Siyasi şüurluluğun təkamülü
2024-cü il fevralın 7-də keçirilən
növbədənkənar prezident
seçkilərində qürura
söykənən yüksək
seçici fəallığı
və milli təfəkkürdən qaynaqlanan
üstün seçki
mədəniyyəti bunu
bir daha təsdiq etdi
Müstəqillik yolunda ən mühüm addımlardan biri də demokratikləşmədir. Bu yol ümumbəşəri dəyərlərə qovuşmaqdan, söz və fikir azadlığından, milli-mənəvi dəyərlərin müasir dövlətçilik tələblərinə uyğunlaşmasından keçir. Müstəqilliyin taleyi isə dövlətçiliyin formalaşdırılaraq möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf modelinin hazırlanaraq dirçəldilməsi və milli-mənəvi dəyərlərin qorunub saxlanaraq inkişafı kimi üç amildən çox asılıdır. İlk iki amil obyektiv strateji fəaliyyət proqramına görə vasitə və təməl olsa da, ali məqsəd milli-mədəni və mənəvi dəyərlərin bərpası, xalqın özünüdərkidir. Ötən əsrdə insanların şüuru qeyri-dövlət mülkiyyət formasının mövcudluğuna uyğunlaşmadığından bazar iqtisadiyyatına keçid və azad iqtisadi rəqabətin inkişafı ciddi maneələrlə üzləşirdi. Ən böyük çətinliklər isə demokratik cəmiyyət quruculuğuna adekvat düşüncənin formalaşmaması ilə üzvi surətdə bağlı idi. Bu təbii prosesin əsas səbəbi eyni vaxtda bir neçə istiqamətdə keçid dövrünün yaşanması idi:
- müstəqil dövlətçiliklə bərabərhüquqlu dövlətlərarası münasibətlər sisteminə;
- bir ictimai-iqtisadi formasiyadan digərinə;
- totalitar cəmiyyətdən
demokratik cəmiyyətə
keçid.
Müstəqillik üçün iqtisadiyyatın
inkişafı, dövlətçiliyin
möhkəmləndirilməsi vacib şərtlərdən
olsa da, son məqsəd
deyil. Milli-mədəni,
mənəvi dəyərlərin
qorunması, xalqın
öz mənliyinin sahibi olması üçün iqtisadiyyatın
inkişafı ən mühüm şərtlərdəndir.
İqtisadi inkişafı
təmin etmək üçün dövlətçiliyin
möhkəmləndirilməsi zəruridir. Dövlətçiliyin
möhkəm təməli
isə ictimai-iqtisadi sabitliyi təmin edərək yüksək
nüfuzla beynəlxalq
ictimai-iqtisadi əlaqələr
sisteminə daxil olmaqla mümkündür.
Göründüyü kimi,
müstəqilliyin ali
məqsədi üçün
digər iki amilin varlığı zəruri və kafi şərtlər hesab olunur. Müstəqillik
qazanan keçmiş İttifaq respublikalarından
bəziləri real beynəlxalq
münasibətlər sistemini,
iqtisadi, siyasi və mədəni-mənəvi
dəyərləri obyektiv
qiymətləndirərək milli və ümumbəşəri
maraqlar arasında
optimal əlaqə, uyğunluq
yaradaraq onların sintezinə əsaslanan ictimai-siyasi sabitliyə
nail ola bildilər.
Ən mükəmməl demokratiya
modeli
belə transplantasiya oluna
bilməz
Qərbi
kor-koranə təqlid
etməyə çalışan
ölkələrdən fərqli
olaraq Azərbaycan müstəqil siyasət yeridərək dayanıqlı,
stabil, demokratik cəmiyyət qurmaq əzmini nümayiş etdirdi. Belə məsuliyyətli bir dövrdə kənar təsirlərə uymamaq,
yaradıcı əzmkarlıq,
iradə nümayiş
etdirmək artıq qərarlaşmış, stabil
cəmiyyətlərdən fərqli olaraq ölkə başçısından
daha böyük məsuliyyət tələb
edir. Keçid dövründə ölkəmizə
çox böyük dövlətçilik təcrübəsi
olan, müdrik dövlət xadimi, fövqəladə insan
ulu öndər Heydər
Əliyevin rəhbərlik
etməsi əlavə
prioritet idi. Əks halda, formal müstəqillik olsa da, digər dövlətlərin
təsiri altına düşmək və ya milli düşmənlərin
ətəyindən yapışmaq
qaçılmaz idi. Burada bəzi dövlətlərin subyektiv
siyasi mövqeləri nisbətən asan izah olunsa da, regiondan uzaq olan dövlətlərin müdaxilələri xüsusi
təhlil sayəsində
daha böyük kontekstdə bəlli olur.
