Azərbaycanın
beynəlxalq səviyyəli jurnalı
dünyada ikinci oldu
Hər bir ölkənin elminin dünyada tanıdılması,
ilk növbədə,
beynəlxalq səviyyəli
jurnalların mövcudluğunu
tələb edir. Çünki elm sahəsində əldə
edilən yeniliklər
məhz bu jurnallar vasitəsilə beynəlxalq aləmə, dünya elmi ictimaiyyətinə çatdırılır.
Həmin jurnallarda nəşr olunan elmi işlərə istinadların artması müəlliflə yanaşı,
mətbu orqanın da nüfuzunu artırır.
Beynəlxalq səviyyəli
jurnalların hazırlanması,
onların dünyanın
ən mötəbər
elmi qiymətləndirmə
sistemi "Clarivate Analytics"də özünə
yer alması hər bir ölkənin
elmi ictimaiyyəti üçün prioritetdir.
Elə 2002-ci ildə Rabitə Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsis
edilən "Applied and Computationol Mathematics" (ACM) jurnalının
nəşrinə başlayarkən
ən böyük məqsəd Thomson Reuters Agentliyinin
(indiki "Clarivate
Analytics") bazasına daxil
olmaq idi. Redaksiya heyətinin gərgin əməyi nəticəsində kollektiv
bu hədəfinə
2008-ci ildə çata
bildi. Belə ki, nəşr Thomson Reutersin genişlənmiş
siyahısına daxil olduqdan sonra dünyanın elmi ictimaiyyəti ilə əlaqələr artdı
və 2010-cu ildə jurnala impakt faktor (təsir əmsalı) verildi. Bu günlərdə elmi mühitdə yeni xəbər yayıldı. Dünyanın
50 ölkəsinin 300-dək elm və təhsil
müəssisəsi ilə
əlaqə saxlayan, ilk gündən ciddi elmi məqalələri
ilə fərqlənən
yalnız irəliyə
gedən "Applied and Computational Mathematics" jurnalı ən nüfuzlu 267 jurnal arasında ikinci yerə layiq görülüb. Jurnalın baş redaktorlarından biri, Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyevlə görüşüb
söhbət etmişik.
(Onu da qeyd
edək ki, jurnalın fəxri redaktoru ABŞ-ın İllinöys Universitetinin
professoru Tamer Başar, digər baş redaktoru akademik Əli Abbasovdur). Həmin müsahibəni oxuculara təqdim edirik:
- Fikrət müəllim,
ilk öncə bu yüksək nəticə münasibətilə
respublika elmi ictimaiyyətini, jurnalın
redaksiya heyətini və baş redaktorlardan biri kimi sizi təbrik
edirəm. İstərdim
ki, jurnalın beynəlxalq qiymətləndirmə
sistemində belə yüksək pilləyə
qalxmasında mühüm
rol oynayan amillərdən danışasınız.
Bu uğurun əsasında nə dayanır?
- Təbrik üçün
çox sağ olun. Bu, doğrudan
da yüksək nəticədir. Nəzərə
alsaq ki, jurnal cəmi 21 ildir ki, fəaliyyət
göstərir, onda belə bir qısa
zamanda alınan nəticə düşünürəm
ki, həqiqətən
uğur sayıla bilər. Çox vaxt Azərbaycanı neft ölkəsi kimi tanıyırlar. Doğrudur, ölkəmiz yeraltı, yerüstü sərvətlərlə zəngindir
və burada neft ilk sırada
dayanır. Ancaq biz elm sahəsində
də xüsusi nailiyyətlər qazana bilirik və bizim gözəl ənənəmiz var. Bu xalq dünya
elminə böyük
töhfələr verən
alimlər yetişdirib.
