Ana dilimiz milli kimliyimiz
milli qürurumuz
1918-ci
il iyunun 27-də Azərbaycan
dili dövlət dili elan edilib
Sərhəd, bayraq və ya pul vahidi
ilə yanaşı, bir ölkəni nüfuzlu və bənzərsiz edən onun milli dilidir. Həqiqətən də dil xalqın milli kimliyini ifadə edən göstəricilərdən
biridir. Dil həssas məsələdir.
Ulu Öndər Heydər
Əliyevin dediyi kimi, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan,
inkişaf etdirən onun dilidir.
Bir toplumu başa düşmək üçün
insan cəmiyyətin dili ilə danışmağı
bacarmalıdır. Milli dildə
səlis danışmaq,
şübhəsiz ki, insana
həmin cəmiyyətin
xüsusi nüanslarını
və mədəni aspektlərini tam başa düşməyə imkan
verir.
Dövlətin dili xalqın birliyinin hərəkətverici
qüvvəsidir və
əlbəttə, onu
başqa millətlərdən
fərqləndirir. Milli dilə
hörmət etmək
o deməkdir ki, o, insanın
əsas dili, eləcə də hər səviyyədə
üstünlük verilən
ünsiyyət mənbəyi
olmalıdır. İnsan
mənimsədiyi qədər
dil bilməli, lakin öz dilindən
hər səviyyədə
istifadə etməlidir.
Azərbaycan dili keşməkeşli
inkişaf yolu keçib. Dilimiz qədim və zəngin ədəbi dillərdəndir. Dil məsələsi hər
zaman gündəmdə olub.
Bu mənada AXC hökuməti
böyük bir addım atıb. 1918-ci il iyunun 27-də o zaman türk
dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Həmin tarixdən artıq 105 il ötür.
AXC-nin qısa vaxtda
dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın
tarixində əhəmiyyətli
iz buraxıb. Həmin dövrdə, ilk növbədə, təhsil
sahəsində dəyişikliklər
edilməyə başlanılıb.
Buna əsasən, 1918-ci il avqustun
28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında
qərar verilib. Düşünsək ki, insanın
elm sahəsində təməli
ibtidai sinifdən qoyulur, bu mənada
atılan addımlar böyük əhəmiyyət
kəsb edir. Daha sonra elə
həmin il dekabrın
27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verilib. Bu isə ən mühüm addımlardan biri olub. Çünki
təkcə azyaşlı
nəsil yox, həmçinin artıq boya-başa çatmış
və həyatın keşməkeşli yollarında
addım atmış fərdlər üçün
də öz milli dilini bilmək əsas məsələ olub. Elə bundan bir il sonra
sentyabrdan başlayaraq,
Azərbaycan dilinin öyrənilməsi üçün
kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən
351 min manat vəsait ayrılıb.
AXC-nin 23 aylıq fəaliyyəti dövründə
dil məsələsi
hər zaman əsas problemlərdən olub. Belə ki, orta məktəblərdə Azərbaycan
dilinin tədrisinə
başlanıldıqdan sonra
sıra universitetlərə
də gəlib. Bu mənada 1919-cu il avqustun
21-də keçirilən iclasda
indiki Bakı Dövlət Universitetinin açılması məsələsi
müzakirə olunub, deputatlar çıxışlarında
bu ilk ali məktəbdə tədris
işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə
də xüsusi diqqət yetiriblər. Daha sonra yaranan
vəziyyət, AXC-nin
süquta uğraması,
Sovet hakimiyyətinin mövcudluğu Azərbaycan
dilinin dövlət dili səviyyəsində saxlanılmasına imkan verməyib. Həmin illərdə bir neçə dəfə təşəbbüs göstərilməsinə
baxmayaraq, istənilən
nəticə əldə
olunmayıb. Lakin 1956-cı ildə Azərbaycan SSR Ali
Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilib. Bu qərar da uğurlu olmayıb. Nəhayət, 1978-ci ildə
Konstitusiyaya Azərbaycan
dilinin dövlət dili olması barədə maddə daxil edilib.
Azərbaycan dilinin inkişafı,
yayılması və
daha da güclənməsi
üçün müxtəlif
fərman və sərəncamlar qəbul edən Ulu Öndər Heydər Əliyev hər zaman ana dilinə həssaslıqla yanaşıb,
dilimizin dərin bilicisi olub. Ümummilli Lider deyirdi: "Dil hər bir millətin
mənliyinin əsasıdır.
İnkişaf etmiş
zəngin dil mədəniyyətinə sahib olan
xalq əyilməzdir, ölməzdir, böyük
gələcəyə malikdir.
Bizim çox gözəl, zəngin dilimiz var".
1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyada
Azərbaycan dili dövlət dili kimi layiqli yerini
alıb. Konstitusiyanın
21-ci maddəsində göstərilir
ki, Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını
təmin edir.
