İşğaldan
azad edilmiş ərazilərimizin yenidən
qurulmasında daha bir yenilik
Azərbaycan 30 ildən
artıq davam edən erməni işğalına İkinci
Qarabağ müharibəsində
döyüş meydanında
son qoydu, düşmənin ordusu darmadağın edildi. Qəhrəman ordumuzun bölmələrinin şücaəti
qarşısında sarsılan
və diz çökən təcavüzkar
Ermənistan ağ bayraq qaldıraraq kapitulyasiyaya məcbur oldu.
Qazanılan tarixi
qələbə bütün
regiona sülh, sabitlik və davamlı inkişaf imkanı gətirib. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin gələcəyə
xidmət edən strategiyası sayəsində
region ölkələrinin
inkişafı üçün
yeni imkanlar açılıb. Beynəlxalq
təhlilçi və
siyasi ekspertlərin fikrincə, münaqişənin
həlli regionun təhlükəsizliyi və
kommersiya cəlbediciliyi
baxımından çox
böyük strateji əhəmiyyətə malikdir.
Təbii ki, qələbə nəticəsində
işğaldan azad edilmiş ərazilərin
ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası,
yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin
imkanlarından faydalanmaq
Azərbaycanın inkişafına
böyük təkan verəcək. Artıq bu istiqamətdə iri infrastruktur layihələr icra olunur, düşmən tərəfindən viran edilən yurd yerlərimiz yenidən qurulur, Qarabağın və Şərqi Zəngəzurun bərpasını,
inkişafını nəzərdə
tutan, keçmiş məcburi köçkünlərin
doğma yurd yerlərinə ləyaqətli
qayıdışını təmin edən "Azərbaycan Respublikasının
işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa
dair Birinci Dövlət Proqramı"
uğurla, fədakarlıqla
icra olunur.
Qarabağ və
Şərqi Zəngəzur
iqtisadi rayonlarına daxil olan ərazilərdə
aparılan tikinti, bərpa və yenidənqurma işlərinin
miqyası çox genişdir və bu nəhəng işlər sürətlə
aparılır. Müharibədən
sonra ötən üç ilə yaxın müddətdə
Qarabağda və Şərqi Zəngəzurda
bir şəhər və üç qəsəbə yenidən
tikilərək keçmiş
məcburi köçkünlərin
istifadəsinə verilib.
Yollar çəkilir,
hava limanları istifadəyə verilir, bütün bölgədə
enerji təsərrüfatı
bərpa edilir, körpülər, tunellər
tikilir, aqro və sənaye parkları yaradılır,
ekologiya bərpa edilir, mədəni-dini abidələr bərpa olunur. Əlbəttə, bu çox fərəhli
və dəyərli bir nəticədir.
Azad edilən torpaqlarda ən müasir, modern, dünyanın qabaqcıl şəhərsalma metodları
ilə yaşayış
məntəqələri salınır.
Bənzəri olmayan, həm də milli memarlıq üslubunda inşa edilən binalar, məktəblər, xəstəxanalar
və evlər Qarabağın və Şərqi Zəngəzurun
simasını gündən-günə
dəyişir və ağrılar yaşamış
bu bölgələr firavanlığa qovuşur.
Qarabağın qurulmasında
daha bir yeniliyə imza atılıb. Ölkəmizdə
ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü
tullantılarının təkrar
emalına başlanılıb.
Tullantıların təkrar
emalı ilk olaraq Ağdam rayonunda həyata keçirilir. Artıq ilk tikiləcək yaşayış məntəqələrində
emal avadanlıqları
quraşdırılıb. Ərazidəki
tullantılar, dağıdılmış
tikililərin qalıqları
təkrar emal olunur. Bildirilib ki, emal olunan
məhsullardan daha çox yolların tikintisində istifadə olunacaq. Bu barədə
məlumat verən Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin
icraçı direktoru
Övsət Həmidov
bildirib ki, hazırda Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin
tikintisi üçün
işlərə başlanılıb.
Ərazinin tullantılardan,
dağıntılardan təmizlənməsinə
başlanılıb. Kəndlərin
ərazisində utilizasiya
poliqonu düzəldilib
və dağıntılardan
çıxan tullantılar
təkrar material kimi istehsalata qaytarılır. Əldə
edilən materiallardan yol yataqları, tametaltı özül kimi istifadə olunacaq. Nəticə etibarilə sıfır tullantıya nail olacağıq. Bütün
Qarabağda və Şərqi Zəngəzurda
bu üsuldan istifadə olunsa, sıfır tullantı ilə ərazilər təmizlənəcək.
Qeyd edək ki, təkrar istehsalata qaytarılan tullantı nümunələrinin
laborator təhlilləri
aparılıb və müsbət nəticələr
alınıb. İcraçı
direktor sonra bildirib ki, dağıntıların
idarə olunması çox ciddi işdir. Atılmış
bu addımlar gələcək işlərimiz
üçün rahatlıq
yaradacaq və 10 milyonlarla kubmetr dağıntını tikinti
materialına çevirəcəyik.
Bu da bizim
həm ekologiyamıza
zərər vurmayacaq,
həm də iqtisadiyyatımıza xeyir
verəcək. Dünya
təcrübəsində də
bu proseslər var. Azərbaycanda isə birinci dəfədir tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərimizdə salınacaq
şəhər və
kəndlərimizdə bu
üsuldan istifadə olunacaq. Düşünürəm
ki, müsbət nəticələr əldə
edəcəyik.
Salman ALIOĞLU
Respublika.- 2023.- 28 iyul.- S. 1; 3.