Ölkəmizin ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

 

İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin normallaşması, regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində Azərbaycan ciddi addımlar atsa da, qarşı tərəf bunun əksinə olaraq vəziyyəti gərgin saxlamaq məqsədilə iki ölkənin şərti sərhədində təxribatlara ara vermir, tarixi ərazilərimizdə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarına ayrıca status verilməsini tələb etməklə ölkəmizin daxili işlərinə qarışmağa cəhd edir. Halbuki, dövlət başçımız onların hüquqlarının təhlükəsizliyinin ölkəmizin Konstitusiyası əsasında qorunacağını, azərbaycanlılarla bərabər hüquqa malik olacaqlarını dəfələrlə bildirib. Bu isə bir daha göstərir ki, 44 günlük müharibədən hələ dərs almayan Ermənistan Cənubi Qafqazda sülhü deyil, müharibəni, qarşıdurmanı təşviq edir. Müharibədən məğlub çıxan qərb qonşumuz 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalayarkən üzərinə götürdüyü öhdəliklərə əməl etmir.

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı zamanı ölkə başçımız rusiyalı politoloq Sergey Markovun sualını cavablandırarkən bu məsələyə bir daha toxunub: "Bildiyiniz kimi, iki müddəa hələ həllini tapmayıb. Bunun birincisi, erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, ikincisi isə Naxçıvana çıxışın təmin edilməməsidir. Ermənistan hələ bu iki müddəanı təmin etməyib". 10 noyabr Bəyanatının bütün müddəalarına əməl edən Azərbaycan qətiyyətlə Ermənistanın öz öhdəliklərini yerinə yetirməsini tələb edir. Bu təqdirdə, sülhün mümkün olacağını bildirən dövlət başçımız Azərbaycanın təklif etdiyi sülh gündəliyinin beynəlxalq hüququn norma prinsiplərinə əsaslandığını bildirir.

Azərbaycan, Rusiya Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanatın 4-cü müddəasına əsasən Qarabağda təmas xətti Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. 9-cu bənddə isə bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpa edildiyi, Ermənistan Respublikasının vətəndaşların, nəqliyyat vasitələrinin yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi göstərilir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanlarının həyata keçirəcəyi, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi bildirilir. Lakin sənədin imzalanmasından 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq, erməni silahlı birləşmələri hələ Azərbaycan ərazilərindən çıxarılmayıb həmin silahlı birləşmələr bu günə qədər davamlı təxribatlar törədirlər. Zəngəzur dəhlizinin açılmasına isə Ermənistan tərəfindən hələ razılıq verilmir.

Ermənistan Rusiya, ABŞ Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə verdiyi vədləri yerinə yetirmir. Belə ki, Brüsseldə, Moskvada, Soçidə, Vaşinqtonda keçirilən görüşlərdə qarşı tərəf sülh sazişinin imzalanmasının, sərhədlərin delimitasiya demarkasiyasının vacibliyini bildirsə , hələ bu istiqamətdə müsbət nəticə əldə olunmayıb. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın 5-ci Brüssel görüşündə gündəlikdə duran bütün məsələlər nəzərdən keçirilib, Azərbaycan ilə Ermənistan arasında artıq 3 ilə yaxındır ki, uzanan hələ həllini tapmayan sülh danışıqlarında irəliləyiş əldə olunub. Belə ki, üçtərəfli görüşdə sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi" əsas kimi götürülüb. Azərbaycan Ermənistan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın 86,6 min kvadratkilometr əraziyə sahib olduqlarını rəsmən açıq şəkildə tanıyıblar. Dövlət başçımız Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibəsində bu barədə deyib: "...bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək imzalamaqdır".

Artıq 3 ildir ki, beynəlxalq vasitəçilərin təşəbbüsü ilə keçirilən görüşlərdə aparılan danışıqların nəticəsində Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdı. Bundan sonrakı mərhələ isə bunun rəsmi sənəd kimi imzalanmasıdır ki, məhz bu halda iki ölkə arasında sülh mümkün olacaq. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasını, sərhədlərinin delimitasiyasını, kommunikasiyaların açılmasını nəzərdə tutan, 5 baza prinsipi əsasında irəli sürülən sülh sazişinin imzalanması regiona uzunmüddətli sülhü gətirmək istəyində olan Azərbaycanın mövqeyidir bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2023.- 27 iyul.- S. 1; 5.