Ana dili - Azərbaycan məktəbi"

 

İsrailin Kiryat Yam şəhərində fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində tədbir keçirilib

 

İyulun 18 İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Mərkəzin direktoru Ben Sion Şmoelovun rəhbərliyi təşəbbüskarlığı ilə "Ana dili - Azərbaycan məktəbi" layihəsi ilə əlaqədar olaraq tədbir keçirilib.

Bu barədə İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin məlumatında bildirilir kiDiasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi "Azərbaycan dili" dərsliyi tədbir iştirakçılarına təqdim edildi. "Azərbaycan dili" dərsliyi ilə tanış olan tədbir iştirakçıları bu dərslik əsasında Azərbaycan dilinin İsraildə təbliğ olunması istiqamətində fəaliyyət göstərəcəklərini bildirdilər.

Tədbirdə Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmoelov bildirdi kiAzərbaycan xalqı ilə yəhudi xalqı hər zaman dostluq qardaşlıq şəraitində mehriban yaşayıblar. Azərbaycanda yüksək tolerantlıq mehriban yaşam ənənəsi var. Multikultural tolerant dəyərlər Azərbaycan xalqının ta qədim dövrlərdən üzübəri gələn qədimdən bu günümüzə qədər mövcud olmuş bu gün isə Azərbaycan dövlətinin rəsmi dövlət siyasətidir. Azərbaycan xalqının ümummilli liderimüasir Azərbaycan dövlətinin qurucusudahi şəxsiyyət Heydər Əliyev Azərbaycana rəhbərlik etdikdən sonra bu ali dəyərlər daha da inkişaf etdirilərək rəsmi dövlət siyasətinə çevrilmiş bu gün bu ali dəyərlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək şəkildə davam etdirilir. Xüsusən, yəhudilərə Azərbaycanda hər zaman böyük hörmət göstərilib. Biz yəhudilər hər zaman Azərbaycanı özümüzə öz doğma ana vətənimiz hesab edirik.

Tədbirdə iştirak edənlər Azərbaycanın milli adət-ənənələrindəntolerant dəyərlərindən geniş söhbət açdılar. Qeyd edildi kibiz Azərbaycandan hər qədər uzaqda olsaq da, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan dilinə, Azərbaycanın milli adət-ənənələrinə məhəbbətimiz hər zaman sonsuzdur. Biz 30-40 ildən artıq vaxtdır  İsraildə yaşasaq daAzərbaycan dilini öz ana dilimiz hesab edirik.

Azərbaycan dövləti xalqı İsrailin dostu müttəfiqidir. Azərbaycan dövləti ilə İsrail dövləti arasındakı dostluq qardaşlıq əlaqələrinintərəfdaşlıq müttəfiqliyin daha da möhkəmlənməli olduğu bütün tədbir iştirakçıları tərəfindən yekdilliklə qeyd edildi.

Əlavə edək kiAzərbaycan Respublikasının İsrail dövlətindəki Fövqəladə Səlahiyyətli səfiri Muxtar Məmmədov iyunun 14-də İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin qonağı olmuş səfirə burada görülən işlər barədə geniş məlumat verilmişdir. İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Azərbaycanla bağlı böyük guşə mövcuddur. Ben Sion Şmoelovun rəhbərliyi ilə burada Azərbaycan həqiqətləri Azərbaycanın milli maraqları təbliğ olunur dünyaya çatdırılır.

 

Respublika.- 2023.- 22 iyul.- S. 14.