Azərbaycanın novator bəstəkarı

 

Musiqinin dili olmur, ancaq cazibəsi, ruhu, mahiyyəti heç ilə ölçülmür. Kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir insan gözəl musiqinin sədaları altında, sevinə, düşünə kövrələ bilir. Bəzən bu, onun daxili təlabatına yaxud da sevimli peşəsinə çevrilir. Notların gücündə öz hisslərini, duyğularını ifadə edib nəğməyə, mahnıya çevirənlər bəstəkarlardır.

Dədə Qorqud qopuzundan qaynaqlanıb, nənələrimizin bayatılarında, oxşamalarında şaxələnib, muğamlarımızda püxtələşib nəhayət bəstəkarlıq sahəsində öz inkişaf mərhələsinə qovuşan musiqimiz qədim tarixi kökə malikdir. Milli musiqimizi dünyaya tanıdan müxtəlif millətlərə, xalqlara sevdirən isə bəstəkarlardır. Dahi Üzeyir Hacıbəyovun böyük zəhməti, səyi nəticəsində mükəmməlləşən nota köçürülən milli musiqimiz sonrakı dövrlərdə Qara Qarayev kimi bəstəkarların istedad bacarığı ilə inkişaf mərhələsinə yüksəldi. Milli musiqi muğamlar üzərində istiqamətlənən Azərbaycan musiqisi məhz bu bəstəkarların böyük zəhməti fitri istedadı sayəsində simfonik, vokal, opera, balet, kantata başqa janrlar üzrə inkişaf etdi.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri Qara Qarayevdir. O, 1918-ci il fevral ayının 5-də Bakı şəhərində məşhur həkim, professor Əbülfəz Qarayev Sona xanım Axundovanın ailəsində dünyaya gəlmişdir. Atası əməkdar elm xadimi, tanınmış uşaq həkimi olmuş, anası "Müqəddəs Nina" məktəbinin Bakı bölməsini bitirmiş, fortepiano ifaçılığı təhsilinə yiyələnmişdir.

1926-cı ildə ilk musiqi təhsili alan bəstəkar, 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini, 1938-ci ildən isə Moskva Konservatoriyasında D.Şostakoviçin bəstəkarlıq sinfində davam etdirmişdi. Azərbaycanın böyük bəstəkarı Üzeyir Hacıbəyovdan xalq musiqisinin əsasları üzrə dərs alan Qara Qarayevin həyat yaradıcılığında dahi bəstəkarın əvəzsiz xidmətləri olmuşdur. O, müəlliminə bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonuna kimi hörmət ehtiramla xatırlamışdır. Q.Qarayev milli musiqimizə yeni məzmunla yanaşı, müasir ifadə vasitələri, yeni janrlar gətirmişdir. Bəstəkar klassikanı müasir məzmuna tələbə uyğunlaşdırmış E.Rostanın "Sirano de Berjerak" komediyasının motivləri əsasında "Çılğın qaskoniyalı" müziklində müasir estrada musiqisinin səciyyəvi xüsusiyyətlərini intibah dövrünün üslubu ilə uzlaşdırmışdı. Azərbaycan musiqi ənənələri ilə Qərb musiqisinin maraqlı sintezini yaradaraq onu dünya musiqisinin ayrılmaz hissəsinə çevirmişdir.

Bəstəkar 1938-ci ildə ilk böyük əsərini - xor, simfonik orkestr rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə "Könül mahnısı" kantatasını bəstələmişdir. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsil alan bəstəkar Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıtmış, 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər vəzifəsində işləmişdir. 1943-cü ildə birinci simfoniyasını yazmış, 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. Qara Qarayev hələ tələbə ikən özünü istedadlı yaradıcı gənc kimi sevdirmişdir. Onun Şostakoviçlə olan möhkəm dostluq münasibətləri ömrünün sonuna kimi davam etmişdir. Bu dostluq bəstəkarın yaradıcılığına da öz müsbət təsirini göstərmişdir. Q.Qarayev 1946-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim, 1950-1953-cü illərdə isə bu musiqi ocağının rektoru vəzifəsində çalışmışdır.

