Olimpiya hərəkatında yeni mərhələ
Ümummilli lider
Heydər Əliyev
1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra
idman sahəsinə diqqət və qayğı artırıldı.
İdmançılarla görüşlər
keçirildi, fərqlənənlər
mükafatlandırıldı və onlar Prezidentin
fərdi təqaüdlərinə
layiq görüldülər,
orden və medallarla təltif olundular. Ulu öndərin təşəbbüsü
ilə respublikamızda
idmanı daha da inkişaf etdirmək məqsədilə
bir sıra mühüm qərarlar qəbul edildi, müvafiq fərman və sərəncamlar imzalandı.
Azərbaycan gəncliyinin
yenidən təşkilatlanması,
ölkədə gənclər
hərəkatının vahid
mərkəzdən idarə
olunması üçün
ulu öndərimiz
1994-cü ilin 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması
barədə fərman
imzaladı. 1995-ci ilin
martında respublika gəncləri ilə görüşən ümummilli
lider onların sağlam ruhda tərbiyə almaları və əsl vətəndaş kimi yetişmələri naminə
əlindən gələni
əsirgəməyəcəyini bəyan etdi. "İdmana xüsusi qayğını öz üzərimə götürürəm
və əmin ola bilərsiniz ki, siz bunu
daima hiss edəcəksiniz", - deyən
ölkə başçısı
idman tariximizdə misli görünməmiş
səviyyədə nailiyyətlərin
qazanılmasına dəstək
verdi. Həmin ilin dekabrında beynəlxalq yarışlarda
yüksək nailiyyətlər
qazanmış idmançılarla
görüşündə Heydər Əliyev dedi ki, nailiyyətlər
içərisində idman
sahəsində, beynəlxalq
yarışlarda əldə
olunanlar çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə
fiziki cəhətdən
yüksək nailiyyətlərə
malik olduğunu nümayiş etdirməkdən
ibarət deyildir, həm də müstəqil Azərbaycan
Respublikasının dünyada
tanıdılmasından ibarətdir.
1997-ci il iyul ayının 31-də isə
Azərbaycanın idman
tarixində yeni bir mərhələnin əsası qoyuldu. Həmin tarixdə Milli Olimpiya Komitəsinin növbəti
Baş Məclisi yeni idarə heyətini müəyyənləşdirdi
və İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. İlham Əliyevin bu mühüm vəzifəyə seçilməsinin
isə məntiqi əsası var idi. O, müstəqil Azərbaycanın ictimai-siyasi
həyatında fəal
iştirak edən bir sima idi
və ona həvalə olunan müxtəlif vəzifələrdə
özünü bacarıqlı
təşkilatçı kimi
təsdiqləmişdi. O, çoxşaxəli
fəaliyyətində daim
milli maraqları öndə tutur, ulu öndər Heydər Əliyevin ideyalarına dərin sadiqlik nümayiş etdirirdi. Bütün bunlar da respublikamızda
İlham Əliyevə
böyük nüfuz qazandırmışdı. MOK-un
Baş Məclisində
İlham Əliyevin qurumun Prezidenti seçilməsi də Azərbaycan cəmiyyətinin
və idmançıların
ona yüksək etimadını və inamını əks etdirirdi. Nəticədə
idman federasiyaları və cəmiyyətləri
İlham Əliyevin rəhbərliyi ilə
MOK-un bayrağı altında vahid bir ailə kimi
birləşdilər.
Növbəti mərhələdə
"Azərbaycan Respublikasında
2004-2008-ci illər ərzində
bədən tərbiyəsi
və idmanın inkişafının Dövlət
Proqramı" təsdiqləndi.