Başqalarının etdiklərini təkrarlamaqla böyük
uğurlara nail olmaq mümkün olmadığından
Azərbaycan həmin illərdə Heydər Əliyevin rəhbərliyilə
müstəqil inkişaf
yolunu müəyyənləşdirdi,
iqtisadi islahatların
da, dövlət quruculuğunun
da, demokratiyanın da ölkəmizə
uyğun öz modelini hazırladı. Xarici "məsləhətçilər"
özlərinə xas
olan standartlarla islahatlar və Qərb modelində demokratiya təklif edirdilər. Heydər Əliyev isə yaradıcı dövlət
başçısı olduğundan
Azərbaycanda demokratiyanın
ictimai-siyasi tərəqqi
kontekstində həyata
keçirilməsinin zəruriliyini
xüsusilə qeyd edirdi. Bizə demokratiya ixrac etmək istəyənlərə
(hədiyyə belə
etmək istəyənlər
var idi) də böyük səbir, təmkin və məntiqlə yerli şəraiti və milli xüsusiyyətləri nəzərə
almağın vacibliyini
izah edirdi.
Ən mükəmməl demokratiya
modellərinin süni
transplantasiyasının əleyhinə
olmaqla milli və dövlətçilik ənənələrinə
əsaslanan təbii demokratik cəmiyyət qurmaq yolunu seçən
Ümummilli Lider demişdir: "Demokratiyanı
bir-iki gündə əldə etmək mümkün deyil. Demokratiya insanların şüurunda dəyişiklik
deməkdir. Bu dəyişiklik
heç bir inqilabla olmur, təkamül yolu ilə, tədricən gedir".
Ulu Öndər bununla xarici ekspertlərə izah edirdi ki, demokratiya kənardan
transfer yolu ilə mümkün deyil. O, milli-mənəvi tərəqqinin,
ictimai şüurun inkişafının qanunauyğun
nəticəsi kimi yaranmalı, mentalitetə söykənməklə tədricən
getməlidir. Ölkə
inkişaf etdikcə, siyasi mədəniyyət yüksəldikcə, siyasi
metodlar da dəyişir
və cəmiyyət üzvləri partiyalar, ictimai təşkilatlarla öz iradələrini seçkilər vasitəsilə
həyata keçirməyə
çalışırlar. Demokratiya
xalqın hakimiyyəti
olmaqla siyasi şüurluluqla mütənasib
inkişaf edir. Heydər Əliyev müstəqil dövlətçiliyin
əsasını qoyduqdan
sonra cəmiyyətin bütün təbəqələrinin
düşüncə və
mənafelərinin təmsil
olunmasına imkan verən dinamik ictimai-siyasi stabillik yaratdı. Bu sabitliyin mövcud olduğu cəmiyyət plüralizm
və əsl demokratiya zəminində formalaşmış cəmiyyətdir.
Cəmiyyət sözsüz
ki, bircins bir toplum deyil. Onda
milli mənafeləri təmin
etmək iqtidarında
olan insanlarla yanaşı, analitik təhlil qabiliyyətindən
məhrum olduqlarına
görə təsirə
düşən, təhrikə
uyanlar da var. Həmçinin
"demokratiyanı alma kimi
bazardan almaq istəyənlər" də
var, "dibçək demokratiyası"
olmaq istəyənlər
də.
Bu gün Azərbaycanda demokratikləşmə prosesi
ilə paralel siyasi şüur və siyasi mübarizə mədəniyyəti
də inkişaf etmişdir. Bunlardan birincinin ikincini qabaqladığı dövr
artıq arxada qalıb. Hazırda dövlət quruculuğunda
demokratik prinsiplər müntəzəm şəkildə
təmin olunmaqla yanaşı, siyasi biliklərin və siyasi mədəniyyətin
daha da inkişaf etməsi naminə ardıcıl və məqsədyönlü işlər
görülür. Siyasi
mədəniyyət yüksək
olan ölkələrdə
də partiyaların və ictimai təşkilatların iradəsi
siyasi metodlarla, ən əsası da, seçkilər vasitəsilə
həyata keçirilir.
