Ekoloji tarazlığın qorunmasında sutəmizləyici qurğuların rolu

 

Bu gün ölkəmizdə iqtisadiyyatın inkişafı əhalinin sosial-mədəni səviyyəsinin yüksəldilməsi ilə yanaşı, təbii ehtiyatlardan səmərəli istifadə ekoloji tarazlığın qorunması dövlətin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq son illər ekologiya, təbiəti mühafizəyə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilib, təbiətin qorunması və sağlamlaşdırılması sahəsində mühüm praktiki addımlar atılıb. Yeni su hövzələri tikilib, torpaqları şoranlaşmadan təmizləmək üçün drenaj sistemləri qurulub, Bakı şəhərində və onun ətrafında çoxlu yaşıllıqlar, Xəzərsahili qumluqlarda sahil bərkidici və torpaqların erroziyasının qarşısının alınması məqsədilə meşə örtüyü zolaqları salınıb, flora və faunanın qorunub saxlanması və inkişaf etdirilməsi üçün bir sıra təbiət qoruqları və yasaqlıqları yaradılıb.

 

İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Biotikabiotik faktorlar, ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi və başqa amillər daxil olmaqla, ətraf mühitin dəyişilməsi bitkilərin məhsuldarlığı və qidalanma keyfiyyətini məhdudlaşdıran kritik faktordur, həmçinin insan və heyvanların da sağlamlığı üçün potensial risk yaradır. Bu problemin həlli ətraf mühitin ağır metallarneft məhsulları ilə çirklənməsi artmaqda olan, həmçinin zəngin bitki müxtəlifliyi ilə fərqlənən Azərbaycan üçün xüsusilə vacibdir. Torpaq, suhava üçün ən çox yayılan çirkləndiricilər ağır metallar, karbohidrogenlər, qalıcı üzvi çirkləndiricilər, xlorlu üzvi pestisidlər, herbisidlər və başqa ksenobiotiklərdir ki, onlar da qurusu ekosistemlərində canlı orqanizmlər üçün müxtəlif sağlamlıq problemləri yarada bilər.

 

Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafından ibarətdir. Bunu gerçəkləşdirmək məqsədilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir.

 

İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.

 

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ şəkildə yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb.

 

Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmizləyici, Küllülü, Qızılqaya, Göygöl Suqəbuledici Qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr də Azərbaycanda ekoloji mühitin yaxşılaşdırılmasına, əhalinin rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş böyük töhfələrdəndir.

 

Ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsini prioritet hesab edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir.

 

Bu tədbirlər sırasında tullantı sularının optimal idarə olunması, ətraf mühitə ziyan vurmadan təmizlənib kənarlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

 

Son illər bölgələrdə icra olunan sukanalizasiya layihələri çərçivəsində hər bir şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi nəzərə alınaraq Şamaxı, Qəbələ və Göyçay şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi yekunlaşıb. Ümumiyyətlə, ölkəmizdə 20-dən artıq sutəmizləyici qurğu tikilərək istifadəyə verilmişdir.

 

Ekoloji vəziyyətin sağlamlaşdırılması Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair bütün proqramlarda prioritet istiqamətlərdən biri kimi əksini tapır. Həmin proqramlar çərçivəsində Bakı şəhərinin və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiya şəbəkələri ilə təmin edilməsi, mövcud təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların tikilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilməkdədir. 2011-ci ildə təsdiq edilən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn layihələr, o cümlədən paytaxt ətrafındakı neftçirkab suları ilə çirklənmiş göllərin təmizlənməsi, qurudulması məsələləri əksini tapır.

 

Məlum olduğu kimi, inkişaf etməkdə olan ölkələrdə hər üç nəfərdən biri içməli suyun çatışmazlığından əziyyət çəkir. Xəstəliklərin 80 faizi, ölüm hadisələrinin üçdə biri içməli sudan istifadə ilə bağlıdır. Odur ki, səmərəli istifadə edilməsi hesabına planetin bütün əhalisinin yaxşı keyfiyyətli içməli su ilə təmin olunması mühüm problem kimi qarşıda durur. Suyun sənayedə və energetikada istifadəsi məqsədilə sudan prosesində qızmış aqreqat, mexanizm, alətlər və s.-nin soyudulması, istehsal tullantılarının kənarlaşdırılması, maşın detal və hissələrinin yuyulmasında istifadə edilir.

 

Sənayedə sudan həlledici kimi də istifadə olunur, hazır məhsulun tərkibinə daxil edilir. Sudan bu cür istifadədə qayıtmayan suyun miqdarı az olur. Burada çirkab suların çox olması problem yaradır. Hazırda sənaye və energetikada 760 km3 su sərf olunur, bu, yalnız suvarma suyuna nisbətən azlıq təşkil edir. Müasir texnologiya, kənd təsərrüfatı və tikinti işlərinin təsiri nəticəsində çayların və göllərin suları sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalır. Yalnız sənaye hər il çaylara 160 km3 təmizlənməmiş su axıdır. Onlar 4 min km3-dan çox, yəni ümumi çay axınlarının 10 faizə qədərini çirkləndirir. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə bu rəqəm 30 faizə çatır.

 

Azərbaycan əhalisinin içməli su mənbələri sayılan KürAraz transsərhəd çaylarında ekoloji vəziyyətin gərginliyi də ciddi problemlər yaradan amillərdəndir. Ölkə vətəndaşlarının 70 faizinin içməli su kimi istifadə etdiyi bu çaylar mənbəyini Türkiyə ərazisindən götürür. Araz çayı Ermənistan və İran ərazisindən, Kür isə Gürcüstandan keçərək Azərbaycana daxil olur. Türkiyə ərazisindən çay təmiz şəraitdə sərhədi keçsə də Ermənistan və Gürcüstan ərazisində çirklənmələr hədsiz böyükdür.

 

Çirklənməsinə baxmayaraq, Azərbaycanda ArazKür çaylarından içməli su kimi istifadə edilməsi üçünModultipli sutəmizləyici qurğular quraşdırılır. Belə ki, hazırda 140-dan çox kənddə sutəmizləyici qurğu quraşdırılaraq istifadəyə verilib. Görülən işlər nəticəsində 224 min əhali Avropa standartlarına cavab verən təmiz sudan istifadə edir.

 

Xəzərin suyunun təmizlənməsi və ondan istifadə də gündəmdə duran məsələlərdəndir. Artıq Xəzər dənizinin suyunun şirinləşdirilməsi üçün müvafiq qurğular quraşdırılır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən Çilov adasında həmin qurğular quraşdırılıb, ərazidə yaşayan əhali və orada fəaliyyət göstərən müəssisələr həmin sudan istifadə edirlər.

 

Ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair qəbul edilmiş Kompleks Tədbirlər Planı öz bəhrəsini verməkdədir. Eləcə də həyata keçirilən yaşıllaşdırma, yeni meşəsalma və bərpa işlərinin ardıcıl, sistemli və möhtəşəm miqyasda həyata keçirilməsi dövlət başçımızın təbiətə qayğısının təzahürüdür.

 

Ölkə rəhbərliyi tərəfindən ekoloji məsələlərə göstərilən xüsusi diqqət və respublikamızın sosial-iqtisadi həyatında son illər əldə olunmuş yüksək nailiyyətlər bundan sonra da ətraf mühitin sağlamlaşdırılmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsində öz müsbət təsirini göstərəcəkdir.

 

Nurəngiz ADİLQIZI

Respublika  2024.- 6 avqust, (¹ 165).- S.6.