Şəhriyar Güney Azərbaycan ədəbiyyatında

 

1925-ci ildə İran xanədanını fars mənşəli Pəhləvi sülaləsinin əlinə keçməsi ilə Güney Azərbaycanda ictimai fikrin inkişafı mədəni tərəqqisi sahəsində dərin böhranlar yarandı, xalqın həyatında, düşüncə tərzində yaşayışında dəyişikliklər, ciddi siyasi aşınmalar baş verdi. Çünki Pəhləvi rejimi İranda Azərbaycan türkcəsində yazıb-oxumağı, ictimai yerdə, hətta küçədə türkcə danışmağı yasaq etdi. Bu dövrdə Azərbaycan türkcəsində yazan şair yazıçılar həbs olunur, güllələnir, sürgünə göndərilirdi. Türkcə yazılmış kitablar tonqallarda yandırılırdı. Bu qadağa təqiblər 1979-cu il İran İslam İnqilabınadək davam etdi.

Ustad Şəhriyarın "Heydərbabaya salam" mənzuməsinin İranda bütün Yaxın Şərqdə "heyrət, ey söz" effekti yaratması da əslində bu ağır qadağa yasaqlar dövründə Azərbaycan türkcəsinin milli düşüncə ilə yenidən qovuşub, bulaqtək çağlaması ilə bağlı idi. Həm bu məşhur poema Güney Azərbaycan ədəbiyyatında Şəhriyar mərhələsinin ədəbi məktəbinin yaranmasına gətirib çıxardı.

Təbii ki, ağır ictimai-siyasi şəraitdə Şəhriyar da əsərlərin bir qismini doğma dilində yazmamağa məcbur olub. O, əsərlərinin əksəriyyətini farsca, az qismini ərəbcə, müəyyən hissəsini isə doğma Azərbaycan türkcəsində yazıb. Yaradıcılığının 30 ilini fars dilində ("Qaranlıq gecələr", "Behcətabad xatirəsi" kimi qəzəlləri istisna olunmaqla) şeir yazmağa həsr edən Şəhriyarın İran ədəbiyyatına "fars şairi" kimi düşməsi məhz bu səbəblərlə bağlı idi. Lakin uzun illərdən sonra şairin "Heydərbabaya salam" poemasını qələmə alması bu poeziya incisinin doğurduğu əks-səda qüdrətli sənətkarın milli köklə qədər bağlı olduğunu sübuta yetirdi. Məhz "Heydərbabaya salam" adlı möhtəşəm sənət möcüzəsi Şəhriyarı Azərbaycan xalqına məxsus böyük mütəfəkkir şair kimi səciyyələndirməyə haqq verdi.

Orta əsrlər Avropasında latın dili, XVIII əsrdə isə fransız dili ortaq bir dil, ümumi idarə, elm, sənət ədəbiyyat dili olub, bütün millətlərin ziyalıları, elm sənət adamları, məşhur yazarlar əsərlərini bu dillərdə yaradıblar.            İslam Şərqində isə bu rolu fars dili oynamış, müxtəlif millətlərdən olan elm sənət adamları da əsərlərini məhz bu dildə yazmışlar. Zamanın bu amansız tələbinə türkəsilli ziyalılar da qoşulmuş təbii ki, onların yaratdıqları əsərlər İran ədəbiyyatı xəzinəsini zənginləşdirib. Ustad Şəhriyarın fars dilində yazıb-yaratması da bu zərurətdən doğub. Lakin Şəhriyar əksər əsərlərini uzun illər fars dilində yazmasına baxmayaraq, sənət aləmində böyük Azərbaycan şairi kimi tanınıb. Bu, hər şeydən əvvəl, şairin Təbrizdə doğulması, türkəsilli, türk ruhlu olması əsasən bütün Şərq aləmində güclü əks-səda doğurmuş "Heydərbabaya salam" mənzuməsinin, eləcə "Səhəndiyyə", "Türkün dili", "El bülbülü", "Dövünmə sövünmə", "Behcətabad xatirəsi", "Türkiyəyə xəyali səfər", "Aman ayrılıq", "Şatır oğlan" s. əsərlərinin Azərbaycan türkcəsində yazılması ilə bağlıdır. Deməli, Şəhriyar əsərlərini uzun illər özgə dildə yazsa da, təfəkkürünün alt yapısısında ana dilinə sevgi milli ruh oyaq qalmış, üstünə yad dilin kölgəsi belə düşməmişdi. Milli ruha, ana dilinə sadiqliyi Şəhriyarı sənət zirvəsinə qaldırmış, oxucuların sevimlisinə çevirmişdi. Çünki "dil millətin ruhudur o öldümü, millət canını tapşırar..."