1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı "İldırımlı yollarla" baletindən ikinci süitanın ifası ilə bağlı Los-Ancelesdə l beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur. Bəstəkar bu əsərini müasir dövrün olduqca aktual mövzusuna - irqi ayrı-seçkilik müstəmləkə xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr etmişdir. Fransız yazıçı Anri Barbüsün əsəri əsasında yazdığı "Zəriflik" monooperasının, A.Puşkinin şeirlərinə bəstələdiyi "Mən sizi sevirdim" "Gürcüstan təpələrində" romanslarının, "Könül mahnısı", "Səadət mahnısı" kantatalarının müəllifidir. Onun dünyada böyük məşhurluq qazanan əsərlərindən biri "Yeddi gözəl" baletidir. Bəstəkar Nizaminin humanist obrazlarını yüksək bədiiliklə göstərə bilmişdir. "Yeddi gözəl" musiqili-xoreoqrafiya incəsənətinin ən böyük nailiyyətidir dünyanın bir çox ölkələrinin teatr səhnələrində oynanılmışdır. 1963-cü ildə "Yeddi gözəl" baleti Birləşmiş Ərəb Əmirliklərində CAR-da səhnəyə qoyulmuşdur. Bəstəkar elə həmin il Leninqrad Kiçik Opera Teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1969-cu ildə "Yeddi gözəl" baleti "Leyli Məcnun" simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət incəsənət ustaları arasında Yaponiyaya səfər etmiş III Simfoniyası Yaponiyada səslənmişdir.

Bəstəkar müxtəlif illərdə bir çox məqalə çıxışlarında Azərbaycan musiqi mədəniyyətində Şərq ilə Qərbin sintezi, vəhdəti haqqında mükəmməl fikirlər söyləmişdir. O, bu sintezi Şərq Qərbin mücərrəd toqquşmasında deyil, onların milli mədəniyyətinin, yaradıcı təcrübəsinin qarşılıqlı əlaqəsində, beynəlmiləl yaxınlığında görmüşdür.

Qara Qarayevin yaradıcılığının əsas mövzularından biri Vətən mövzusu idi. Cövdət Hacıyevlə yazdığı "Vətən" operası, "Ürək mahnısı" kantatası, "Bizim partiya", "Səadət mahnısı", "Azərbaycan" süitası belə əsərlərdəndir. O, istedadlı bəstəkar olmaqla bərabər, həm zəngin dünyagörüşünə, ensiklopedik biliyə sahib alim idi. Dünya musiqi elminin son uğurlarını dəqiqliklə öyrənmiş, mənimsəmiş, dünya musiqisinin, eləcə ədəbiyyatının, rəssamlığının, teatrının gözəl bilicisi olmuşdur. Bəstəkarın yaradıcılığında xüsusi yer tutan məqamlardan biri kino musiqisi sahəsidir. Kinonu xarakter etibarilə böyük müasir bəstəkarlıq məktəbi adlandıran Qara Qarayev bu janrda da olduqca məhsuldar işləmişdir. "Leyli Məcnun", "Tarixin ibrət dərsi", "Uzaq sahillərdə", "Qızıl eşalon", "Xəzər neftçiləri haqqında povest", "Antonio Kleopatra" digər tamaşalara yazdığı musiqilər yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayevin saysız-hesabsız yetirmələri, tələbələri olmuş, onlar yüksək professionallığı, individuallığı özünəməxsusluğu ilə seçilmişlər. Onun fotoqrafiya sənətinə böyük marağı var idi, xaricə səfərləri zamanı boş vaxtlarında maraqlı şəkilləri lentə alarmış. Bəstəkar 1982-ci il may ayının 13-də Moskva şəhərində vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

 

Ramidə YAQUBQIZI,

 

Respublika.- 2024.- 4 fevral, №24.- S.10.