Şuşa Forumu dünya mediasının inkişafına əhəmiyyətli töhfələr verəcək

 

Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa şəhəri mötəbər beynəlxalq tədbirə - "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumuna evsahibliyi etdi öz əzəmətini, bir daha dünyaya göstərdi. Fəxarətlə deyə bilərik ki, artıq Şuşa dünyada həm beynəlxalq tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi tanınır.

Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat media qurumunun qatılması tədbirin əhəmiyyətinin ona olan marağın təzahürüdür. Bu, həm həqiqətin, reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından xeyli önəmli hadisədir. Belə ki, işğaldan azad edilmiş Şərqi Zəngəzura Qarabağa gələn xarici media nümayəndələri uzun illər ermənilərin orada törətdiyi bütün vəhşilikləri, dağıdılmış şəhərləri, kəndləri öz gözləri ilə görür, real vəziyyəti dəqiq dürüst şəkildə dünyaya çatırırlar. Bu da, sözsüz ki, ermənilərin havadarlarının bütün yalanlarını, bölgə ilə bağlı dezinformasiyaları alt-üst edir.

Dövlətimizin başçısı cənab İlham Əliyevin Forumun açılış mərasimində iştirak etməsi, yerli xarici jurnalistlərin suallarını cavablandırması bir daha göstərdi ki, o, hər zaman mətbuata açıqdır, bu sahənin inkişafına hərtərəfli dəstək olur. Əbəs yerə deyil ki, bu gün Azərbaycan mətbuatı hərtərəfli inkişaf edib, ölkəmizdə 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir. Eləcə jurnalistlərin mənzillə təmin olunması, qəzet jurnalların nəşriyyata olan borclarının silinməsi ölkəmizdə mətbuata olan dəstəyin bariz nümunələridir.

Jurnalistlərin müxtəlif məzmunlu suallarına dərin biliyi, geniş zəkası, dəmir məntiqi tutarlı arqumentləri ilə cavab verən Prezident İlham Əliyev istər bölgədə, istər regionda, istərsə dünyada baş verən prosesləri hərtərəfli şərh etdi, Azərbaycanın dünyada yerini rolunu, əhəmiyyətini göstərdi. Sübut etdi ki, ölkəmiz etibarlı tərəfdaş, həmçinin sülh sabitliyin tərəfdarıdır. Təbii ki, bütün bu uğurlara Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində imza atılıb. Dövlət başçımız ölkəmizin dayanıqlı iqtisadi inkişafını təmin etdi, səmərəli layihələr həyata keçirdi, Azərbaycanı regionun lider dövlətinə çevirdi. Məhz onun rəhbərliyi ilə yenilməz Ordumuz 30 illik işğala son qoyaraq xalqımızı məğlubiyyət girdabından qurtardı, ərazi bütövlüyümüz suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan layihələrin önəmi bu gün daha aydın görünür Avropanın üzləşdiyi enerji böhranında xilaskar rolunu oynayır. Həmçinin, Qoşulmama Hərəkatının sədri olaraq cənab İlham Əliyevin gördüyü işlər, sərgilədiyi ədalətli mövqe beynəlxalq ictimaiyyətin gözündə onu lider şəxsiyyətə çevirib. Odur ki, dövlətimizin başçısı regional beynəlxalq təşkilatların istənilən mövzulu tədbirlərinə dəvət olunur, rəy təklifləri alınır, əsasən dünyanın gələcəyi ilə bağlı çıxışları irəli sürdüyü təşəbbüsləri maraqla qarşılanır. Prezidentimizin Şuşa Qlobal Media Forumunda iştirakı da dünya mediasının diqqət mərkəzindədir, çıxışının əsas məqamları ilə bağlı yazılar dərc olunur, qiymətli fikirləri təhlil edilir.

Şuşa Qlobal Media Forumunda rəqəmsal dövrdə jurnalistika kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları media savadlılığı, dezinformasiya feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi digər məsələlərlə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər gəlinən qənaət dünya mediasının inkişafına mühüm töhfələr verəcək.

 

Səttar MÖHBALIYEV,

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı.

 

Respublika.- 2023.- 25 iyul.- S. 7.