Azərbaycan hədəflərinə doğru
inamla irəliləyir
Şuşa Qlobal
Media Forumundan dünyaya
mühüm çağırışlar
Şuşa Media Forumundan
edilən çağırışlar
qalib Azərbaycanın
yaratdığı reallıqların
dünyaya çatdırılmasıdır.
21 iyul 2023-cü ildə
Qarabağın tacı,
mədəniyyət paytaxtımız
Şuşada zəngin
ənənələrə malik Azərbaycan mediasının tarixində
əlamətdar hadisə
yaşandı. Maraqla izlənən Qlobal Media Forumu bütün dünyada böyük rezonans yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin
"4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media" mövzusunda Şuşa
Qlobal Media Forumundakı
çıxışı dünya
mediasının diqqət
mərkəzində oldu.
"Biz hər
hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm
Zəfərimizi nümayiş
etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal
yenidən müdafiə
sahəsində dərin
islahatlar həyata keçirməyə başlamışıq".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev
"4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media" mövzusunda Şuşa
Qlobal Media Forumunda çıxışında bildirib.
Bu gün Ordumuzun üç il bundan əvvəlkindən
daha güclü olduğunu diqqətə çatdıran dövlətimizin
başçısı deyib
ki, buna ehtiyac var, o da tariximizdən qaynaqlanır. Görürük
ki, bu gün
beynəlxalq hüququn
normaları kobud şəkildə pozulur. Beynəlxalq hüquq selektiv tətbiq edilir, uzun illər
bu yanaşmaya məruz qalmışıq.
BMT Təhlükəsizlik Şurası
Ermənistan qoşunlarının
Azərbaycan ərazilərindən
dərhal və qeyd-şərtsiz çıxarılması
ilə bağlı dörd qətnamə qəbul etdi, ancaq o qətnamələrə
riayət edilmədi və bu gün
həmin tendensiya davam edir. Beynəlxalq
hüquq işləməyəndə,
imza o qədər də əhəmiyyətə
malik olmayanda, sülhün qarantiyası
yalnız gücdür.
Bildiyimiz kimi,
1992-ci ildə erməni
silahlı birləşmələri
respublikamızın ərazilərinin
işğalına istiqamətlənmiş
hərbi əməliyyatların
miqyasını kifayət
qədər genişləndirmişdilər.
Lakin heç bir beynəlxalq təşkilat beynəlxalq
hüquq normalarını
kobud şəkildə
tapdalayan bu işğalçılıq əməllərinə
obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə
BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri,
bəyanatları meydana
çıxdı, bununla
belə, həmin sənədlər münaqişənin
əsl səbəbini
dəqiq şəkildə
qiymətləndirmədi, təcavüzkarla
təcavüzə məruz
qalan tərəf arasında heç bir fərq qoymadı.
Biz haqqımızı
müdafiə işinə
beynəlxalq hüquq müstəvisində 30 ildən
çox idi ki, başlamışdıq.
Özü də tarixi faktlar və həqiqəti əks etdirən sübutlarla. Lakin nəinki dünya ölkələri, hətta
beynəlxalq hüquq belə görməzdən
gəlirdi. Təbii ki, nə xalqımız,
nə də Ali Baş Komandanımız
bu məsələyə
səssiz qalmadı. Danışıqlar nəticə
vermirdi, sülh yolu ilə münaqişənin
həlli mümkünsüz
olmuşdu. Ermənistanın
danışıqlar prosesində
riyakar mövqeyi vasitəçiləri də
artıq bezdirmişdi.
Çünki Ermənistan
və onun rəhbərliyi beynəlxalq
vasitəçiləri də
aldatmağa çalışırdı.
Qələbəni əldə
etmək üçün
ölkədə və
beynəlxalq müstəvidə
böyük hazırlıq
işləri görüldü.
Ordu quruculuğu sahəsində islahatlar aparıldı. İlk növbədə, beynəlxalq
müstəvidə uğur
qazanmalı idik və buna nail
olduq. Aparıcı beynəlxalq təşkilatlar
bizim mövqeyimizi dəstəkləyən qərar
və qətnamələr
qəbul etmişdilər.
Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, Qarabağ
əzəli Azərbaycan
torpağıdır. Çünki
Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı
tam təhrif edilmiş mənzərə
ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə
real həqiqətləri
dünya ictimaiyyətinə
çatdırmaq, mötəbər
beynəlxalq təşkilatların
qərarlarını qəbul
etdirmək bizim üçün başlıca
vəzifə idi. Belə də oldu. İkinci Qarabağ müharibəsi
Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin
qisasını döyüş
meydanında aldıq.