Daha sonra idmanın kütləviləşməsi
və inkişafı yolunda görülən tədbirlərin davamı
kimi dövlət başçısı İlham
Əliyev 2005-ci ilin 4 martında sərəncam və fərman imzaladı. Sərəncam
"Bədən tərbiyəsi
və idman günü"nün müəyyənləşdirilməsi,
fərman isə ölkə idmanının
inkişafında yüksək
xidmət göstərmiş
şəxslərə veriləcək
"Əməkdar bədən
tərbiyəsi və
idman xadimi" adının təsis edilməsi ilə bağlı idi. Azərbaycan Respublikası
Prezidentinin 16 yanvar 2012-ci
il tarixli Sərəncamı ilə
isə Azərbaycan Respublikasında 2012-ci il
"İdman ili" elan edildi. Növbəti
illərdə də ölkə Prezidenti tərəfindən idman ictimaiyyətinin sevincinə
səbəb olan sərəncamlar imzalandı,
qalib idmançılar
fəxri ad, mənzil və digər dövlət mükafatları ilə təltif olundular. Bu müsbət tendensiya indi də davam etdirilir.
Azərbaycanda idman sahəsində yaradılan
maddi-texniki baza ilə yaxından tanış olan və mötəbər yarışlara yüksək
səviyyədə ev
sahibliyi etməsini izləyən beynəlxalq
təşkilatların rəhbərləri
Azərbaycanın idman
ölkəsi olduğunu
təsdiqləyirlər. Çünki
respublikamızda 50-yə yaxın
olimpiya idman kompleksinin, Bakı Olimpiya Stadionunun, Milli Gimnastika Arenasının, Su İdman Sarayının, Veloparkın istifadəyə
verilməsi, Heydər
Əliyev adına İdman Konsert Kompleksinin, Bakı İdman Sarayının, T.Bəhramov adına
Respublika Stadionunun yenidən
qurulması bu sahədə atılan uğurlu addımlardır.
Geriyə dönüb
baxanda müstəqilliyimizi
bərpa etdikdən sonra qatıldığımız
Olimpiya Oyunlarında-
1996-cı ildə Atlantada
1, 2000-ci ildə Sidneydə
3, 2004-cü ildə Afinada
5, 2008-ci ildə Pekində
7, 2012-ci ildə Londonda
10 medala sahib olmuşuq. Milli komandamız 2016-cı ildə
Rio-de-Janeyroda medalların sayını birdən-birə 18-ə çatdırdı.
Azərbaycan idmançıları
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında
75 qızıl, 50 gümüş,
37 bürünc medal qazanaraq komanda hesabında birinci oldular. Bu oyunlara
54 İslam ölkəsindən
3 mindən çox idmançı qatılmışdı.
İdmançılarımız uğurlar seriyasını
2022-ci ildə də davam etdirdilər. Ötən il əvvəlcə gənc güləşçilərimiz U-23 Avropa çempionatında komanda hesabında qalib oldular. Bunun ardınca Azərbaycan milli komandası Macarıstanda keçirilən güləş
üzrə Avropa çempionatında tarix yazaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxmağa nail oldu. Güləş üzrə Avropa çempionatında iştirak
edən Azərbaycan millisinin üzvlərini qəbul edən Prezident İlham Əliyev əldə olunan uğuru yüksək dəyərləndirərək
vurğuladı: "16 medal
qazanmış idmançılar
bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə
qaldırmışlar. Bu
medalların birini qadın idmançımız
qazandı, qalanlarını
isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız.
Beləliklə, həm
sərbəst güləş,
həm yunan-Roma güləşi üzrə
komandalarımız Avropada
birinci oldular. Bu, böyük qələbədir, böyük
nailiyyətdir. Avropada
birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan
güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər,
çünki güləş
bizim ənənəvi
idman növümüzdür.
Güləşin çox
böyük ənənələri
vardır və bu ənənələr yaşayır".
Yekunda mübaliğəsiz
demək olar ki, Azərbaycan idman ölkəsi kimi dünyada özünə layiqli yer tutub və
bu, qlobal miqyasda hər kəs tərəfindən
qəbul edilir.
Jalə QASIMZADƏ
Respublika.- 2023.- 30 iyul.-
S. 3.