Seçkidə hər bir vətəndaşın (siyasi
xadim, ziyalı, alim, dünyaşöhrətli sənətkar,
sadə qulluqçu, müəllim, həkim, mühəndis və b.) bir səsi var. Bu baxımdan da səsvermə
mütəşəkkil xalqın
deyil, əhalinin mövqeyini əks etdirir. Əhalinin pərakəndə strukturunun
iradəsini ümumxalq
iradəsi ilə kompensasiya etmək isə cəmiyyətin mütərəqqiyönümlü üzvlərinin əsas vəzifələrindən, məqsədlərindəndir.
Dövlətçiliyin daha
da möhkəmləndirilməsi mövqeyindən aparılan,
analitik təhlilə,
siyasi gerçəkliyin
anladılmasına əsaslanan
təbliğatın kütlə
psixologiyasına istinad
edən, populist xarakterli
təbliğatdan daha effektli olması da bəllidir. Belə məqamlarda siyasi cəhətdən yetkin olmayan seçicilər, yəni öz mövqelərini şəxsi
və məhəlli xarakterli mənafelərə
əsasən bildirənlər
təsadüfi təsir
altına düşür,
nəticədə ümummilli
mənafe, müqəddərat
baxımından aldanmış
olurlar.
Məqsədləri ancaq siyasi dividend qazanmaqdan ibarət olan, populist çıxışlardan fərqli
olaraq təhlilə söykənən siyasi gerçəkliyin və əsl həqiqətin seçicilərə çatdırılmasına
əsaslanan mövqe ümumxalq mənafeyini ifadə edir. "Dibçək liderləri"ndən
fərqli olaraq ən yaxşı siyasi liderlər süni surətdə deyil, siyasi həyatın
özündə yetişir.
Hazırda Azərbaycan
demokratik mübarizəyə
şərait yaradılmış
böyük siyasət
meydanıdır. Bu meydanda
beynəlxalq aləmdə
yaranan siyasi oriyentirləri nəzərə
alaraq müstəqil siyasət apara bilən lider əsl milli-siyasi liderdir. Demokratik cəmiyyət quruculuğu
ənənələrini yaşadan,
müasir demokratikləşmə
proseslərini əxz edən ölkəmizdə
siyasi şüur, bilik və siyasi
mübarizə, mədəniyyət
paralel surətdə inkişaf etmişdir. Xalqın siyasi və hüquqi biliklərinin artırılması
sahəsində həyata
keçirilən tədbirlər
demokratik prinsiplər əsasında yeni cəmiyyət
qurulmasına, əhalinin
siyasi şüurluluğunun
təkamülünə gətirib
çıxarmışdır.
1993 -cü ildən başlayaraq həyata keçirilən hüquqi
dövlət quruculuğu,
demokratiya, söz və mətbuat azadlığı, plüralizm,
yeni iqtisadi münasibətlər,
azad sahibkarlıq və s. ideyaların reallaşdırılması da siyasi
biliklərin, siyasi mədəniyyətin inkişafında
ardıcıl və məqsədyönlü işlərdəndir.
Bütün bunlarla yanaşı, iqtisadi inkişaf səviyyəsi,
rasional düşüncə
üslubu, siyasi təfəkkür mədəniyyəti
Azərbaycanın Avropa
ölkəsi kimi təsbit olunmasına əsas verdi. Şərq ölkəsi sayılsaq da, XIX əsrin ortalarından başlayaraq
ilk dünyəvi məktəblərin,
teatrın, operanın,
qəzetin, universitetin,
parlamentin, digər hüquqi dövlət elementlərinin və s. yaranması məhz Azərbaycanda gerçəkləşmişdi.
Bu, həmin zamanlarda Avropa ölkələri ilə sanki bərabər səviyyə
idi. Ötən əsrin əvvəllərində
də ümumbəşəri
dəyərləri mənimsəmək,
maariflənmək, elmi-texniki
yeniliklərdən istifadə,
cəmiyyətdə münasibətləri
hüquqi normalarla tənzimləmək kimi vəzifələr sələflərimizin
də əvvəldən
inkişafda qərbyönümlü
olduğunu təsdiq edir. Əsrin əvvəlində də bu yolu seçdik.
