Ölkəmizin mövqeyi ədalətli qətiyyətlidir

 

"Bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Hesab edirəm ki, bu prinsiplə, beynəlxalq hüququn norma prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər. Hər halda mən hesab edirəm ki, belə imkanlar varBiz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf buna hazır olmalıdır sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə keçirməlidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfinin mövqeyində müsbətə doğru dəyişiklik var. Əgər keçən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini sərhədlərini qəbul etmişdirsə, bu ilin may ayında daha irəli gedərək artıq Azərbaycan ərazisinin parametrlərini , o cümlədən Qarabağ anklav kəndlərimiz daxil olmaq şərtilə rəsmən tanıyıb.

Bu, müsbət hal kimi qiymətləndirilməlidir. İndi sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində öz təsdiqini tapsın, imzalar atılsın münasibətlər yaradılsın. Hər halda biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik.

Ölkəmiz 30 ilə yaxın müddətdə ərazisinin 20 faizini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi sadəcə olaraq vaxt udmaq istəyir. Otuz il ərzində işğalla bağlı bütün beynəlxalq təşkilatlarda öz haqq səsimizi ucaltdıq. Ancaq əfsuslar olsun ki, sözümüzə reaksiya verən qurum tapılmadı. Əksinə, Qarabağ münaqişəsi ilə məşğul olmuş vasitəçilər məsələni həll etmək yox, dondurmaq üçün səylər göstərirdi. Biz öz haqqımızı, hüquqlarımızı döyüş meydanında bərpa etdik. Qırx dörd gün ərzində mənfur düşməni torpaqlarımızdan qovduq Qarabağda Azərbaycan bayrağını ucaltdıq. Bu, çoxəsrlik tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı ordumuza dayaq oldu, yumruq kimi birləşdi. Biz işğal edilmiş torpaqları qan tökərək azad etdik. Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Ermənistana dərs olmayıb. Revanşist qüvvələr yenə Azərbaycana qarşı ərazi iddiaları irəli sürür.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi səhifəni çevirmək, hərbi əməliyyatları arxada qoymaq beynəlxalq hüquqa əsaslanan münasibətləri normallaşdırmaq üçün tarixi imkan yaradıb. Təəssüf ki, Ermənistan xarici havadarları son vaxtlar bu faktların qarşısını almaq üçün yalan böhtanla dolu təbliğat kampaniyasına başlayıblar. Kampaniyanın birbaşa məqsədi Bakıya təzyiq etməkdir. Daha dəqiq desək, məqsəd 2020-ci ilin noyabrında Ermənistanın müharibədə məğlubiyyətini etiraf etdiyi zaman başlayan sülh prosesini pozmaqdır.

Hindistan istehsalı olan silahların İran vasitəsilə Ermənistana tədarükü Cənubi Qafqaz regionundakı sabitliyə təhdid yaradır. Silah sursatdan ibarət yüklərin göndərilməsi gərginliyi artıra, Cənubi Qafqaz regionunda sabitliyi poza vəziyyəti daha da çətinləşdirə bilər. Təxribat xarakterli bu addımlar təkcə regional sülhə deyil, həm Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanmasına mane olur. Beynəlxalq ictimaiyyət, xüsusən BMT vəziyyətə reaksiya verməlidir. Müharibələrin mümkün bərpasının qarşısını almaq üçün Ermənistanın hərbi ambisiyaları məhdudlaşdırılmalı Hindistanın silah tədarükündə iştirakına ciddi nəzarət edilməlidir.

Dezinformasiya kampaniyası Ermənistanı Azərbaycanın Qarabağ bölgəsi ilə birləşdirən Laçın yolu boyunca baş verən hadisələrə yönəlib. Dərman, ərzaq digər zəruri mallar da daxil olmaqla humanitar yüklər asanlıqla Qarabağa çatdırılır. Təcili tibbi digər zəruri ehtiyaclarla üzləşən yerli sakinlər Ermənistana gedə geri qayıda bilərlər. Hər hansı humanitar böhranın qarşısını almaq üçün Bakı Beynəlxalq Qırmızı Xaç Komitəsinə yola əngəlsiz çıxış imkanı verir. Rusiya sülhməramlılarına da sərbəst hərəkət imkanı yaradılıb. Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir ki, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, ermənilərin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj manipulyasiya olduğunu bir daha göstərir.

Hayların prosesi əngəllədiyi gecikdirmə taktikasına əl atdığı, üçtərəfli Bəyanat üzrə öhdəliklərini ciddi pozduğu son aylar genişmiqyaslı hərbi təxribatlar törətdiyi dünya ictimaiyyətinə yaxşı məlumdur. Ermənistan tərəfinin destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmiz sülh gündəliyini irəlilətməkdə əzmli qətiyyətlidir. Məhz ona görə danışıqlar davam etdirilir. Onu da qeyd etmək lazımdır ki, artıq Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Sərhədlərin delimitasiyası bizim şərtlərimiz əsasında, ədalətli olmalıdır, Naxçıvana yolumuz açılmalı Qarabağda kök salmış Ermənistan ordusunun qanunsuz birləşmələri oradan çıxarılmalıdır.

Dövlət başçısı bildirib ki, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə müharibədən sonrakı dövr bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Heç kim bizə təzyiq edə bilməz. Heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. "Heç kimdə şübhə olmasın ki, əgər kimsə yenə bizim gücümüzü sınamaq istəsə, öz layiqli cavabını alacaqdır".

 

Mustafa KAMAL

 

Respublika.- 2023.- 30 iyul.- S. 1; 5.