Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı" elan edilib
Qətərin paytaxtı Doha
şəhərində keçirilən İslam
Dünyası Mədəniyyət Nazirlərinin 12-ci
Konfransı davam edir. Konfransda Azərbaycanın qədim söz-sənət
beşiklərindən olan Şuşa
şəhərinin 2024-cü il üçün ICESCO-nun
"İslam dünyasının mədəniyyət
paytaxtı" proqramı üzrə namizədliyi irəli sürülüb.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi Şuşa şəhəri 2024-cü il üzrə "İslam dünyasının mədəniyyət paytaxtı" adına layiq görülüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində
Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında
şanlı Azərbaycan Ordusu tərəfindən
böyük qəhrəmanlıqla erməni
işğalından azad olunan
qala şəhərimizin tarixi
şöhrəti özünə qaytarılır. Prezident İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin qısa müddət
ərzində yenidən qurulması, həyatın bu qədim yurdumuza
qaytarılması, eyni zamanda,
tarixi-mədəni və dini abidələrin
bərpa edilərək istifadəyə verilməsi istiqamətində
aparılan intensiv işlər,
Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi
müsəlman ölkələri və ICESCO tərəfindən
yüksək dəyərləndirilib.
Şuşanın "İslam
dünyasının mədəniyyət paytaxtı"
adına namizədliyinin irəli sürülməsi məqsədilə
ICESCO-nun müvafiq
missiyası burada olub,
şəhərdə aparılan quruculuq
işləri yüksək qiymətləndirilib.
Birinci vitse-prezident, ICESCO-nun
xoşməramlı səfiri Mehriban
Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən Şuşanın mədəni
irsinin, mədəni, tarixi
və dini abidələrinin bərpa
etdirilməsini diqqətə alan İslam dövlətləri, yekdil
qərarla Şuşa şəhərini
növbəti il üçün
"İslam dünyasının mədəniyyət
paytaxtı" elan ediblər. Qeyd edək ki,
Şuşanın namizədliyinin irəli sürülməsi
prosesinə ICESCO-nun xoşməramlı səfiri
Mehriban xanım mühüm
dəstək göstərib.
Xatırladaq ki, Prezident İlham Əliyevin
müvafiq Sərəncamı ilə
2022-ci il Azərbaycanda "Şuşa İli" elan olunub. Şuşa
bu il "Türk dünyasının mədəniyyət
paytaxtı"dır.
Bu gün
Şuşa şəhəri beynəlxalq
tədbirlərə, böyük mədəniyyət
layihələrinə ev sahibliyi
edir. Bu qədim şəhərimizdən
dünyaya sülh, birlik və humanizm
mesajları verilir.
Respublika .- 2023.- 26 sentyabr.- S.14.