Dahi liderin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" imzaladığı
fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlar, yaşadığımız
dövrdə dövlət
dili sahəsində yaranmış problemlər,
həmin problemlərin
həlli yolları göstərilib. Növbəti
mərhələdə Ulu Öndərin
"Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına
əsasən hər
il avqustun 1-i ölkəmizdə
Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilir.
Şübhəsiz ki, bu
gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dahi
liderin diqqət mərkəzində saxladığı
mühüm məsələlərdən
olub. Bu gün Azərbaycan dili öz zənginliyi ilə dünya dilləri siyahısındadır.
Axıcılığı, gözəlliyi onu digər dillərdən fərqləndirir. Sadəlik
mənasında da Ana dilimiz
xüsusi yer tutur. Azərbaycan xalqı mövcud olduğu müddətdə
onun dili daim var olacaq, yayılacaq və çiçəklənəcək. Elə bunu Bəxtiyar
Vahabzadə "Ana dili"
şeirində çox
gözəl ifadə edib:
Bu dil bizim ruhumuz,
eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada
hər şeyi,
Bu dil əcdadımızın
bizə miras verdiyi
Qiymətli xəzinədir…onu
gözlərimiz tək
Qoruyub, nəsillərə biz də
hədiyyə verək.
Töhfə SƏMƏDOVA,
"Respublika".
Zaqafqaziya
Demokratik Federativ Respublikasının parçalanması
ilə müstəqil
Azərbaycan dövləti
yarandı. Bu dövlət
Şərqdə ilk demokratik
respublika hesab olunur. Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış
siyasi vəziyyəti müzakirə etmək məqsədilə 1918-ci il mayın
27-də fövqəladə iclas çağırdı.
İclas zamanı Müvəqqəti Milli Şura
yaratmaq barədə ümumi razılığa
gəlindi.
Məhəmməd Əmin Rəsulzadə
Şuranın sədri
seçildi. May ayının
28-də Milli Şuranın ilk iclası baş tutdu. Azərbaycanın müstəqil dövlət
elan olunması haqqında
tarixi qərar da məhz bu iclasda
qəbul edildi. İclas çərçivəsində,
həmçinin yeni demokratik
dövlətin yaranması
faktını hüquqi
cəhətdən təsbit
edən "Azərbaycan
istiqlaliyyəti haqqında
akt" qəbul edildi. 1918-ci ilin 4 iyun tarixində Azərbaycan və Osmanlı İmperiyası
arasında Sülh və Dostluq müqaviləsi imzalandı.
Ertəsi gün Türk ordusu Gəncəyə daxil oldu. İyun ayının 16-da isə
Milli Şuranın üzvləri
və Azərbaycan Cümhuriyyəti hökuməti
Tiflisdəki vəziyyətin
mürəkkəbliyini görərək
paytaxtı Gəncəyə
köçürdü. Milli Şura 1918-ci il iyunun 17-də
özünü buraxması
haqqında qətnamə
qəbul etdi. Bu zaman altı ay müddətində
Azərbaycanın ali qanunverici orqanının -
ümumi, gizli və birbaşa səsvermə əsasında
seçilmiş Müəssislər
Məclisinin çağırılması
təşəbbüsləri mövcud idi.
Bu müddət başa çatdıqdan sonra Fətəli xan Xoyski Azərbaycan xalqına çağırışla
müraciət etmişdir.
F.Xoyskinin müraciətində milli hökumətin
təsbit olunması üçün qardaş
Türkiyənin əhəmiyyəti
bir daha vurğulanmışdır. Eyni
gündə respublikanın
bütün ərazisində
hökumət tərəfindən
hərbi vəziyyət
elan edilmişdir. "Batum" müqaviləsinə əsasən,
Türkiyə ordusunun
ümumi sayı 15 min
nəfərə qədər
olan 5-ci və 15-ci diviziyaları Azərbaycan
Cümhuriyyətinə köməyə
gəlməli idi. Hökumətin 24 iyun
1918-ci il tarixli qərarına
əsasən, qırmızı
fonda ağ aypara və səkkizguşəli ulduzun
təsvir edildiyi qırmızı parçadan
hazırlanmış bayraq
Azərbaycan Dövlət
Bayrağı kimi qəbul olunmuşdur. Noyabrın 9-da isə bu bayraq ağ
aypara və səkkizguşəli ulduzun
təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edilmişdir. Bayrağın üç
rəngi müvafiq olaraq türk milli mədəniyyətini, müasir
Avropa demokratiyasını
və İslam sivilizasiyasını
təmsil edirdi. 1918-ci
il iyunun 27-də isə
Azərbaycan dili Cümhuriyyətin dövlət
dili elan olundu. Bir sıra əsaslı qərarlar qəbul etməsinə baxmayaraq,
AXC çox uzun müddət yaşaya bilmədi. Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin
28-də süqut etdi.
