 140-dan artıq mətbuat işçisi möhtərəm Prezidentimizin Sərəncamı ilə fəxri adlar digər mükafatlarla təltif olunub. Dövlətimizin başçısının təşəbbüsü ilə həmin ərəfədə "Əməkdar jurnalist" adı bərpa olunub.

Yeniləşmə, təkmilləşmə zamanın tələbidir.  Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı yeni reallıqların bariz nümunəsidir. Fərmana uyğun olaraq "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılıb. Yeni dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, "Media haqqında" yeni Qanun qəbul edilib.

MEDİA Agentliyi qısa müddətdə  ölkəmizdə mətbuat sahəsində islahatların daha da   dərinləşdirilməsi istiqamətində bir sıra uğurlara imza atıb. Azad mətbuatın inkişafına göstərilən yüksək qayğının nəticəsidir ki, dövlətimizin başçısı üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb”.

"Respublika" qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov ulu öndərin 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa"nın birgə təşkilinə görə Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə redaksiya kollektivinin minnətdarlığını çatdırıb, ölkəmizdə mətbuatın inkişafına göstərilən ardıcıl, davamlı dövlət qayğısından söhbət açıb: "Milli mətbuatımız mübariz, şanlı tarixi yol keçib. Çox da uzaq tarix deyil. 1969-cu il  iyul ayının 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi mətbuatın inkişafında böyük dönüşün əsasını qoydu. O dövrdə bütün sahələrdə olduğu kimi, mətbuatda da sürətli inkişaf, yüksəliş nəzərə çarpırdı. Ulu öndərin yüksək qayğısı səyəsində doğma ana dilində qəzetlərin, televiziya verilişlərinin sayı artırıldı. Azərbaycanda nəşr olunan qəzet jurnallar ittifaq miqyasındakı mətbu orqanlarından peşəkarlıq səviyyəsinə digər parametrlərinə görə seçilirdi.

1990-cı illərin əvvəllərində mətbuatı da dərin böhran bürümüşdü. Müstəqilliyimizin ilk illərində ölkədə azad media demək olar ki, yox idi.  AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə redaksiyalara hücumlar olur, jurnalistlər döyülür, fiziki təzyiqlərə məruz qalırdılar. Jurnalistlərin azad müstəqil fəaliyyətinə maneələr yaradılırdı.

1993-cü ilin iyununda ulu öndərin hakimiyyətə gəlişi  milli mətbuatımızın xilası dirçəlişi üçün yeni səhifə açdı. Ulu öndər hakimiyyətə gəlməsəydi, mətbuat sahəsində problemlər daha da kəskinləşəcəkdi.

Azərbaycanda söz mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti ümummilli liderin adı, tükənməz qayğısı ilə bağlıdır. Müdrik rəhbərin yorulmaz səyləri nəticəsində mətbuatın azad fəaliyyəti inkişafı yolunda süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz qayğısı sayəsində media sürətlə inkişaf edir, dövrün tələblərinə layiqincə cavab verir.

Yeniləşmə prosesi mediadan da yan keçməyib. 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı "Media sahəsində islahatların daha da dərinləşdirilməsi" haqqında sərəncamından sonra media məkanında islahatlara start verilib. Mətbu orqanlarında şəffaflığın yaradılması, peşəkarlığın artırılması, KİV təsisçiliyində yeni standartların tətbiqi, KİV-lərin iqtisadi dayaqlarının möhkəmləndirilməsi istiqamətində xeyli görülüb. İslahatlar proqramı kontekstində yaradılan Medianın İnkişafı Agentliyi aparılan islahatların, yenilənmə proseslərinin mərkəzində dayanır.

Dövlətimizin iqtisadi qüdrəti artdıqca KİV-in jurnalistlərin problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Jurnalistlərin böyük dostu hamisi olan möhtərəm Prezidentimiz mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı bir neçə Sərəncam imzalayıb. 2013-cü 2017-ci ilin iyulunda dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində şəxsən iştirak edib. Dövlətimizin başçısı, həmçinin jurnalistlər üçün üçüncü binanın təməlini qoyub. Jurnalistlərlə görüşü zamanı Prezident deyib: "Mən həmişə çalışmışam çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən buna müsbət reaksiya verdim nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə "Jurnalistlər şəhərciyi" deyiləcək bu, belə oldu".

Ölkə mətbuatı Birinci Qarabağ Vətən müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, düşmən təbliğatına qarşı informasiya mübarizəsinə layiqli töhfələr verib. Yüksək jurnalist peşəkarlığı, fədakarlıq çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə Ermənistanın törətdiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırılıb. Bu sahədə ən böyük missiyanı isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev özü həyata keçirib. Möhtərəm Prezidentimizin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına verdiyi müsahibələr bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayıb.

Qarabağ uğrunda döyüşlərdə fərqlənən müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin olması media sahəsində çalışanların yurd, torpaq sevgisindən, vətənpərvərliyindən soraq verir.

"Yeni həyat" (Masallı) qəzetinin baş redaktoru Əlihüseyn Şükürov: "Əsası ümummilli lider tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı ölkə başçısı İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun davam etdirilir. Azərbaycan dünyada sözə, insan hüquq azadlıqlarına hörmət edən ölkə kimi tanınır.

Bir neçə il əvvəl möhtərəm Prezidentə "Jurnalistlərin dostu" mükafatı təqdim ediləndə  bildirmişdi ki, mən dostluğa sadiq adamam hesab edirəm ki, dostluğumuz bundan sonra da uğurla davam edəcəkdir.

"Yeni həyat" artıq 90 ildir ki, masallılı oxucuların görüşünə gəlir.  Rayonun iqtisadi, ictimai-siyasi, mədəni həyatında xüsusi yer tutur".

"Azərbaycan" qəzetinin  bölgə müxbiri Seyran Cavadov, "Cenub.az" xəbər saytının rəhbəri Zahir Əmənov, "Masallı xəbərləri" səhifəsinin rəhbəri Rauf Cəbiyev, Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbirdə çıxış edərək mətbuatın cəmiyyətdəki rolundan, üzləşdikləri problemlərdən danışıblar.

Ölkə Prezidentinin yüksək qayğısı sayəsində kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, KİV-in iqtisadi müstəqilliyinin jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Bu gün söz mətbuat azadlığı sahəsində heç bir maneə yoxdur. Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, dəyərli təhlillər aparır ölkəmizin inkişafında fəal rol oynayır. Mediaya diqqət qayğının nəticəsidir ki, jurnalist peşəsinin nüfuzu davamlı olaraq artır.

Görüşdə Qarabağ müharibəsi zamanı şəhid olan jurnalistlərin xatirəsi ehtiramla anılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbiri yekunlaşdırıb, media işçilərinə peşə bayramı münasibətilə səmimi təbriklərini, xoş arzularını çatdırıb.

 

Əlisəfa HƏSƏNOV

 

Respublika.- 2023.- 22 iyul.- S. 13.