2020-ci ildə Azərbaycan
Ermənistanı döyüş
meydanında məğlub
edərək 30 illik işğala son qoydu. İşğalçı
ölkə kapitulyasiya
aktını imzalamağa
məcbur oldu. Bununla da Azərbaycan
öz ərazi bütövlüyünü və
tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının
1993-cü ildə qəbul
etdiyi dörd qətnamənin icrası təmin olundu. Azərbaycanın bu Qələbəsi beynəlxalq
hüququn və ədalətin zəfəridir.
O "İkili standartlar" siyasəti beynəlxalq təşkilatlara
qarşı etibarı
azaldır. Beynəlxalq
hüquq normaları işləmir. Böyük
dövlətlər onlara
sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları
icra etmirlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurası
tərəfindən qəbul
olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan
dərhal çıxarılmasını
tələb edən qətnamələr 30 il ərzində kağız
üzərində qalmazdı.
Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü
o qədər olmayan ölkələr üçün
yazılıb. Böyük
ölkələr buna
məhəl qoymaya bilərlər.
Uzun illər davam edən danışıqlar heç
bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü,
tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında
təmin etdi. BMT, Qoşulmama Hərəkatı,
İslam Əməkdaşlıq
Təşkilatı, hətta
daim bizə qarşı ədalətsiz
mövqe sərgiləyən
Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr
qəbul etdilər. Bu gün Azərbaycanla
daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin
sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi.
Ermənistan tamamilə
təcrid edilmiş vəziyyətdə idi. Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə
dünyada bu müharibə ilə bağlı artıq tam konkret və
həqiqəti əks
etdirən təsəvvür
var idi. O cümlədən, ikitərəfli
formatda bir çox ölkələrlə
bərabərhüquqlu və
qarşılıqlı maraqlar
üzərində qurduğumuz
münasibətlər bizim
gücümüzü artırırdı.
Ermənistan 30 il
işğal altında
saxladığı ərazilərimizdə
qanunsuz olaraq təbii sərvətlərimizi,
o cümlədən qızıl
və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq Azərbaycanın təbii
sərvətlərinin qanunsuz
istismarı və digər qanunsuz fəaliyyətlə məşğul
olan müxtəlif ölkələrdən olan
xarici şirkətlər
müəyyən olunub.
Artıq həmin şirkətlərə qarşı
hüquqi tədbirlər
görülür. Azərbaycan
torpaqlarını işğaldan
azad edərək beynəlxalq hüququ təmin etdiyi kimi, bu məsələdə
də beynəlxalq hüququn aliliyini tam təmin edəcəkdir. Ermənistanın
cinayətləri bununla
yekunlaşmır, işğaldan
azad edilmiş ərazilərimizdə yerləşdirilmiş
minaların mövcudluğu
çoxsaylı insan itkisinə səbəb olmaqla yanaşı, bərpa və quruculuq işlərini çətinləşdirir. Gələcəkdə
faciələrin təkrarlanmaması
üçün Ermənistanın
bütün cinayətləri
araşdırılmalı və
beynəlxalq təşkilatlar
da mina xəritələrinin
verilməsini tələb
etməlidir.
Prezident İlham
Əliyev Şuşa Qlobal Media Forumunda çıxışında bildirdi
ki, İkinci Qarabağ müharibəsi
dövründə və
müharibədən sonra
Ermənistana yaxınlığı
ilə seçilən
ölkələr öz
ermənipərəst mövqelərini
daha gizlədə bilmədilər, yaxud da bunu istəmədilər.
Bunun müəyyən
dərəcədə Azərbaycanın
həmin ölkələrlə
münasibətlərinin gərginləşməsinə
gətirib çıxardığını
vurğulayan dövlətimizin
başçısı deyib:
"Ancaq bu o demək deyil ki, bu, əbədi
belə olacaq. Bu mərhələ də başa çatacaq, yeni mərhələ açılacaq.
Əsas odur ki, sənin gündəliyin olsun. Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla
etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi. Biz hədəfə doğru gedirdik, gedirik və bir çox hədəflərə çatmışıq.
Bəzi hədəflər
var, onlara çatmamışıq, amma
onlara da çatacağıq".
Mustafa KAMAL
Respublik.- 2023.- 23 iyul.-
S. 1; 2.