"Heydərbabaya salam" mənzuməsi qadağalar mühitində Azərbaycan türkcəsi-nin təntənəsi, Azərbaycan türkünün milli kimliyinin təsdiqi, tipik Azərbaycan kəndinin bu kənddə yaşayan millətin həyatı, məişəti, gün-güzaranı qayğılarının, xalq mənəviyyatının ən nəcib, ən gözəl keyfiyyətlərinin salnaməsi, bədii inikası idi.

"Heydərbabaya salam"la Şəhriyar ana dilinə, el-obasına, xalqının daxili aləminə qayıdışı, doğma mənəvi yaddaşa dönüşü görünməmiş əks-səda doğurur. 30 illik yaradıcılığı fars dilində olan şairin mənəvi qələbəsində onun 6 illik dözülməz sürgün həyatı, keçirdiyi əsəb sarsıntısı bu xəstəliyin müalicəsi müddətində yaşadığı ağrılı-acılı duyğuların, anların da təkanverici təsirini unutmaq olmaz. Gənc Şəhriyarın sevgilisindən ayrı düşməsi, özünə arxa, dayaq sandığı atasının qəfil ölümü, onunla vidalaşmağa icazə verilməməsi şairin ruhunda dərin izlər buraxmışdı. Sürgündən sonra Tehrandakı "Fəlahət" bankında şairlik istedadı ilə uyuşmayan məcburi hesabdarlıq işi, yaxın dostlarından qohum-qardaşlarından uzunmüddətli ayrılıq, doğma el-oba həsrəti ona sarsıdıcı təsir göstərir. Lakin şair xəstəlikdən anası Kövkəb xanımın böyük fədakarlığı ilə qurtulur, normal həyata dönür. Poemasının müqəddiməsində Şəhriyar yazırdı: "O vaxt ki, mərhum anam Tehrana gəldi, onun sehrli təsiriylə keçmiş günlərin əyləncələri uşaqlığımın şən, məsud anları yavaş-yavaş zehnimdə canlandı, ölülər dirildi o zaman tablolar rəngləriylə yenidən cızıldı".

"Heydərbaba"da oxucu Azərbaycan xalqının milli psixologiyası, həyat tərzi, məişəti, adət-ənənələri, milli mətbəx milli geyim mədəniyyətinin özünəməxsus-luğunun poetik əksini, bədii təsvirini görür. Bu əsərdə ahəngdarlıq, orijinal fikir sözlərin harmoniyası, ritm, vəzn oynaqlığı, mövzu əlvanlığı, ifadəlilik, həyati gerçəklik, ən əsası isə yüksək bəşəriliklə sırf millilik vəhdət təşkil etmiş, qaynayıb qarışıb. Dərin humanizm, insanpərvərlik ideyaları, həyata, gözəlliyə, insanlığa sevgi, pisliyə, zülmkarlığa - şər qüvvələrə nifrət üzərində köklənmiş bu şah əsər duyğuları vəcdə gətirib, əhli-qələmlərin ilhamını qanadlandırıb. Şəhriyarın son dərəcə məşhurlaşması, ən ümdəsi isə əsərlərinə, xüsusən "Heydərbabaya salam" mənzuməsinə saysız-hesabsız nəzirələrin yazılması, əlbəttə, ilk növbədə, şairin poeziyasındakı Azərbaycan mənşəli estetik gözəlliklə bağlıdır. Həyat fəaliyyəti dövrün ictimai-siyasi hadisələrindən ayrılmaz olan Şəhriyarın məhz bu duyğu düşüncələri "Heydərbabaya salam" poemasında orijinal ifadəsini tapdığına görə, şairin öz dili ilə desək, əsərə "...həcmcə iki "Şahnamə"dən çox nəzirə cavablar yazılmışdır".

Beləliklə, bu poemanın çaplndan sonra Azərbaycanda yeni ədəbi məktəb yarandı, bu səpkili əsərlər yazmaq ənənəyə çevrildi. Ana dilimizin Təbriz ləhcəsində yazılmış mənzumədə millətimizin ictimai-iqtisadi, sosial-siyasi durumu, milli varlığıparlaq əksini tapmışdır. Burada şairin yurduna, doğulduğu torpağa dərin sevgisi, vətənparvərlik duyğuları, birlik azadlığa çağırış ruhu duyulur, imperializmə, fövqəl dövlətlərin dünya ağalığına, hegemonluq iddialarına qarşı etiraz notları eşidilir.

