Qərbi Azərbaycanın
tarixi, mədəniyyəti
barədə məlumatların
turizm sektoru vasitəsilə təbliği
yolları müzakirə
olunub
Qərbi Azərbaycan
İcmasında turizm obyektlərinin təmsilçilərinin
məlumatlandırma sessiyası
keçirilib.
İcmadan AZƏRTAC-a bildiriblər
ki, məlumatlandırma sessiyasında
çıxış edən
Qərbi Azərbaycan İcmasının İdarə
Heyətinin sədri,
Milli Məclisin deputatı
Əziz Ələkbərli
Qərbi Azərbaycan həqiqətləri barədə
danışıb, İcmanın
yaradılması, strukturu,
fəaliyyəti və
qarşıda duran məqsədlərlə bağlı
məlumat verib.
İdarə Heyətinin
sədri bildirib ki, Qərbi Azərbaycan barədə reallığın
dünyaya çatdırılması
baxımından turizm
sektoru böyük önəm daşıyır.
Əziz Ələkbərli
bu istiqamətdə İcma ilə turizm obyektlərinin təmsilçilərinin görə
biləcəyi birgə
işlərə toxunub.
Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin
sədrinin köməkçisi
Orxan Abbasov Qərbi Azərbaycan, onun tarixi, əhalisi,
mədəniyyəti və
sair istiqamətlərin
turizm sektorunda yer almasına dair təkliflərini səsləndirərək birgə
atılacaq addımları
dilə gətirib.
Azərbaycan Hotel Assosiasiyasının
icraçı direktoru
Günay Sağlam, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası
sədrinin müşaviri
Müzəffər Ağakərimov,
"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət
və Təbiət Qoruğunun bələdçisi
Şahnaz Hümbətova
və digərləri
də çıxış
edərək turizm sektorunda Qərbi Azərbaycan həqiqətləri,
eləcə də tarixi və mədəniyyəti ilə
bağlı elementlərin
yer almasının önəmini vurğulayıblar.
İcma rəsmiləri
və məlumatlandırma
sessiyasının iştirakçıları
Qərbi Azərbaycan,
onun tarixi, mədəniyyəti, eləcə
də qeyri-maddi mədəni irsi, mətbəxi və ənənələri barədə
məlumatların turizm
sektoru vasitəsilə
təbliğ edilməsinin
yolları barədə
müzakirələr aparıblar.
Tədbirdə səsləndirilən
bütün təkliflər
sonda bir araya gətirilərək qarşıdakı birgə
fəaliyyət üçün
qeydə alınıb.
Daha sonra turizm obyektlərinin təmsilçiləri Qərbi
Azərbaycan İcmasının
binası ilə tanış olublar.
Respublika.- 2023.- 27 iyul.-
S. 10.