Cənubi Qafqazda sabitliyə, dayanıqlı sülhə nail olunmalıdır

 

Azərbaycanla Türkiyə normallaşma prosesinə birgə  yanaşma nümayiş etdirir

 

"Prezident Ərdoğanla şəxsi dostluğumuz təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu, regional inkişaf sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda, Türkiyə Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir". Bu fikirləri Prezident İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Azərbaycanın Qarabağı işğaldan azad etməsi regionda yeni bir mərhələnin başlanmasının əsasını qoydu. Rəsmi Ankara İkinci Qarabağ savaşında ölkəmizin qələbə qazanmasında əsas rol oynadı. Türkiyənin Cənubi Qafqazdakı rolu, gələcək strategiyada Gürcüstanla əlaqələri, Azərbaycanla siyasi-hərbi ittifaqı bu istiqamətdən Mərkəzi Asiyaya açılması yeni bir siyasi nizamı formalaşdıracaq. Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlətimizin başçısı deyib: "Türkiyənin siyasəti regional təhlükəsizliyi sabitliyi, inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir".

Üçtərəfli Bəyanat Ermənistanla mümkün əlaqələrin normallaşması Ankaranın da bu regionda aktiv iqtisadi gücünü stimullaşdıracaq. Türkiyənin inkişafı, sabitliyi ona dost olan ölkələrə, bütün dünyaya lazımdır. Çünki Türkiyə bu gün dünyanın enerji siyasətinin müəyyən edilməsində önəmli rol oynayır. Ölkəmiz bir çox əhəmiyyətli enerji layihələrini Türkiyə ilə bərabər icra edir bu layihələr dünya üçün önəmlidir. Türkiyə enerji təhlükəsizliyi məsələlərinin həllində mühüm addımlar atır. Politoloqlar qeyd edirlər ki, Türkiyə altılıq sülh əməkdaşlıq iqtisadi formatını ortaya qoyur. Rusiya isə burada Ermənistan Azərbaycanla mümkün əlaqələrin qurulmasına mane olur.

Göründüyü kimi, Türkiyənin təklif etdiyi format siyasət regionda qəbul edilir. Bu gün Ermənistan da Türkiyə ilə əlaqələrdə maraqlıdır. Ümumiyyətlə, region Türkiyə üçün daha da açıq qəbulediləndir. Bu isə belə deməyə əsas verir ki, qardaş ölkə Cənubi Qafqazda sülh, sabitlik iqtisadi inkişafın tərəfdarıdır, bölgədə sülh əmin-amanlığın təmin olunması üçün səy göstərir. Azərbaycan 30 il işğal altında olan torpaqlarını, Qarabağı 44 gün davam edən əməliyyatlarla Ermənistanın işğalından azad edib. Haqlı mübarizəsində Azərbaycanın yanında olan Türkiyə "Bir millət, iki dövlət" anlayışı ilə öz qardaşlarının yanında olmaqda davam edir. Türkiyə Azərbaycan Qarabağ müharibəsindən sonra Ermənistana müsbət təkliflər göndəriblər. Bakının Yerevanla sülh sazişinin imzalanmasına dair çağırışları xüsusi əhəmiyyət daşıyır. Bu, həm Türkiyə Azərbaycanın məsələyə birgə yanaşmasını nümayiş etdirir.

İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan Türkiyə mövcud münasibətlərini rəsmiləşdirdi bunu Şuşa Bəyannaməsini imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdı. İşğaldan azad olunmuş Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi siyasi əhəmiyyəti var. Bəyannamə olduqca genişdir demək olar ki, bütün sahələrdə Azərbaycanla Türkiyə arasındakı münasibətlərin qətiyyətini ifadə edir. Şuşa Bəyannaməsinin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti məqsədi bir olan Azərbaycan Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı.

Türkiyədə keçirilən prezident seçkiləri, təbii ki, qardaş Azərbaycan xalqı ictimaiyyəti tərəfindən böyük diqqət maraqla izlənilirdi. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur. İki qardaş ölkə arasındakı bu münasibətlər tarixin bir çox ağır məsuliyyətli sınaqlarından üzüağ çıxıb. Təkcə regionda deyil, bütün dünyada mühüm siyasi iqtisadi aktora çevrilən Türkiyədə seçkilərin nəticələri qlobal müstəvidə ciddi siyasi hadisə idi. Gərgin siyasi rəqabətə dünyanın bir sıra güc mərkəzlərinin bütün əngəllərinə baxmayaraq, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçiləcəyi gözlənilən idi. Çünki Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük uğurlar əldə edərək, beynəlxalq münasibətlər sistemində ciddi mövqeyə sahib olub. Bundan başqa, Türkiyənin artıq dünyanın ehtiyac duyduğu etiraf etdiyi müdafiə sənayesi, avtomobil istehsalı sahəsində əldə etdiyi böyük nailiyyətlər məhz Ərdoğanın adı ilə bağlıdır.

"4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında Prezident İlham Əliyev deyib: "Bildiyiniz kimi, Prezident Ərdoğan seçkilərdən sonra ilk dövlət səfərini Azərbaycana edibdir. Bu, ənənədir. Mən yenidən seçilərkən ilk səfərimi Türkiyəyə etmişdim. Bundan əlavə, bildiyiniz kimi, mən Prezident Ərdoğanın inauqurasiya mərasimində iştirak etdim orada da biz gələcək əməkdaşlıq məsələlərini müzakirə etdik. Əlbəttə, mən bütün məsələləri açıqlamaq istəməzdim, ancaq bu, məlumdur ki, qarşıdan gələn illərdə Türkiyə Azərbaycan regionda daha önəmli rol oynayacaqdır. Əlbəttə ki, bu potensialdan istifadə edəcəyik ki, ölkələrimizi daha da yaxınlaşdıraq".

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 27 iyul.- S. 1; 4.