Lakin məhşur poemaya yazılan saysız-hesabsız nəzirələrdən heç biri onun zirvəsinə yüksələ bilmir. Təbii ki, uzun müddət Tehran -Xorasan mühitində yaşayıb əsərlərini fars dilində yazmış Şəhriyar Azərbaycan dilində böyükhəcmli son dərəcə təsirli poemasını ortaya çıxaranda, həqiqətən, qeyri-adi ədəbi-ictimai hadisə yarandı. Hələ çap olunmazdan öncə əlyazma şəklində yayılan əsər buludsuz göydə çaxmış şimşək təsiri bağışladı. Ümumiyyətlə, "Heydərbabaya salam" Şəhriyarın sənətdə qələbəsidir. Mənzumənin ifadə tərzində, deyimlərində pirani, nurlu ağsaqqal düşüncəsi var. Xalq ruhunun zənginliyi, incəliyi təbiiliyi ilə rövnəqləndirilən "Heydərbabaya salam" mənzuməsi oxucularda dərin emosiya yaradır, duyan kəsin daxili dünyası təlatümə gəlir, duyğular seli kükrəyir. Bu isə Şəhriyarın poetik yaradıcılığında daha çox folklor nümunələrinin mühüm yer tutması, onun xalqın bədii təfəkkür məhsullarından - nağıl, dastan, əfsanə, rəvayət detallarından, zərb-məsəl atalar sözlərindən, mifik obraz əsatirlərdən bəhrələnməsi ilə əlaqədardır.

Əgər "Heydərbabaya salam" poeması Şəhriyarın Azərbaycanın maddi-mənəvi gözəlliklərini vəsf etmək bacarığını aşkara çıxarırsa, bu poema həm onun xalqların birliyə çağırış səsi kimi qəbul edilir. Şəhriyar gözəlliyi təkcə vəsf etmir, həm bədii-fəlsəfi dəyər kimi göstərir. Bu göstərici şairin bütün poemalarında müşahidə edilir.

"Heydərbabaya salam" poemasında romantik-realist ədəbi düşüncələrin bədii siqlətini heyrətsiz xarakterizə etmək mümkünsüzdür. Ülvi duyğu arzuların tərənnümü ilə oxucuda isti səmimiyyət yaradan şair, həm onu ağrı-acıya bürüb-büküşdürür. Poemadakı çılğın mükalimələr bədii boyalar şairin qətiyyətində geniş mətləbli aləm kimi xarakterizə edilir. Güney Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi Nüsrətullah Fəthi Atəşbak yazırdı ki, "poemanı ilk dəfə oxuyanda ağladığıma baxmayaraq, ikinci üçüncü dəfə oxuyanda da bərk mütəəssir oldum. Burada mən öz ömrümü, həyatımı, ürək ağrılarımı, uşaqlıq, gənclik çağlarımı görür, sanki onları yenidən yaşayırdım…"

Ümumiyyətlə, "Cənub dərdi, Cənub həsrəti, Cənub mövzusu həmişə bizim ədəbiyyatımızın dəyişilməz mövzularından olmuşdur. Bu mənada ustad Şəhriyarın "Heydərbabaya salam" poeması həmin mövzuda bizim oxucuların ən çox sevdiyi poetik əsərlərdəndir". Şairə onun misilsiz əsərinə intəhasız sevgini yaradan müxtəlif obyektiv səbəblər var idi.İran İslam Respublikasının rəhbəri olmuş Seyid Əli Xamneyi Şəhriyar yaradıcılığı barədə demişdir: "Şəhriyar kimi ustad şairlərin olması bizim üçün böyük nemətdir. Şəhriyarın şeir dili, xüsusən türkcə şeirləri çox cazibəli, güclü, axıcı ürəyəyatandır. Şairin "Heydərbabaya salam" poeması bunu kamil surətdə göstərir. Dünyada bu poemanın çox mühüm mövqeyi vardır. Bu poema çox ali əsərdir".

Doktor Rza Bərahani Şəhriyar yaradıcılığına daha geniş aspektdən baxır Şəhriyarın həm fars, həm Azərbaycan türkcəsində gözəl şeirlər yazan böyük şair, "Heydərbabaya salam" poemasının isə ən təsirli əsər olduğunu etiraf edir: "Yer üzündə iki dildə şeir yazanlar çoxdur. Bu hadisəyə bizim dilimizdə ən parlaq nümunə Şəhriyardır. O, həm fars, həm türk dillərində təsirli şeirlər yazır."

Yaşar Qarayevin Şəhriyar yaradıcılığına verdiyi qiymətin bədii səciyyəsini bu fikirlərində daha görmək mümkündür: "Bir xalqın dilinə vurulan kilidi "Heydər-baba" bir qələmlə açdı... Şəhriyar dünya durduqca elimizin analarını, atalarını, igidlərini, gəlinlərini, körpələrini bu göy qübbədə əks eləyəcək doğma səsidir". Şəhriyar Azərbaycan milli düşüncə təfəkküründən, dünya duyumundan doğulan mütəfəkkir şairdir. Onun şeir sənəti, sözün əsl mənasında, Azərbaycan poeziyasının bir mərhələsidir. M.T.Zehtabinin "Şairlərin şəhriyarı-Şəhriyar" qənaəti fikrimizlə üst-üstə düşür.

