Güclü dövlət, müstəqil siyasət formulu

 

Azərbaycan yeni reallıqlar yaradır

 

Azərbaycan dünyada özünü etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanıtdıra bilmişdir. Müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, iqtisadi, hərbi, humanitar digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə beynəlxalq təşkilatları özü seçir. Azərbaycan enerji sahəsində əlaqələrini dövlət maraqları qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.

44 gün davam edən Vətən müharibəsi ölkənin ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm regionda qüvvələr balansının yeni konfiqurasiyasını formalaşdırdı. Azərbaycan Ermənistanın 30 il davam edən işğalına son qoymaqla, Cənubi Qafqazda əsl söz sahibi olduğunu bir daha dünyaya nümayiş etdirdi. İqtisadi sosial sahədə aparılan ardıcıl, sistemli islahatlar qısa müddət ərzində ölkənin iqtisadi imkanlarının xeyli dərəcədə genişləndirilməsinə, uğurlu sosial dövlət modelinin qurulmasına imkan yaratdı.

Bu tarixi Qələbənin əsas müəllifi ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirərək qısa müddətdə güclü dövlət qüdrətli ordu yaratmağa müvəffəq olmuş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

"Bizim şəxsən mənim hədəfim isə dünyanın Azərbaycanın dəyişməkdə olduğunu nəzərə alaraq Heydər Əliyev siyasətini davam etdirmək, ölkəni müasirləşdirmək, bir heç vaxt digərlərinin hökmranlığı altında yaşamamaq üçün müstəqilliyimizi möhkəmləndirmək, özünü təmin edən güclü iqtisadiyyat qurmaq insanların daha yaxşı yaşamasına şərait yaratmaqdır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korporasiyasına müsahibəsində bildirib. Dövlət başçısının dərin məzmunlu müsahibəsi ölkəmizin daxili xarici siyasətinin məqsədlərinin, regionda baş verən proseslərin mahiyyətinin dünyaya çatdırılması baxımından əhəmiyyətlidir. Ölkə başçımız Azərbaycan xalqının hökumətinin hədəflərini bir daha bəyan etdi. Bildirdi ki, xalqımız milli köklərinə ənənələrinə dayanaraq müasir dövlət qurur.

Bu gün Azərbaycan vətəndaşı yeni bir reallıqda yaşayır. O, güclü orduya, beynəlxalq aləmdə layiq olduğu siyasi nüfuza, dayanıqlı iqtisadiyyata sahib qalib ölkənin vətəndaşıdır. Bu reallığı yaratmaq üçün Azərbaycan uzun, bəzi məqamlarda çətin yol keçməli oldu. Lakin ölkə başçımızın liderliyi, müdrikliyi, uzaqgörənliyi, tarixi prosesləri düzgün qiymətləndirmək bacarığı bütün çətin vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan yaratdı. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub Şimal-Qərb nəqliyyat dəhlizləri kimi qlobal əhəmiyyətli layihələrdə fəal iştirak etməklə Avrasiyanın mühüm etibarlı nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq edib.

Ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən biri beynəlxalq münasibətlər sistemində qarşılıqlı əlaqələrin qurulmasıdır. Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasət yeritməsindən bilavasitə asılıdır. Ölkəmizin son iyirmi illik tarixinə nəzər saldıqda görərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artırıb, dünya ictimaiyyətinin diqqət mərkəzində olan beynəlxalq aləmdə öz mövqeyini diktə etməyi bacaran ölkəyə çevirib. Dünyanın aparıcı ölkələri onların nüfuzlu tədqiqat institutları, beynəlxalq reytinq təşkilatları da bu faktları dəfələrlə etiraf ediblər.

Ötən müddətdə işğaldan azad olunmuş ərazilərimizdə insanların rahat firavan yaşayışın təməlinin qoyulması, bərpa quruculuq missiyasının uğurla yerinə yetirilməsi üçün mühüm infrastruktur layihələri icra olunur. Azərbaycan bütün bu işləri təkbaşına, heç bir ölkədən beynəlxalq maliyyə qurumundan yardım istəmədən, öz gücü ilə həyata keçirir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yerinə yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi bölgələrdə olan dövlət başçısı İlham Əliyev əhalinin arzu istəkləri ilə bilavasitə maraqlanır, təklif təşəbbüslərinin reallaşmasını, lazımi tədbirlərin görülməsini yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt bölgələr arasında fərqin aradan götürülməsi bu inkişafın göstəricisidir. Artıq danılmaz həqiqətdir ki, indi Azərbaycan quruculuq meydanını xatırladır. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir.

Mədəniyyət paytaxtımızda keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunda Azərbaycanın iqtisadi imkanlarından, sülh yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs edən ölkə başçısı vurğulayıb: "İşğal altındakı ərazilərin azad olunmasından sonra əlbəttə ki, sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var, həmrəylik var - istər siyasi, istər iqtisadi inkişaf olsun, yaxud da ki, sosial siyasətlə bağlı məsələlər olsun. Odur ki, hazırda Azərbaycan xalqının rifahının yüksəldilməsi əsas məsələdir".

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 28 iyul.- S. 1; 2.