İrəvan Dövlət
Azərbaycan Dram Teatrının ötən
il 140 illik yubileyi qeyd olunub.
Prezident İlham Əliyev 14 iyul 2022-ci il tarixində bu əlamətdar yubileylə bağlı sərəncam imzalayıb.
Sərəncamdan irəli
gələrək Mədəniyyət
Nazirliyi silsilə tədbirlər təşkil
edib, teatr binası təmir olunmağa başlayıb.
140 yaşlı İrəvan
Dövlət Azərbaycan
Dram Teatrı Qərbi azərbaycanlıların
milli kimliyinin əsas elementlərindəndir.
Xatırlatmaq lazımdır
ki, azərbaycanlıların
tarixən köklü
yaşadığı mühüm
elm, maarif və mədəniyyət
mərkəzlərindən biri kimi tanınan
İrəvan mahalında
1882-ci ildən etibarən
fəaliyyətə başlayan
teatr sonrakı dövr ərzində özünün zəngin
repertuarında milli ədəbi-bədii fikrin
nailiyyətlərinə daim
xüsusi yer verərək tamaşaçıların
rəğbətini qazanıb
və mədəniyyət
salnaməmizə yaddaqalan
səhifələr yazıb.
Azərbaycanın görkəmli
səhnə ustalarından
bir çoxunun yaradıcılıq taleyi
peşəkar milli teatrımızın ayrılmaz
tərkib hissəsinə
çevrilən bu qocaman sənət ocağı ilə sıx bağlıdır.
Cənab Prezidentin imzaladığı Sərəncamdan
irəli gələrək
görülən işlər
barədə Mədəniyyət
Nazirliyinin rəsmisi Oleq Əmirbəyov, teatrın rəhbəri İftixar Piriyev və aktrisa Səmayə İsmayılova
ilə söhbət etdik.
Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirdi ki, İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının
140 illiyi münasibətilə
tədbirlər planı
üzrə işlər
davam etdirilir: "Bildiyiniz kimi, 2022-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi tamam oldu.
Bu teatr azərbaycanlıların tarixən
köklü yaşadığı
elm-maarif, mədəniyyət
mərkəzlərindən hesab edilən İrəvan mahalında
1882-ci ildən etibarən
fəaliyyətə başlayıb.
Cənab Prezident İlham Əliyev İrəvan Dövlət
Azərbaycan Dram Teatrının 140 illiyinin
qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. Bu Sərəncamın birinci
bəndində Mədəniyyət
Nazirliyinə İrəvan
Dövlət Azərbaycan
Dram Teatrının
140 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata
keçirmək həvalə
olunmuşdu. Hazırda
bu tədbirlər planı üzərində
iş aparılır.
Hətta teatr sektorumuz Qərbi Azərbaycan İcması ilə əlaqə yaradıb və icma üzvlərinin fikirlərini, təkliflərini
də qeydə alıb. Qeyd olunanları nəzərə
alaraq deyə bilərəm ki, Mədəniyyət Nazirliyi
bütün tədbirləri
reallaşdıracaq. Teatr
binasının rəsmi
açılışının təşkil edilməsi istiqamətində
də işlər davam etdirilir. Təmir-bərpa işləri
yekunlaşdıqdan sonra
teatr öz binasında fəaliyyətini
davam etdirəcək".
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının rəhbəri
İftixar Piriyev dedi ki, cənab
Prezident İlham Əliyevin imzaladığı
Sərəncamla təmir
olunan teatr binası Binəqədi rayon M.Rəsulzadə qəsəbəsi H.Ağamalıyev
küçəsi 5 ünvanında
yerləşir:
"Hazırda binanın
təmiri natamam vəziyyətdədir. Teatr
binasının rəsmi
açılışının nə zaman olacağı
ilə bağlı dəqiq məlumatımız
yoxdur. Binada bəzi çatışmazlıqlar
olduğu üçün
hazırda açılışa
hazır deyil. Möhtərəm Pezidentimiz
İrəvan teatrına
böyük diqqət
və qayğı göstərir. Dövlət
başçısı İlham
Əliyev 2007-ci ildə
də teatrımızın
fəaliyyətinə və
hazırkı dinamikasına
böyük dəyər
verərək, 125 illiyinin
dövlət səviyyəsində
keçirilməsi üçün
sərəncam imzaladı
və yubiley tədbirləri təntənəli
şəkildə həm
Azərbaycanda, həm
də Türkiyə Cümhuriyyətinin ən
böyük şəhərlərində
qeyd olundu. Kollektivimizin bir qrup üzvü fəxri adlarla təltif olunub. Hazırda Prezident Sərəncamı ilə
140 illik yubileyimizin təntənəli şəkildə
keçirilməsinə hazırlıq
işləri gedir. Təmir işləri aparılan binamızın
təntənəli açılış
mərasimi gözlənilir".
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının aktrisası
Səmayə İsmayılova
isə teatr binasının təmir olunması ilə bağlı sevincinin həddi-hüdudunun olmadığını
bildirib:
"Mən cənab
Prezident İlham Əliyevə İrəvan
teatrını diqqətdə
saxladığına görə
dərin təşəkkürümü
bildirirəm. Allah Ümummilli Lider Heydər Əliyevə də qəni-qəni rəhmət eləsin. Onun hakimiyyətə gəlişindən əvvəl
İrəvan teatrının
bağlanma ehtimalı
var idi. Lakin Heydər Əliyev hakimiyyətə
gəldikdən sonra bizim teatrımızı qorumaq üçün əlindən gələni
etdi. Daha sonra cənab Prezident İlham Əliyev bu ənənəni davam etdirdi. Ölkə başçısının Qərbi
Azərbaycana qayıdışın
reallaşacağı ilə
bağlı fikirləri
məndə böyük
ümid yaradıb. Hələ ki, binanın təmiri bitməyib, amma ona kənardan baxanda elə bilirəm dünyaları mənə verirlər. Mən 1977-ci ildən İrəvan Dövlət
Azərbaycan Dram Teatrının əməkdaşıyam.
Bu müddət ərzində hələ bu qədər sevinməmişdim. İrəvan
Dövlət Azərbaycan
Teatrı ölkəmizin
ən qədim milli mədəniyyət ocağıdır. Mənim
ən böyük arzumdur ki, bu
teatr öz yurdunda - İrəvanda yenidən fəaliyyət göstərsin. Allah da bizlərə nəsib eləsin ki, tamaşalarımızı
İrəvanın özündə
oynayaq. Qeyd etməliyəm ki, bu teatrın ayaqda qalmasında İftixar Piriyev, Hidayət Orucov, Vidadi Əliyev, Elmira İsmayılovanın
da rolu danılmazdır.
İftixar Piriyev İrəvan teatrını
dünya miqyasında tanıdır. Aktyor və aktrisalarımız müxtəlif ölkələrdə
qastrol səfərlərində
iştirak edir".
Nuranə DAXİLQIZI
Respublika.- 2023.- 27 iyul.-
S. 10.