Həmin ənənə
indi də davam edir. Belə
ki, Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində
olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və AMEA-nın təsisçiliyi ilə dərc edilən "Applied and Computational Mathematics" (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq
elmi jurnalı elmimizi layiqincə təmsil etməkdə davam edir. Jurnalın
təsir əmsalı
(impact Factor) 4.771-dən
yüksələrək 10-a bərabər olub, beşillik təsir əmsalı isə 3.172-dən
5.2-yə qalxıb. Dünyada
riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə "Web of
Science Core Collection" siyahısında
267 jurnal arasında
2-ci, Avropada isə
1-ci yerdədir. Əvvəlki
illərdə olduğu
kimi, MDB məkanında
öz liderliyini qoruyub saxlayır. Onu da qeyd
edək ki, 267 jurnal arasında 1-ci yerdə olan "SIAM
REVIEW" jurnalı (ABŞ) 10,2 təsir əmsalına malikdir. Deməli, "Applied and Computational
Mathematics" jurnalı rəqibindən
cəmi 0,2 qədər
geri qalır. Bu isə çox cüzi fərqdir. Üçüncü yerdə
İngiltərənin jurnalı
qərarlaşıb.
Jurnalın bu günə qədər 57
sayı çapdan çıxıb, bu nömrələrdə dünyanın
50-dən artıq ölkəsini
təmsil edən müəlliflərin 600-dək məqaləsi dərc edilib. İldə 4 nömrəsi işıq üzü görən jurnalda müasir tətbiqi və hesablama riyaziyyatının
aktual istiqamətlərində
alınmış yüksək
səviyyəli, əsaslı
rəydən keçmiş
ən son elmi nəticələr çap
olunur. Hazırda jurnalın 500-dən çox
tanınmış rəyçisi
var.
Yaxşı xatirimdədir,
22 il əvvəl beynəlxalq
səviyyəli jurnal nəşr etmək söhbəti ortaya çıxanda çoxları
bunu poliqrafik əhəmiyyətli bir iş kimi dəyərləndirirdi.
Əslində, bu, belə deyil. Bu, əsl elm yarışıdır,
özü də dünya səviyyəsində.
Məsuliyyətli və
xeyli vaxt aparan işdir. Yəni redaksiya heyəti təqdim olunan elmi məqalələri
dəqiqləşdirir, dünya
elmini daha çox maraqlandıran məqalələri seçir,
rəyçilərə təqdim
edir. Hər məqalə iki rəydən keçməlidir,
rəyçilər eyni
fikrə gəlmədikdə,
üçüncü rəyçiyə
müraciət olunur. Fəaliyyətimiz iki amilə söykənir: dünya elmi ictimaiyyətinin marağı
və obyektivlik. Bir sözlə, ədalətli
olmağa çalışırıq.
Bu isə uğur qazanmağımızda əsas
rol oynayır.
- Məlumdur
ki, beynəlxalq səviyyəli
jurnallar bir ölkənin elmini tanıtmaqla, həm də o ölkə haqqında müəyyən
təsəvvürlər yaradır.
Bu mənada humanitar ictimai-siyasi jurnalların imkanları daha genişdir. Azərbaycanda bu sahədə vəziyyət necədir?
- Düzünü
desəm, bu sahədə işimiz o qədər də qaneedici deyil. Doğru qeyd etdiniz, əgər
beynəlxalq səviyyəli
humanitar ictimai-siyasi jurnallarımız olsaydı,
yəqin ki, Qarabağla
bağlı, ümumiyyətlə
Azərbaycan həqiqətləri
barədə dünyaya
doğru, dürüst
məlumat çatdırmaq,
yaxud ölkəmiz haqqında beynəlxalq səviyyəli jurnallarda çap olunan qərəzli yazılara operativ qaydada, məntiqli, elmi əsaslara, real tarixi faktlara söykənən cavablar vermək olardı. Məsələn,
İran və Ermənistanın
birgə təsis etdiyi "İran və Qafqaz" beynəlxalq səviyyəli humanitar ictimai-siyasi jurnalında Azərbaycan haqqında
60-dək həqiqəti əks
etdirməyən yazı
dərc olunub. Azərbaycanda nəşr olunan "İrəvan xanlığı" kitabı
haqqında 2012-ci ildə
həmin jurnalda mənfi rəy verildi, lakin ona indiyədək cavab yazılmayıb, çünki beynəlxalq
səviyyəli jurnalımız
yoxdur. Bu barədə
düşünmək yox,
konkret iş görmək lazımdır.
