UĞUR ESTAFETİ

 

Azərbaycan müstəqil dövlət kimi Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Həmin il Azərbaycan Milli Olimpiya Komitəsi təsis olunub, 1993-cü ildə isə Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilib. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarına ilk dəfə qatılan Azərbaycan 23 idmançı ilə təmsil olunub, bir gümüş medal qazanıb. Komitənin yarandığı ilk illərdə işlər ümumiyyətlə lazımi səviyyədə qurulmamışdı qənaətbəxş sayıla bilməzdi. Ona görə işdə əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisi Komitənin yeni idarə heyətini təyin etdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildi. Beləliklə Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasından 31 il ötür. Bu müddət ərzində respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınır. Müstəqillik dövründə böyük tərəqqi yolu keçən respublikamız sosial həyatın ayrı-ayrı sahələrində uğurlar qazanıb. İdmançılarımızın nailiyyətləri fərəh hissi doğurur. İqtisadiyyatımızın ildən-ilə güclənməsi bu sahəni inkişaf etdirmək, uşaq yeniyetmələri idmana cəlb etmək, sağlam nəsil formalaşdırmaq üçün geniş imkanlar yaradır.

Ölkəmizdə idmana diqqət dövlət siyasətinin prioritetləri arasında ən mühüm yerlərdən birini tutur. Vaxtilə Ulu Öndər Heydər Əliyevin idmanın inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. İdmançılarımız ən mötəbər yarışlarda yüksək nailiyyətlər əldə edirlər. Ötən il Milli Olimpiya Komitəsinin yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsinə dair imzaladığı Sərəncamda dövlət başçısının qeyd etdiyi kimi, təşkilat ölkədə idmanın dinamik inkişafı, olimpiya ideallarının bərqərar olması təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərib. Azərbaycanın idman infrastrukturunun yenilənərək müasir standartlara cavab verən səviyyəyə çatdırılmasında, idmanın kütləviliyinin artırılmasında sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olub.

Respublikamızı idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan dövlət başçısı ötən illər ərzində müasir infrastrukturun yaradılmasına nail oldu. Ayrı-ayrı bölgələrimizdə yeni idman qurğuları tikildi, yararsız vəziyyətdə olan köhnə təlim-məşq bazaları təmir olundu yenidən quruldu. Bütün bunlar Azərbaycan idmançılarının beynəlxalq yarışlarda, o cümlədən olimpiadalarda yüksək nailiyyətlər qazanmasına zəmin yaratdı. İdmançılarımız Sidney, Afina, Pekin, London, Rio-de-Janeyro Tokio şəhərlərində Yay Olimpiya Oyunlarında uğurla iştirak etdilər. Müqayisə üçün deyək ki, əgər keçmiş SSRİ tərkibində Azərbaycan 1952-1988-ci illərin olimpiadalarında üst-üstə 27 medal qazanmışdısa, müstəqillik dövründə 1992-2022-ci illərdə əldə olunan mükafatların sayı artıq 53-ə çatıb.

Bu gün Azərbaycan idmanı yüksəliş dövrünü yaşayır. Paytaxtımızda ən müasir tələblərə cavab verən Bakı Olimpiya Stadionu, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Tennis Akademiyası, Su İdman Sarayı, İdman-Konsert Kompleksi s. bununla yanaşı, bütün bölgələrimizdə olimpiya-idman kompleksləri fəaliyyət göstərir. Mingəçevirdə Suqovuşanda avarçəkmə mərkəzləri, Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ" qış-yay kompleksləri isə ölkəmizdə həm olimpiya hərəkatının, həm turizmin inkişafı üçün geniş üfüqlər açır.

Respublikamız təkcə olimpiya uğurları ilə deyil, beynəlxalq idman tədbirlərinin nümunəvi təşkilatçısı kimi tanınıb. Bakı Olimpiya Stadionunda ilk Avropa oyunları 4-cü İslam Həmrəyliyi Oyunları, habelə qitə yeniyetmələrinin Avropa festivalı idmanımızın ən parlaq səhifələri kimi tarixə yazıldı, Azərbaycanın idman ölkəsi kimi nüfuzunu bir daha artırdı.

Prezident İlham Əliyevlə yanaşı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva da müvafiq yarışların uğurla keçirilməsində müstəsna xidmət göstərdi. Ölkəmiz bu yarışlarla dünya idmanına yeni standartlar təqdim etdi. İdmançılarımızın Avropa oyunlarını 56 medalla 2-ci, İslamiadanı isə 162 mükafatla 1-ci yerdə başa vurması xalqımızın mübariz ruhunu, əzmkarlığını, bədən tərbiyəsi idman ideallarına sadiqliyini nümayiş etdirdi. 

Bakıda Formula 1 Azərbaycan Qran-Prisi, habelə, gimnastika, cüdo, boks, güləş, şahmat, taekvon-do, voleybol, futbol, atletika, karate bir çox başqa növlər üzrə ən mötəbər yarışlar - dünya Avropa çempionatları ölkəmizin olimpiya hərəkatına verdiyi misilsiz töhfələr kimi qiymətləndirilir.

Prezident İlham Əliyev 2023-cü ili "Heydər Əliyev İli" elan edib. Ümummilli Liderin ideyalarına sadiq qalan idmançılarımız əzmkarlıq göstərərək üçrəngli bayrağımızı beynəlxalq arenada dalğalandırır, Dövlət Himnimizi səsləndirirlər. Belə ki, bu ilin birinci yarısında idmançılarımız müxtəlif ölkələrdə keçirilən yarışlarda bir sıra nailiyyətlər əldə ediblər. İyun ayı həm respublika, həm beynəlxalq səviyyəli tədbirlər baxımından aktiv oldu. Azərbaycan idmançıları 16 idman növündə beynəlxalq yarışlarda 35-i qızıl, 28-i gümüş 49-u bürünc olmaqla 112 medal qazanıblar. İnanırıq ki, bundan sonra da uğurlarımız bol olacaq.

 

 Nurəngiz ADİLQIZI

 

Respublika.- 2023.- 30 iyul.- S. 3.