Cənubi Qafqazın inkişafı Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır

 

"Mən işğal dövründə dəfələrlə ictimaiyyət beynəlxalq təşkilatlar qarşısında Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının vacibliyini bildirmişəm bu da sözsüz ki, beynəlxalq təşkilatların bəyannamələrinə qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının, həmçinin Avropa Şurası Parlament Assambleyasının qərarları, hətta Avropa Parlamentinin, - baxmayaraq ki, hazırda kifayət qədər ermənipərəst mövqedədir, onun da qəbul etdiyi qətnamə var idi ki, reallığı əks etdirirdi, - lakin bu sanksiyalar baş vermədi, bunlar Ermənistana qarşı tətbiq olunmadı. Çünki geosiyasi gündəlik tamamilə fərqli idi".

Bu sözləri iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev deyib. Həmçinin ölkə başçımız qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etdik. Prezident İlham Əliyev bildirib ki, həmin dövrlərdə beynəlxalq aktorların heç biri, yəni bu gün "Qarabağ Azərbaycandır!" deyən beynəlxalq aktorlar heç vaxt bu ifadəni dilə gətirməyiblər. Lakin artıq dövr tamamilə dəyişib onların hər biri Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməyə məcburdur.

İkinci Qarabağ müharibəsindən sonra regionda bir çox yeni məsələlər ortaya çıxıb. Ölkəmizin bölgədə enerji, logistika baxımından baş aktor olması onun gücünü daha da artırır. Ölkəmizin bu mənada lider olmasının digər bir səbəbi xarici siyasətində milli maraqlar beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürməsidir. Şübhəsiz ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni daha mütərəqqi dəyərlər təqdim edir. Həmçinin ölkəmizin həm ikitərəfli, həm beynəlxalq təşkilatlar çərçivəsində səmərəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirməsi, hakimiyyətin siyasi gücündən xəbər verir. Lakin Qərb qonşumuz bundan tamamilə uzaqdır. Ermənistanda daxili xaos yüksək səviyyədədir. İqtisadiyyatın getdikcə zəifləməsi nəticəsində bu gün ölkədə minlərlə işsiz, ac insan var. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra ölkədə baş verən qarşıdurmalar vəziyyəti daha da gərginləşdirib. Ermənistanın gah sülhə doğru addım atıb, gah da təxribatlar törətməsi isə Paşinyan hakimiyyətinin öz ölkəsinin xalqının rifahının düşünmədiyinin digər bir nümunəsidir.

44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan  Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik əməkdaşlıq məkanına çevrilməsi istiqamətində yeni reallıqlar yaradıb. Məhz buna görə müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, ölkəmiz bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Azərbaycanın sülhlə bağlı  mövqeyi konkret, qəti birmənalıdır. Bunun belə olduğunu ölkə başçımız öz çıxışlarında dəfələrlə bəyan edib. Həmçinin Şuşa Qlobal Media Forumunda da ölkə başçımız regionda mövcud olan vəziyyətin müsbətə doğru getməsinin əsas amilinin Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılı olduğunu bildirib: "Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır". Dövlətimizin başçısı deyib ki, öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur. "Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var onlara riayət olunmalıdır".

Ümumilikdə, ölkəmizin Cənubi Qafqazın gələcəyi ilə bağlı mövqeyi aydındır beynəlxalq hüquq norma prinsiplərinə əsaslanır. Şübhəsiz ki, Prezident İlham Əliyevin siyasi-strateji gücü bu ilin sonuna qədər sülhün reallaşacağı həqiqətini qaçılmaz edir. Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Hayastan tərəfi Azərbaycanın 86,6 min kvadratkilometr Ermənistanın 29,8 min kvadratkilometrlik ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib. Bu o deməkdir ki, Paşinyan hakimiyyəti Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən açıq şəkildə qəbul edib. Bir sözlə, bölgədə proseslər ölkəmizin müəyyən etdiyi prinsiplərə əsasən irəliləyir. Burada əsas hədəfin Cənubi Qafqazın sülh əməkdaşlıq məkanına çevrilməsi olduğunu nəzərə alsaq, bu amil regionun inkişaf düsturunu təşkil edir.

 

Töhfə SƏMƏDOVA

 

Respublika.- 2023.- 26 iyul.- S. 5.