Doğrudur, bizim inkişaf etməkdə olan jurnallar kateqoriyasında 4 jurnalımız
var ki, onların arasında
Xəzər Universitetinin
humanitar ictimai-siyasi jurnalı da yer alıb. Onun tezliklə genişlənmiş
siyahıya düşməsini
arzulayırıq, həmçinin
bu jurnalların sayı da artırılmalıdır.
Hazırda inkişaf
etməkdə olan jurnallar sırasında yer alan "Xəzər" humanitar ictimai-siyasi jurnalının
impakt faktoru 0,1, beşillik təsir əmsalı 0,2-dir.
- Bildiyimiz
kimi, rəhbərlik etdiyiniz daha bir jurnal dünyada
yüksək səviyyəli
elmi nəşrlər
arasında səkkizinci
yerdə qərarlaşıb.
Türk Dünyası Riyaziyyat
Cəmiyyətinin orqanı
olan bu jurnalın
perspektivləri barədə
nə deyə bilərsiniz?
- Əvvəla, onu deyim
ki, "Turkic World Mathematics Society (TWMS) Journal of Pure and Applied
Mathematics" (İSSN 2076-2585) jurnalının
ilk nömrəsi 2010-cu ilin
aprel ayında işıq üzü gördü və bütün türk dünyası üçün
əlamətdar hadisə
oldu. Jurnal ildə iki dəfə
ingilis dilində çıxır və onun nömrələrində
səlis və tətbiqi riyaziyyatın müxtəlif sahələrinə
aid yüksək səviyyəli
məqalələr çap
edilir. 2015-ci ildən
Thomson Reuters Emerging Sources Citation Index (ESCI) və
2020-ci ildən Clarivate Analytics Science
Citation İndex Expanded (SCİE) bazasında
yer alıb. İmpakt faktoru 3,8-dir, riyaziyyat və tətbiqi riyaziyyat üzrə Q1 kvartilindədir.
Dünyada bu sahədə çap olunan 329 jurnal içərisində 8-ci yerdədir.
İndiyədək 27 nömrəsi
işıq üzü
görüb və həmin nömrələrdə
270-dən artıq məqalə
dərc edilib.
2016-cı ildə "Web of Science Awards
2016" "New Web of Science Journal" nominasiyası
mükafatına layiq görülüb. Əlbəttə,
redaksiya kollektivinin hədəfi daha böyükdür.
Bilirsiniz, jurnal nəşr etmək, qiymətləndirmə sistemində
yer almaq hələ işin yarısıdır. Ən
əsası hədəf
irəliləmək, əldə
edilən göstəriciləri
qoruyub saxlamaqdır. Bununla bağlı qabaqcadan proqnozlar vermək çətindir,
ancaq bəlli bir hədəf olmalıdır. Niyə də birinci yer olmasın? Bunun üçün müxtəlif
variantlardan istifadə
edirik. Beynəlxalq səviyyəli konfranslar, xüsusi buraxılışlar
bu jurnalların inkişafında böyük
rol oynayır. Əlbəttə, dövlət
qayğısı da mühümdür.
Təsisçilərin əməyi
də xüsusilə təqdirəlayiqdir.
- Biz də sizə, redaksiya heyətinə bu şərəfli işinizdə daha böyük uğurlar arzulayırıq.
Müsahibəni hazırladı:
Zümrüd QURBANQIZI
Respublika.- 2023.- 28 iyul.- S. 4.