Azərbaycanın nüfuzu
gündən-günə artır.
Region və ətraf ölkələrlə,
təşkilatlarla qurulan
əlaqələr, imzalanan
müqavilələr bunun
əyani nümunəsidir.
Ölkəmizin təbii
sərvətlərlə zənginliyi,
keyfiyyətli neft-qaz resurslarına sahib olması onun dəyərini daha da artırır. Hazırda bir çox ölkələrlə,
Mərkəzi Asiya, Avropa, Cənubi Qafqaz və Türk dövlətlərilə
əməkdaşlıq davam
edir.
Ölkəmizin böyük
tranzit imkanlarına malik olması onun bu sahədə
rolunun artmasına birbaşa imkan verir. Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yollar məhz Azərbaycandan keçir. Buna görə də ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticarət yollarının
çoxunun birləşdiyi
əlverişli logistik
mərkəzə çevrilir.
Əlbəttə, ölkəmizin
mərkəz olmağının
bir çox səbəbləri var. Azərbaycanın əlverişli
coğrafi mövqeyi, burada zəruri nəqliyyat infrastrukturlarının
mövcud olması, o cümlədən Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı, yeni Ələt Azad İqtisadi Zonası da mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq
əhəmiyyətli avtomobil
yollarının tikintisi,
Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat
dəhlizləri istiqamətində
dəmiryol xətlərinin
yenilənməsi də
ölkəmizin xarici iqtisadi əlaqələrini
daha da genişləndirib.
Bakı-Tbilisi-Qars dəmiryol
xətti Avropa və Asiya ölkələri
arasında yük daşınmasında tranzit
ölkə kimi Azərbaycanın əhəmiyyətini
daha da artırır.
Marşrut Asiya və Avropa ölkələrini birləşdirəcək
ən qısa yoldur. Ələt İqtisadi Zonasının
yaradılması isə
bir sıra məsələlərə, ticarət
dövriyyəsinin artmasına,
investisiya və sərmayələrin yatırılmasının
sürətlənməsinə, regionlarda məşğulluğun
güclənməsinə, yeni
iş yerlərinin açılmasına, milli
iqtisadiyyatın dünya
iqtisadiyyatı sisteminə
inteqrasiyasının daha
da sürətlənməsinə
təkan verəcək.
Həmçinin Tarixi
İpək Yolunun mövcudluğu da ölkəmizin nüfuzunu
artırır. İpək
yolunun bir sıra əsas məqsədləri var. Bölgədə yerləşən
ölkələrin ticarət-iqtisadi,
nəqliyyat əlaqələrinin
inkişaf etdirilməsi,
yük və sərnişinlərin beynəlxalq
daşınmasının həyata
keçirilməsi, tranzit
daşımaları üçün
əlverişli şəraitin
yaradılması kimi mühüm strateji üstünlükləri mövcuddur.
Bununla yanaşı,
Orta Dəhliz marşrutunda da ölkəmiz ən mühüm aktor rolunu oynayır. Bu mövqedə Azərbaycan Avropa ilə Asiyanı birləşdirən açar
ölkələrdən biri
hesab olunur. İlk vaxtlar Azərbaycan, Qazaxıstan və Gürcüstanın
müvafiq strukturlarının
iştirakı ilə
yaradılan marşrut
daha sonra Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib.
Həmçinin qeyd edək ki, Çin-Qazaxıstan
sərhədindən başlayan
Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan,
Türkiyə ərazisindən
keçərək Avropaya
qədər uzanır.
Bu da Avropa
ilə Asiyanı birləşdirən ən
qısa və rahat marşrutdur. Əgər Çindən
Avropaya gedən yük qatarları Orta Dəhlizdən gələrsə, 12 gün
ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə
qət edərlər.
Hazırda mövcud
olan transboru kəmərləri genişləndirilir,
yeni layihələr yaradılır. Bu barədə iyulun 21-də
"4-cü Sənaye İnqilabı
dövründə Yeni
Media" mövzusunda Şuşa
Qlobal Media Forumunun açılış mərasimində
Prezident İlham Əliyev də bildirib: "Biz tərəfimizdən mövcud
infrastrukturumuzu təklif
edə bilərik və yaxud müəyyən
ərazi təklif edə bilərik ki, yeni infrastruktur
inşa edilsin. Lakin eyni zamanda,
onu unutmamalıyıq
ki, bu gün
Azərbaycan üç
il əvvəl inşa edilən boru kəmərinin genişləndirilməsi ilə
məşğuldur. Nəyə
görə? Çünki
tələbat artır.
TAP boru kəməri
10 milyard kubmetrə hesablanmışdısa, 20 milyard
kubmetrə qaldırılmalıdır.
TANAP 16-dan 32-yə qaldırılmalıdır.
Bu, əvvəllər
bizdən gözlənilmirdi.
Lakin indi gözlənilir və vəziyyət dəyişib.
Odur ki, biz genişlənmə haqqında niyə danışırıq? Azərbaycan
daha çox qaz istehsal edəcək
və hər yeni il əvvəlki
ildən daha çox istehsal edir. Məsələn,
2021-ci ildə biz 19 milyard kubmetr ixrac edirdik, keçən il artıq 22-yə qalxmışdır
və cari ildə 24 olacaq. Sizinlə görüşmədiyimiz
bu aylarda biz ən azı
300 milyard kubmetr ehtiyatı olan "Abşeron" qaz yatağının kəşfini
elan etmişik və artıq ilk quru "Şahdəniz"dəki bütün
quyulardan daha məhsuldardır. Odur ki, bizim boru
kəmərləri sisteminin
genişlənməsi öz
resurslarımızın artması
ilə bağlıdır.
Xəzər dənizinin
Şərq sahillərindən
əlavə qaz ehtiyatlarına gəldikdə,
bunun üçün
trans-Xəzər sualtı
qaz boru kəməri inşa edilməlidir və ikincisi, Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastruktur lazımdır".
Azərbaycanda logistik
nəqliyyat mərkəzinin
yaradılması məqsədilə
bərələr, tankerlər,
quru yük gəmiləri, təyyarələr
alınıb. Ticarət
təyinatlı nəqliyyat
marşrutlarının Azərbaycandan
keçməsi ölkəmizə
həm siyasi, həm də iqtisadi dividendlər gətirir. Şübhəsiz
ki, gələcəkdə
isə bu amil bütün Avrasiya regionunun firavanlığına xidmət
edəcək.
Töhfə SƏMƏDOVA
Respublika.- 2023.- 23 iyul.- S.1; 6.