Ana dilimizin inkişafı uğrunda ən uğurlu addımlar məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən
atılmışdır. Ulu öndərin ölkəmizə
rəhbərlik etdiyi
ilk dövrlərdən etibarən
azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəlmişdir.
Heydər Əliyevin yürütdüyü siyasətin
məntiqi nəticəsi
olaraq 1978-ci ildə Azərbaycan Konstitusiyasında
dövlət dilinin Azərbaycan dili olması haqqında maddə yer almışdır. Azərbaycan
dilinə dövlət
dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında ən
böyük tarixi xidmətlərindən biri
kimi qiymətləndirilir.
Azərbaycanın müstəqillik illərində
dil siyasətinin formalaşdırılması, eləcə
də Azərbaycan dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsi
və dünya azərbaycanlılarının ünsiyyət
vasitəsinə çevrilərək
milli birliyin və həmrəyliyin göstəricisi
kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi ümummilli
lider Heydər Əliyevin bu sahəyə olan diqqət və qayğısının göstəricisi
idi. Xatırladaq ki, ümummilli liderimiz xalqımızın milli varlığının
əsas rəmzi olan ana dilimizin saflaşdırılması və
zənginləşdirilməsi istiqamətində mühüm
işlər görmüş,
Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə
bir sıra əhəmiyyətli sənədlərə
imza atmışdır.
Böyük şəxsiyyət
Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından
sonra da milli dəyərlərimizin
ən qiymətlisi və milli varlığımızın
rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və
inkişafı istiqamətində
də təqdirəlayiq
işlər görülmüşdür.
Heydər Əliyevin
2001-ci il 9 avqust tarixli
"Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanına
əsasən hər
il avqustun 1-i ölkəmizdə
Azərbaycan əlifbası
və Azərbaycan dili günü kimi qeyd edilir.
Bundan başqa, konstitusiyamızın 21-ci maddəsində
Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. Ümummilli liderimiz tərəfindən
qəbul edilən
"Dövlət dilinin
tətbiqi işinin təkmiləşdirilməsi haqqında"
2001-ci il 18 iyun tarixli fərman və "Azərbaycan Respublikasında
Dövlət dili haqqında" Azərbaycan
Respublikasının Qanunu
hazırda mühüm
dövlət sənədlərindən
hesab olunur. Heydər Əliyevin məhz "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərmanı
ilə ölkəmizdə
latın qrafikası tətbiq olunmağa başlamışdır.
Ümummilli liderimizin həyata
keçirdiyi dövlət
dil siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Dövlətimizin
başçısı dilimizin
qorunması və inkişafına böyük
həssaslıqla yanaşır.
İlham Əliyevin bu
istiqamətdə imzaladığı
Fərman və Sərəncamlar ana dilimizin
saflığının qorunması
və inkişafında
müstəsna rol oynayır. Ölkə başçımızın "Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz
ana dilimizi xarici təsirdən qorumalıyıq.
Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.
Azərbaycan xalqının
formalaşmasında, müstəqil
Azərbaycanın formalaşmasında
ana dilimiz - Azərbaycan
dili müstəsna rol oynamışdır.
Biz elə etməliyik
ki, dilimizin saflığını
daim qoruyaq" fikirləri dövlətimiz
tərəfindən ana dilinə
verilən dəyərin
təzahürüdür. İlham Əliyevin "Azərbaycan
dilinin saflığının
qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə
bağlı tədbirlər
haqqında" 1 noyabr
2018-ci il tarixli fərmanı
da Azərbaycanda dövlət
dili istiqamətində
aparılan məqsədyönlü
siyasətin məntiqi
davamıdır. Bu sahədə
atılan addımlar nəinki Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinin və
milli varlığının qorunub saxlanılmasına,
hətta onun möhkəmləndirilməsinə də təkan verir. Əlavə olaraq, ölkə başçımızın 9 aprel
2013-cü il tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı"
da ana dilimizin hərtərəfli
inkişafı və tətbiqinə mühüm
töhfələr vermişdir.
Sözügedən proqramın
əsas məqsədi
qloballaşma şəraitində
dillərin qarşılıqlı
əlaqələrinin öyrənilməsinin
intensivləşdirilməsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyasına və ölkənin tanınmış dilçi
alimlərinin beynəlxalq
miqyasda nüfuz qazanmasına zəmin yaradır.
Sonda isə vurğulamaq lazımdır ki, yaşadığı
ölkədən asılı
olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini
unutmamalı, onları
təbliğ etməyi
özünə borc bilməlidir. Çünki
millətin varlığı
onun dili ilə bağlıdır.
Azərbaycan dili də xalqımızın
milli sərvətidir. Biz də
bu sərvətin qayğısına qalmalı,
dilimizi gələcək
nəsillərə ötürməliyik.
Nəzrin ELDARQIZI
Respublika.- 2023.- 26 iyun.- S.9.