Azərbaycan-Misir
əlaqələri möhkəmlənir
1952-ci il iyulun
23-də Misirdə general
Əli Məhəmməd
Naqib və Camal Əbdül Nasirin rəhbərliyi ilə baş verən inqilab nəticəsində monarxiya
devrilib. Bu hadisədən bir
il sonra - 1953-cü ildə
Misirdə respublika
elan edilib. O gündən
etibarən hər il
23 iyul Misirdə milli bayram günü kimi qeyd edilir.
Misir Azərbaycanın
tərəfdaş olduğu
ölkələrdən biridir.
İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub və həmin ilin aprel ayında
Azərbaycanda Misirin diplomatik səfirliyi fəaliyyətə başlayıb.
Ölkəmizin Misirdəki
səfirliyi isə
1994-cü ildə açılıb.
Bu dövlətimizin Afrika qitəsindəki
ilk səfirliyi hesab olunur. İki ölkə arasındakı
əlaqələrin inkişafına
Qarabağ münaqişəsinin
həlli məsələsində
Misirin Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləməsi də
öz müsbət təsirini göstərib.
Bir çox beynəlxalq
qurumlarda, həmçinin
İslam Konfransı Təşkilatında
da Misir daim ölkəmizə dəstək
verib.
İki respublika
arasında münasibətlərin
şaxələndirilməsində dövlət rəsmilərinin
səfərləri də
mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında
iştirak etmək üçün Qahirəyə
işgüzar səfəri
baş tutub. Səfər çərçivəsində
Heydər Əliyev Misir Prezidenti Hüsnü Mübarəklə
görüşüb. Görüş
zamanı Azərbaycanla
Misir arasında münasibətlərin möhkəmləndirilməsi
və əməkdaşlığın
yeni perspektivlərinin müəyyənləşdirilməsi
kimi bir çox mühüm məsələlər müzakirə
edilib.
Ölkəmiz inşaat,
əczaçılıq, kənd
təsərrüfatı, həmçinin
təhsil, mədəniyyət,
informasiya texnologiyaları
sahəsində də
Misirlə əməkdaşlıq
qurmaqda maraqlıdır.
Əlavə olaraq, azad iqtisadi zonaların
yaradılması, yeni elektrik
stansiyalarının tikintisi,
şəkər istehsalı,
əczaçılıq sənayesinin
inkişafı ilə
bağlı müxtəlif
layihələrin icrası
da Misir Respublikası ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan
Misir ilə münasibətlərin gələcəkdə
daha da genişləndirilməsi
üçün mühüm
addımlar atır. Hələ ulu öndərin
ölkəmizə rəhbərliyi
dövründə - 1997-ci ilin
fevral ayında MƏR
xarici işlər nazirinin müavini Fəthi Şazlinin rəhbərlik etdiyi Misir nümayəndə heyətinin Bakıda səfərdə olması
qarşılıqlı etimadın
göstəricisidir. Digər
bir vacib məqam, 2002-ci il iyulun
23-də Heydər Əliyevin
Misir Ərəb Respublikasının milli bayramı
münasibətilə "Avropa"
otelində bu ölkənin Bakıdakı
səfirliyinin təşkil
etdiyi rəsmi qəbulda iştirak etməsi idi. Ümummilli lider çıxışında Misir
ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq
əlaqələrinin daha
da inkişaf etdirilməsi
istiqamətində lazımi
şəraitin olduğunu
vurğulayıb. Həmin
il 3 oktyabr tarixində
ulu öndər Qahirə
şəhərində 7 aprel
1994-cü ildə imzalanmış
"Azərbaycan Respublikası
Hökuməti ilə
Misir Ərəb Respublikası Hökuməti
arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında
Saziş"in icrasını
təmin etmək üçün Hökumətlərarası
iqtisadi, texniki və elmi əməkdaşlıq
üzrə müştərək
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibi haqqında Sərəncam imzalayıb.
Azərbaycan və Misir arasındakı əlaqələr hazırda
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
uğurla davam etdirilir. Ölkə başçımızın 2007-ci il mayın 6-da Misirə rəsmi səfərinin baş tutması bunun təzahürüdür.
Səfər zamanı
iki ölkə arasında əlaqələrin
inkişafı, mövcud
beynəlxalq vəziyyət,
Ermənistan-Azərbaycan Qarabağ
münaqişəsi kimi
mühüm məsələlər
müzakirə edilib. Bundan bir gün
sonra isə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
Misir Ərəb Respublikası Nazirlər Şurasının binasında
Baş nazir Əhməd
Nazif ilə təkbətək
görüşü keçirilib.
Görüş çərçivəsində
Azərbaycan ilə Misir arasında mövcud iqtisadi əməkdaşlığın inkişafı, digər sahələrdəki əlaqələrin
daha da dərinləşdirilməsi
üçün böyük
potensialın olduğu
vurğulanıb. İqtisadi
münasibətlərin daha
da genişlənməsinə səfər çərçivəsində
imzalanan sənədlər
də müsbət təsir göstərib.
2008-ci il avqustun 19-da isə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Misirin ölkəmizdəki
fövqəladə və
səlahiyyətli səfiri
Yusif Əhməd
İbrahim əl-Şarkavini diplomatik fəaliyyətinin
başa çatması
münasibətilə qəbul
edib. Görüş zamanı Misir-Azərbaycan
münasibətlərinin son illər uğurla inkişaf etdiyi vurğulanaraq, bundan sonra əlaqələrin daha da genişlənəcəyinə
əminlik ifadə olunub. Bu münasibətlər
növbəti səfərlər
çərçivəsində daha da genişlənib. Bu
il yanvarın 28-də isə
Bakıda Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və
Misir Ərəb Respublikasının Prezidenti
Əbdülfəttah Əs-Sisinin
geniş tərkibdə
görüşü baş
tutub. Görüş
zamanı dövlət
başçımızın söylədiyi fikirlər
Azərbaycan-Misir əlaqələrinin
yüksək səviyyədə
inkişafını bir
daha təsdiqləyir:
"Səfərinizə çox
böyük əhəmiyyət
veririk. Əminəm
ki, səfər Misir-Azərbaycan
əlaqələrinin inkişafı
üçün çox
mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə
bir çox məsələləri müzakirə
etdik. Misir-Azərbaycan
əlaqələrinin gələcək
inkişafı ilə
bağlı bizim fikir ayrılığımız
yoxdur. Bir çox sahələrdə əməkdaşlıq
üçün çox
gözəl imkanlar
var. Əminəm, əldə
olunmuş razılaşmaları
biz səfərdən sonra
icra edəcəyik".
Qeyd edək
ki, Prezident Əbdülfəttah
Əs-Sisi Misirlə diplomatik əlaqələr
qurulandan bəri Azərbaycana gələn
ilk Misir Prezidentidir.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 23 iyul.- S. 6.