Akademik İsa Həbibbəyli qeyd edir ki, "Heydərbabaya salam" poeması XX əsr Azərbaycan ədəbiyyatının mühüm yaradıcılıq nailiyyətidir. Şəhriyar şeirinin zirvəsi olan bu əsər çağdaş dünya bədii fikir xəzinəsinin mirvarisidir. Bu əsərə Azərbaycanda, Türkiyədə, İraqda, Orta Asiyada çoxlu nəzirə bənzətmələr yazılmışdır. Bir sözlə, türk-müsəlman dünyası ədəbiyyatında "Heydərbabaya salam" poeması qədər bənzətmə nəzirələr həsr olunmuş ikinci bir əsər tapmaq çətindir. Artıq milli şeirimizdə Heydərbaba üslubu formalaşmaqdadır. "Heydərbabaya salam" poeması ustad Şəhriyar poeziya məktəbinin bənzərsizliyini həmişəyaşarlığını qəti şəkildə təsdiq etmiş əsər kimi mühüm ədəbi-tarixi əhəmiyyətə malikdir".

Ədəbiyyat mütəxəssislərinin yazılarında İran ədəbiyyatı Şəhriyar mərhələsi ilə bağlı maraqlı fikirlərə çox rast gəlinir. Hökumə Bülluri "Məhəmmədhüseyn Şəhriyar" monoqrafiyasında dahi şair haqqında yazır: "Müasir İran poeziyasını əlvan bir gülüstana bənzətsək, şübhəsiz, Şəhriyar yaradıcılığını o gülüstanın şah gülü saymaq olar. Şəhriyar bədii məramnaməsinin başlıca meyarı xalqdır". Şəhriyar təkcə yaradıcılıq məziyyətləri ilə kifayətlənmir, həmçinin o taylı-bu taylı Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni vəziyyəti ilə maraqlanır bu yöndə özünün vətəndaşlıq borcunu yerinə yetirmək üçün ciddi-cəhdlə o dövrün çətinliklə-rinə qarşı mübarizə aparırdı. Buna görə şairin bütün yaradıcılıq nümunələri xalq məhəbbəti xalq dərdi ilə süslənmişdir. Şəhriyarı Çağdaş İran şeirinin ən layiqli nümayəndə-lərindən biri, çox yüksək səviyyəli ciddi səpkili şeirin yaradıcısı hesab edən Aleksandro Baurani şairin klassik-ənənəvi şeirdən ictimai-siyasi lirikanın motivlərindən ustalıqla fatdalandığını qeyd edir: "O, şeirlərində ən yaxşı ənənəvi ictimai motivlərdən bəhrələnmişdir".

F.ü.e.d. Elman Quliyev qeyd edir ki, təkcə "Heydərbabaya salam" deyil, onun "Gecənin əfsanəsi" poeması da ictimai mövqeyi ilə diqqəti cəlb edir. Bu poemaların oxşar cəhətləri odur ki, Şəhriyar hər iki əsəri uşaqlıq xatirələrinin təsiri altında yazmışdır şairin həyatının bəzi məqamlarını, düşüncələrini öyrənmək istəyənlər üçün "Şəhriyar ensiklopediyası" sayıla bilər.

Şəhriyar yaradıcılığı bir neçə mərhələdən ibarətdir. Əksər əsərlərində, o cümlədən, "Şeir hikmət" məsnəvi-poemasında şair cəmiyyətləri sarsıdan tarixi mərhələlərin ictimai əsaslarını aydın dərk etdiyindən oxucusunu da həmin dövr mərhələlərin xarakterik xüsusiyyətlərindən agah olmağa çağırır. Şairin "Stalinqrad qəhrəmanları" poeması da 1945-50-ci illərdə böyük oxucu məhəbbəti qazanmışdı. Ümumiyyətlə, Şəhriyar yaradıcılığında bu poemanın mühüm yeri var.

Şəhriyarın romantik duyğularının özündə belə, real düşüncə özünü aydın təzahür etdirir. Bütün yaradıcılığı boyu şeri, sözü, sənəti yüksək qiymətləndirən, həqiqəti, haqq-ədaləti uca tutaraq elin, xalqın, əzilənlərin, məhkumların pənahı, hakim təbəqələrə, rəsmi dairələrə boyun əyməyənlərin dostu, sirdaşı olan Şəhriyar bütün bunları özünün əsas şairlik vətəndaşlıq vəzifəsi hesab edirdi.

 

Esmira FUAD

 

filologiya elmləri doktoru

 

Respublika.- 2023.- 30 iyul.- S. 6.