Böyük qürur
və fərəh hissi duyuran
illər
Azərbaycanla
Türkiyə arasında əlaqələrin ən yüksək
səviyyədə olması bütün dünyaya nümunədi
Ölkə başçısı
vurğulayıb ki, tarixən olduğu kimi,
xalqlarımız bu gün
də bir-birinin yanındadır, sevincini də, kədərini də birgə
yaşayırlar. Azərbaycan xalqı Vətən
müharibəsi zamanı və ondan
sonrakı dövrdə Siz başda
olmaqla qardaş
Türkiyə dövləti və xalqının Azərbaycanın
haqq işinə, ərazi
bütövlüyünə göstərdiyi birmənalı siyasi dəstəyini və qətiyyətli mövqeyini heç zaman unutmayacaq.
Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bu gün özünün ən yüksək dövrünü yaşayır. Təməlində Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" sözləri dayanan Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün qardaşlığın, həmrəyliyin nümunəsinə çevrilib. Ulu Öndərin 100 illiyi bütün dünyada, xüsusilə Türkiyədə, eyni zamanda Türkiyə Cümhuriyyətinin 100 illiyi isə ölkəmizdə ən ali səviyyədə qeyd olunur.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin
ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir.
Vətən müharibəsi zamanı hər kəs buna bir daha
əmin oldu. 44 günlük
qürur dolu tarixin ilk günlərindən
qardaş Türkiyə Azərbaycana
siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan açıq və
birmənalı bəyanatlar səsləndirərək bu müharibədə Azərbaycanın tək
olmadığını, Türkiyənin hər zaman dövlətimizin və
xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq
gücümüzə güc qatmaqla əldə etdiyimiz
möhtəşəm tarixi qələbədə
mühüm rol
oynadı. Xüsusi vurğulamaq
lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq
meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev
ilə yanaşı dayanması ölkələrimizin birliyini, xalqlarımızın
qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Qardaş Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan geniş
məzmunlu, qardaşlıq, birlik
bağlarımıza əsaslanan nitqində vurğuladı ki, "...Türkiyə olaraq
Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər
Əliyevin "bir millət, iki dövlət" şüarını rəhbər
tutduq. Qazi Mustafa Kamal Atatürkün
əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz,
sevincini sevincimiz bildik. Qarabağın 30 il
işğalda qalmasını qəlbimizdə
yara bildik. Bu gün də
Qarabağın azad edilməsini birlikdə
qeyd edirik...".
"Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər". Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında bu fikirləri səsləndirən dövlət başçımız bildirib ki,Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub, bu dövrdə cəmiyyətimizin həyatında inqilabi dəyişikliklər baş verib. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı sağlam və möhkəm təməl üzərində Prezident İlham Əliyevin yaratdığı güclü və müasir Azərbaycan bir çox taleyüklü problemləri geridə qoyaraq gələcəyə doğru inamla addımlayan ölkələr sırasında öz layiqli yerini tutub. Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. "İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır". Bunu Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Azərbaycan-Türkiyə iqtisadi
əməkdaşlığı ikitərəfli məsələlərlə
yanaşı, regional iqtisadi
əməkdaşlıq sahələrini də əhatə edir. İki ölkə
arasındakı münasibətlər siyasi
sahə ilə yanaşı, iqtisadi sektorda da özünü
qabarıq büruzə verir. Son 20 ildə Azərbaycanla Türkiyə
arasında ticarət dövriyyəsi sürətlə
artıb, qoyulan investisiya
həcmi isə milyardlarla dollar
təşkil edib. Respublikamızda bank və sığorta, telekommunikasiya,
inşaat, nəqliyyat, yüngül
sənaye, qida, enerji və
s. türk şirkətlərinin
fəaliyyət göstərdikləri başlıca sahələr
olaraq diqqət çəkib. Azərbaycan
da Türkiyə iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biri
kimi tanınıb. İki
dövlətin birgə fəaliyyətinin nəticəsi olaraq beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr
həyata keçirilmişdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC),
Bakı-Tbilisi-Ərzurum qaz kəməri
(BTƏ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP), Trans-Adriatik boru xətti
(TAP) və Bakı-Tbilisi-Qars dəmiryolu xətti (BTQ) layihələri
bu baxımdan ən əhəmiyyətli
nümunələrdir.
İki ölkənin təşəbbüsü
olan Cənub Qaz Dəhlizi
Türkiyə və Avropa Birliyi
ölkələrinin enerji təhlükəsizliyinin
təmin edilməsi və təchizatının
diversifikasiyası baxımından böyük
önəm daşıyır. TANAP çərçivəsində
Türkiyəyə ilk qaz
nəqlinə 2018-ci ildə başlanmışdır. Əvvəldə
illik 16 milyard kubmetr (bunun 6 milyard kubmetrini Türkiyə
alırdı) təşkil edəcək qaz
nəqlinin həcminin mərhələli surətdə əvvəlcə
24 milyard, sonra 31 milyard kubmetrə yüksəldilməsi mümkündür. 1850 kilometrlik TANAP xətti
2019-cu ilin sonlarından etibarən Cənub
Qaz Dəhlizinin digər mühüm
komponenti olan Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq
Yunanıstan, Albaniya, Bolqarıstan və İtaliya üzərindən Avropaya
çatdırılır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, "…Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq…" deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamları sadalamaqla bitməz. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu.
"Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubunda ölkə başçımız İlham Əliyev iki qardaş ölkə arasında mövcud sarsılmaz əlaqələrin bundan sonra daha da möhkəmləndiriləcəyini vurğulamışdır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə əlaqələrini bundan sonra da bütün sahələrdə gücləndirmək əzmindəyik. Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər kimi sarsılmaz təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz həm də bölgədə sabitliyin, əmin-amanlığın, inkişafın və təhlükəsizliyin zaminidir".
Mustafa KAMAL,
Respublika 2023.- 31 oktyabr, ¹ 238.- S.1;2.