Qəhrəmanlıq zirvəsi
İkinci Qarabağ müharibəsində
hünər göstərib
ölümü ilə
ölümsüzlüyə qovuşan qəhrəmanlardan
biri də Sübhan Rauf oğlu Həsənovdur.
19 illik ömür yolu və şəhidlik
zirvəsinə ucalmaqla
unudulmayan tarix yazıb. İndi adı dillərdə qəhrəmanlıq dastanına
dönən Sübhan
Həsənov dövlət
tərəfindən ölümündən
sonra "Vətən
uğrunda", "Cəsur
döyüşçü", "Suqovuşanın azad olunmasına görə"
medallarına layiq görülüb.
26 iyul 2001-ci ildə Masallı şəhərində dünyaya
göz açan Sübhan hələ uşaq yaşlarında təmiz ürəkli, vicdanlı, qeyrətli Vətən oğlu olaraq el-obada sevilib. Doğma Azərbaycanın daşına,
torpağına ürəkdən
bağlı olan Sübhan 2019-cu ilin 30 iyul tarixində ordu sıralarına çağırılıb. Və
evdə dedikləri də belə olub: "Xalqımızın
pozulmaz qəhrəmanlıq
tarixi vardır. Vətən, torpaq uğrunda
can qoyan polad biləkli igidlərimiz çox olub. Bütün
bunlara görə erməni dığaların hərəkətləri
məni narahat edir. Məqamı gəlsə, Vətən naminə
son damla qanıma qədər döyüşüb,
başınızı uca edərəm".
Əsgərliyə cəbhə bölgəsində
başlayan Sübhan Həsənov
canından artıq sevdiyi Vətəninə sədaqətlə
xidmət edib. Cəsurluğu, çevikliyi, vətənpərvərliyi,
nümunəvi davranışı, dosta etibarı ona əsgər
və zabitlərin rəğbətini qazandırıb.
Doğma Azərbaycana sevgisi bir an belə azalmayıb. Onun ərazi
bütövlüyü naminə düşmənə qalib gəlməkdən
ötrü təlimlər zamanı verilən
tapşırıqları vaxtında yerinə yetirib. Üstəlik,
sərrast snayper kimi də yaxşı tanınıb.
Beləcə, Vətəni üçün
hər an canından keçməyi
özünə şərəf bilən igid əsgər
Sübhanın ordudan tərxis olmağına sayılı
günlər qaldığı vaxt 44 günlük haqq
savaşımız başlanıb. O da əlinə silah
alıb qeyrətli oğullar cərgəsində ən
ağır döyüşlərə qatılıb. Elə
ilk gündən düşmənə qan uddurmaqla cəsurluğunu
müharibə meydanında təsdiq edə bilib. Füzuli,
Ağdərə və Suqovuşan istiqamətində gedən
döyüşlərdə düşmənə qarşı
mərdliklə vuruşub azad olunmuş Vətən
torpaqlarında hər dəfə üçrəngli
bayrağımız ucalanda qələbəmizə ürəkdən
inanıb. Sübhan son döyüş günündə də
Vətənin azadlığı uğrunda gözünü
qırpmadan özünü odun-alovun içinə atıb.
Son nəfəsə qədər düşmənə
sarsıdıcı zərbələr vurub.
Zəfər
ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü.
Respublika.- 2024.- 7 fevral, №26.- S.7.