Azərbaycan-Çin: etibarlı tərəfdaş, dost ölkələr

 

Qarşılıqlı səmimi münasibətlər böyük uğurların əldə olunmasında əsas faktordur

 

"Mənim Prezident Si Cinpinlə həm Çində, həm beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir". Bu fikirləri Prezident İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib.

Dövlət başçısı əlavə edib ki, cənab Si Cinpin olduqca məsuliyyətli şəxsdir çox uğurlu xarici siyasət bunun nəticəsidir. İnsan olaraq o, çox mehriban, hörmətcil səmimi adamdır şəxsən mən onunla təmasdan çox razıyam.

Hazırda regionda dünyada baş verən proseslər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə əlaqələrin qurulmasına maraqlı olduqlarını göstərir. Yeni dünya düzəninin fonunda ortaya çıxmış reallıqlar çoxşaxəli əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını zəruri edir. Bu kontekstdə geostrateji güc mərkəzləri ilə siyasi-iqtisadi tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çin yeni dünya nizamında söz sahibi olan, dünya siyasi iqtisadi proseslərini regional qlobal miqyasda istiqamətləndirmək imkanlarına sahib "G-7"lərdən biridir. Çinin yalnız Şərqi Mərkəzi Asiyada, Yaxın Orta Şərqdə deyil, bütün dünyada cərəyan edən geosiyasi proseslərə təsir gücünə malik dövlətə çevrilməsi reallıqdır.

Bu ölkə dünyanın ən nəhəng iqtisadi hərbi güclərindən biridir bu baxımdan Azərbaycan-Çin əlaqələri dövlətimizin xarici siyasətində xüsusi əhəmiyyət daşıyır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Çin ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çinlə bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. İki ölkə arasında ticarət, iqtisadi, diplomatik, siyasi, hərbi, humanitar mədəni əməkdaşlıq inkişaf edir.

Qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri Çinin rəhbərləri ilə görüşləri gələcək əməkdaşlığımız üçün zəmin yaradıb. Ölkələrimiz arasında təməli məhz o vaxt qoyulan əməkdaşlıq əlaqələri hazırda çox uğurla inkişaf etdirilir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Siyasi münasibətlər artıq yaxşı tərəfdaş etibarlı dost olduğumuzu nümayiş etdirir. Beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Ölkələrimiz həmişə bir-birinin ərazi bütövlüyünü suverenliyini dəstəkləyir. Bu münasibətlər qarşılıqlı hörmət dostluq üzərində qurulub. Çin iqtisadiyyatı inkişaf etdikcə beynəlxalq aləmdə onun rolu artır dünya dövlətləri, xüsusilə inkişaf etməkdə olan ölkələr onunla əməkdaşlığa can atır. Çin ilə Azərbaycan coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub.

Bu münasibətlərin yaranmasında isə tarixi İpək Yolu mühüm rol oynayıb. Belə ki, 2013-cü ildə Çin tərəfindən "Bir kəmər, bir yol" layihəsi irəli sürüldü ki, bu da tarixi İpək Yolunu yenidən canlandırmağa, həmçinin bu yolun keçdiyi ölkələrilə əməkdaşlıq sahələrini artırmağa xidmət edirdi. Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm 2017-ci ilin oktyabrında "Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı ilə öz təsdiqini tapdı. "Bakı-Tbilisi-Qars" dəmir yolunun istifadəyə verilməsi, bu yolun tikintisində Azərbaycanın rolu, eləcə "Bir kəmər, bir yol" layihəsinə verdiyi dəstək Çin hökuməti tərəfindən yüksək qiymətləndirildi. Çinin dövlət başçısı Si Cinpinin ötən ilin payızında "Bir kəmər, bir yol" Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi "Çinin böyük dostu" adlandırması təsadüfi deyildi. Qarşılıqlı münasibətlər böyük uğurların əldə olunmasında əsas faktordur.

Dövlət başçıları tərəfindən əsası qoyulmuş siyasi dialoq yüksək səviyyəli intensiv xarakterli qarşılıqlı səfərlərlə daha da möhkəmləndirilib. Azərbaycan Çinlə siyasi, hərbi, iqtisadi, mədəniyyət digər istiqamətlərdə sıx əlaqələr yaradıb. Bu əlaqələr bu gün davam etdirilir. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni istehsal etməyi planlaşdırır. Bu isə təkcə Azərbaycan üçün yox, həm bütün region üçün çox əhəmiyyətlidir.

Ölkə başçısı Çinin "China Media Group" media korporasiyasına müsahibəsində deyib ki, dünyada Çinin dostlarının sayı ildən-ilə artır bu, məhz həmin müdrik siyasətin nəticəsidir. Biz onun ölkəsinin inkişafını yardıma ehtiyacı olanlara dəstəyini yalnız alqışlaya bilərik. Hesab edirəm ki, bu, dünyada nadir hallardan biridir. Bu, xüsusilə indi aktual məsələdir. Vaxtında digər mənbələrdən yardım ala bilməyən ölkələrə kömək edilir. Sizə Azərbaycanla bağlı nümunə deyə bilərəm. COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi peyvəndlərin ilk həcmi-bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!

Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəyi ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində genişləndirilməsinə güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə , Çin Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 26 iyul.- S. 1; 3.