Sülhsevər, birgəyaşayışa önəm verən çoxkonfessiyalı ölkə

 

Tarix boyu fərqli dinə, mədəniyyətə mənsub insanlarla birgə, mehribanlıq şəraitində yaşayan xalqımız heç bir vaxt digər xalqların nümayəndələrinə pis münasibət bəsləməmiş, ayrı-seçkilik etməmişdir. Multikulturalizmin məkanı, dünya birliyində zəngin mədəniyyətə, qədim tarixə, tolerantlıq ənənələrinə malik bir dövlət kimi böyük nüfuza malik olan Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması yönündə mühüm işlər görülür, insanların din etiqad azadlığının sağlam əsasda inkişafı təmin edilir. Müxtəlif etnosların dini icmaların ölkəmizdə dinc yanaşı yaşamaları Azərbaycanın dünyada həmrəyliyin inkişafına dəstək göstərən, sülhsevər, birgəyaşayışa önəm verən ölkə olduğunu sübut edir.

Azərbaycan torpaqlarında özlərinə dövlət quran, bu yerlərin əsl sahiblərini zaman-zaman əzəli yurd yerlərindən didərgin salan ermənilər özlərindən başqa heç bir millətin yaşamadığı Ermənistanda dövlət səviyyəsində etnik təmizləmə siyasəti aparmışlar. İfrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya, ksenofobiya nifrətin ən ifrat təzahürlərini özündə yaşadan xain qonşularımız xalqımızın başına müsibətlər gətirmiş, Xocalıda soydaşlarımızı məhz azərbaycanlı olduqları üçün qətlə yetirmiş, misli görünməmiş soyqırımı törətmişlər. "Dənizdən-dənizə böyük Ermənistan" yaratmaq xülyası ilə tarixin bütün dövrlərində əzəli torpaqlarımıza, mədəniyyətimizə, incəsənətimizə göz dikmiş, özününküləşdirməyə cəhd etmişlər.

Müstəqil Azərbaycan dünyada etibarlı tərəfdaş, regional inkişafa, təhlükəsizliyə, sabitliyə multikulturalizmə töhfə verən ölkə olduğunu hər zaman təsdiqləmişdir. Xalqımız əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanımış, hörmət bəsləmiş, bu mədəni müxtəlifliyi hər zaman qoruyub saxlamışdır. İnsan hüquqlarının yüksək səviyyədə qorunduğu, tolerantlığın həyat normasına çevrildiyi ölkəmizdə aparılan məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri din, tolerantlıq multikulturalizm mühitinin daha da gücləndirilməsidir. Azərbaycan bu gün dünyaya müxtəlif millətlərin dini konfessiyaların dinc, yanaşı yaşamasının mümkünlüyünü sübut edir, multikulturalizmin uğurlu modelini nümayiş etdirir ki, bu da dünyada təqdir olunur.

İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına ciddi səy göstərən dövlət başçımız region xalqlarının mehriban qonşuluq şəraitində yaşaması naminə düşmən ölkəyə barışıq təklif edir. Bununla yanaşı, Prezident İlham Əliyev hər bir azərbaycanlı kimi Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının da hüquqlarının qorunacağını, təhlükəsizliyinin təmin olunacağını, azərbaycanlıların malik olduqları imtiyazlara sahib olacaqlarını dəfələrlə bildirib. Bu il mart ayının 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov Xocalıda yerləşən Rusiya sülhməramlı kontingentinin bazasında Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşüb onların ölkə Konstitusiyasına uyğun olaraq reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb. Lakin bəzi Qərb ölkələri - Avropa Parlamentinə üzv olan bəzi ölkələr, İran, Fransa, Hindistan s. erməni sakinlərin Azərbaycana reinteqrasiyasına birmənalı şəkildə əngəl törədir. Belə ki, birinci görüşdən sonra Qarabağ ermənilərinin nümayəndələri dialoqu davam etdirmək üçün Bakıya dəvət edilsələr , onlar növbəti görüşdən imtina etdilər. Azərbaycanın ikinci dəfə təşəbbüsünə müsbət cavab verilmədikdə ölkə başçımız üçüncü təklifin olmayacağını bildirdi.

Azərbaycan İkinci Qarabağ müharibəsində qalib tərəf olsa da, düşmən ölkə ilə barışmaq, keçmişin qara səhifələrini çevirmək münaqişəsiz, müharibəsiz gələcəyə doğru addımlamaq üçün humanistlik göstərir, region xalqlarının birgəyaşayışına çalışır. Çünki Azərbaycan xalqı tarixən bütün xalqların nümayəndələri ilə sülh şəraitində yaşamışdır bu gün belədir. 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin azərbaycanlılarla bərabər, çiyin-çiyinə vuruşması bunun ən gözəl nümunəsidir. Lakin üz qarası erməni qonşularımız yazıq ki, Azərbaycanın humanistliyindən, sülhsevərliyindən hər zaman sui-istifadə etmiş, torpaqlarımıza göz dikmiş, 1 milyondan çox vətəndaşımızı tarixin müxtəlif mərhələlərində doğma yerlərindən didərgin salmışlar. Azərbaycan ərazisində məskunlaşan topluma isə bu gün ayrıca status, xüsusi imtiyazlar verilməsini tələb etmək isə gülünc doğurur. Bu, ermənilərin xainliyindən, pis niyyətliliyindən başqa bir şey deyil. Dövlət başçısı dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, dilindən, dinindən asılı olmayaraq bərabər hüquqa malikdirlər. Bunu iyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirakı zamanı ölkə başçımız Gürcüstandan Gela Vasadzenin sualını cavablandırarkən bir daha vurğulayıb: "Azərbaycan çoxmillətli çoxkonfessiyalı dövlətdir, bizim gücümüz bundadır. Azərbaycanda yaşayan etnik qrupların bütün nümayəndələri eyni hüquq vəzifələrə, təhlükəsizlik səviyyəsinə malikdirlər. üçün hansısa etnik qrup bu fonda fərqlənməlidir, bu, mənə tam aydın deyil. Bax, bizim yanaşmamız belədir. Biz indiyədək Xankəndidə ətrafında yaşayan cəmiyyətin sağlam düşüncəli hissəsinin Azərbaycana belə məhəl qoyulmamasının bütün perspektivsizliyini başa düşəcəyinə sağlam düşüncənin üstünlük təşkil edəcəyinə inamımızı itirməmişik. Əks halda, düşünürəm ki, kiminsə gəlib onların yerinə döyüşəcəyinə indi yalnız sadəlövhlər bel bağlaya bilər. Onların reallıqları anlaya bilməsi barışması üçün bir neçə mərhələ olub".

Bəli, dünyada baş verən müxtəlif münaqişələrin əsasında monoetniklik dayanır. Artıq beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti ermənilərin vandalizm dözümsüzlük siyasəti yürütdüyünü qəbul edir ermənilərin kim olduqlarını yaxşı anlayırlar. Azərbaycan isə bütün dünyada demokratik, hüquqi dünyəvi dövlət, eyni zamanda bir çox millətlərin konfessiyaların dinc, yanaşı yaşamasının unikal nümunəsi kimi tanınır.

 

Mehparə ƏLİYEVA

 

Respublika.- 2023.- 28 iyul.- S. 1; 2.