Təhlükəsizliyimizin təminatı olan Ordumuz əvvəlkindən daha güclüdür

 

"Bundan sonrakı illərdə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, yeni silahlı birləşmələrin yaradılması təkmilləşdirilməsi istiqamətində, o cümlədən ən müasir silahların, texnikaların alınması istiqamətində işlər plan üzrə gedir. İkinci Qarabağ müharibəsindən sonra Silahlı Qüvvələrimizdə aparılan islahatlar hələ başa çatmayıb, o cümlədən struktur islahatları. Biz öz Silahlı Qüvvələrimizi ən qabaqcıl orduların səviyyəsinə çatdırmalıyıq, yəni təbii ki, Azərbaycan miqyasını nəzərə almaq şərtilə". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Azərbaycan Ordusunun regionun ən güclü silahlı qüvvəsi olması etiraf edilir. Təbii ki, bu, qürurdoğurucu haldır. Silahlı Qüvvələrimizin bu səviyyəyə yüksəlməsi isə heç asan başa gəlməyib.

Müstəqilliyimizin ilk illərini yada salaq. Ərazilərimizin 20 faizi məhz həmin dövrdə, ordumuzun pərakəndəliyi, maddi-texniki bazasının zəifliyi hərbi personalın peşəkarlığının aşağı səviyyədə olması üzündən işğal edilmişdi.

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl prinsipiallıqla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası da, peşəkarlıq səviyyəsi ildən-ilə yaxşılaşır, müasirləşir.

İndi Azərbaycan təkcə silah-sursat alan ölkə deyil, həm satan ölkəyə çevrilib. Çünki bu sahənin inkişaf etdirilməsi üçün elmi şəkildə işlənib hazırlanmış Dövlət Proqramı da mövcuddur, kifayət qədər sərmayə yatırımı da, mükəmməl idarəetmə var. Bütün bunların nəticəsi isə ilk dəfə Aprel döyüşlərində aydın göründü. 2017-ci ilin ilk ayında, yanvarın 23-də Azərbaycan Ordusunun növbəti reallıqları ilə istər dostlarımız, istərsə bədxahlarımız da tanış oldular.

İlin əvvəlində kütləvi informasiya vasitələrinin yaydığı məlumatlardan bütün dünyaya məlum oldu ki, Azərbaycan dövləti özünün silahlı qüvvələrini müasirləşdirmək üçün istənilən islahatı həyata keçirməyə hazırdır bu yolda lazım olan heç nəyi əsirgəməyəcək. Məhz həmin dövrdən başlayan islahatlar bu gün davam edir.

Onu da qeyd edək ki, Silahlı Qüvvələrimizin inkişafında Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın gücləndirilməsi əsas rol oynayır. İlk öncə onu deyək ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi deyil, eyni zamanda bölgədə sülh təhlükəsizliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 2010-cu il sentyabrın 15-də imzalanmış "Azərbaycan Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında" birgə Bəyannamə əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoydu. Həmin vaxtdan Azərbaycan Silahlı Qüvvələrinin NATO standartları əsasında qurulması istiqamətində Türkiyə Silahlı Qüvvələri böyük töhfələr verməkdədir. Azərbaycan Türkiyə hər sahədə müttəfiqdir. Bu mənada, həm ikitərəfli səviyyədə, həm NATO ilə hərbi sahədə əməkdaşlığın davamlı inkişafı bu müttəfiqliyin ayrılmaz hissəsidir.

"Türkiyənin nəyi varsa, Azərbaycan da onlara sahibdir". Bu fikri açıqlamasında İstanbulda keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik kosmik sənaye sərgisində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri söyləmişdi. O, daha sonra sözünə davam edərək demişdi ki, sərgidə nümayiş etdirilən nələr varsa, onlara Azərbaycan tərəfindən hansısa tələb, ehtiyac olduğu təqdirdə, istənilən səviyyədə danışıqlar aparacaq, məsələləri müzakirə edəcəyik.

Qeyd edək ki, 2022-ci il oktyabrın 25-də İstanbul şəhərində 876 şirkət 24 universitetin iştirakı ilə keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik kosmik sənaye sərgisində Azərbaycan qonaq qismində milli stendi ilə iştirak edirdi.

Azərbaycan Ordusu dünyanın ən güclü ordularındandır. Silahlı Qüvvələrimiz İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz hərbi gedişlər, döyüş taktikası ilə dünya hərb tarixində öz izini qoydu. Mükəmməl, mürəkkəb hərbi gedişlərlə Qarabağın tacı olan Şuşanın kiçik silahlarla azad edilməsilə Vətən müharibəsinə son qoyan Ordumuz bununla xalqımızın hərb sahəsindəki tarixi ənənəsini yaşatmış oldu. XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin döyüş təcrübəsinin, peşəkarlığının, ən çətin istehkamları keçmək məharətinin dünyanın aparıcı hərbi məktəblərində öyrənilməsi Azərbaycan əsgərinin qüruru, məhvə məhkum Ermənistanın "yenilməz ordu mifi"nin dağıdılması idi. Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda Azərbaycan xalqının öz qüdrətli dövlətinin ordusuna qətiyyətli birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı.

Bu da bir həqiqətdir ki, hər bir dövlətin gücünü müəyyən edən əsas amillərdən biri onun hərbi potensialı müdafiə qabiliyyətidir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürurla söyləyə bilərik ki, 105 yaşını qeyd edən Azərbaycan Ordusu üzərinə düşən bu şərəfli vəzifəni layiqincə yerinə yetirir. Yarım ilin yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının dediyi kimi: "...özümüzü qorumaq üçün, öz müstəqilliyimizi qorumaq üçün, seçimimizi qorumaq üçün, həyat tərzimizi qorumaq üçün, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq".

Bu güc isə Ordumuzun hər gün artan gücüdür. O güc varsa, deməli, təhlükəsizliyimiz etibarlı qorunur.

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2023.- 23 iyul.- S.1; 5.