Hazırda Azərbaycan demokratik
mübarizəyə şərait
yaradılmış böyük
siyasət meydanıdır.
Bu meydanda beynəlxalq
aləmdə yaranan siyasi oriyentirləri nəzərə alaraq müstəqil siyasət apara bilən lider əsl milli-siyasi liderdir. Demokratik cəmiyyət quruculuğu ənənələrini
yaşadan, müasir demokratikləşmə proseslərini
əxz edən ölkəmizdə siyasi şüur, bilik və siyasi mübarizə, mədəniyyət
paralel surətdə inkişaf etmişdir. Xalqın siyasi və hüquqi biliklərinin artırılması
sahəsində həyata
keçirilən tədbirlər
demokratik prinsiplər əsasında yeni cəmiyyət
qurulmasına, əhalinin
siyasi şüurluluğunun
təkamülünə gətirib
çıxarmışdır.
Qeyd edək ki, Avropanın özü də bizim kimi yeni əsrdə tərəqqi
yolunu arayırdı. Qərb öz mütəfəkkirlərinin dediyi
kimi, inkişafın mənbəyi əksliklərin
vəhdətindədir ideyasına
əməl etməyə
başladı. İkinci
Dünya müharibəsindən
sonra hər bir şəxsin hüquq və azadlıqları haqqında
düşünməyi vacib
bilən Avropa bəşəriyyətin xilası
üçün yeni cəmiyyət
qurulması proqramını
qəbul etdi. Ənənəvi rəqiblər
və düşmənlər
bütün problemləri
nəzərə almadan
sülh və əmin-amanlığın bərqərar
olması naminə
yeni xüsusi mənəvi-psixoloji
mühitdə Avropa Şurasını yaratdılar.
Məqsəd insanların
layiq olduqları həyat şəraitini təmin etmək, hüquq və azadlıqlarının qorunması
sahəsində uğurlar
qazanmaq idi. Təxminən ötən
yarım əsrdə eyni sivilizasiyanın, eyni dinin mənsubları
böyük və spesifik dəyərlər sistemi formalaşdırdığından,
yad meyarlara malik mədəniyyətlə
əlaqə qurmaq böyük risk hesab olunurdu. Həmin dövrdəki tərəddüdlərin
kökündə dayanan
da bu idi.
Siyasi manevrlər, n-ölçülü
standartlar
Müstəqil Azərbaycan dövlətinin
seçdiyi strateji inkişaf yolu, qəbul olunan qanunlar (seçki haqqında, ölüm hökmünün ləğvi,
amnistiyalar, hüquq və azadlıqların Konstitusiya səviyyəsində
təsbiti və s.), cəmiyyət həyatındakı
demokratik islahatlar ikinci türk dövlətinin Avropa ölkəsi kimi tanınmasını zəruri
etdi. Baxmayaraq ki, siyasi, iqtisadi və sosial məsələlər baxımından
vəziyyəti Azərbaycandan
heç bir parametr üzrə yaxşı olmayan Ermənistan və Gürcüstanın AŞ-a qəbuluna
razılıq tez bildirilsə də, Azərbaycan haqqında tərəddüdlərini dilə
gətirməkdən belə
çəkinmirdilər. Əsas
səbəb islam ölkəsi olmağımız,
Şərq dəyərlərinə
sıx bağlılığımız,
milli-mədəni ənənələrimizə
sadiqliyimiz olsa da, bəhanə kimi demokratiya təəssübkeşliklərini
qabardırdılar. Həmin
dövrdə ölkə
rəhbəri, böyük
siyasi təcrübəyə
malik ulu öndər Heydər
Əliyev Azərbaycana
qarşı yönəldilmiş
bu iddiaların, tərəddüdlərin əsl
səbəblərini çox
dəqiq bildiyindən
onların öz prinsiplərindən çıxış
etməklə məsələnin
həllinə nail olurdu.
Son iki əsr ərzində,
daha dəqiq desək, XIX əsrin əvvəlindən ardıcıl
olaraq ümumbəşəri
dəyərlərə can atan
ölkəmizin beynəlxalq
qurumlarla əməkdaşlığa
və üzvlüyə
maraqlı olmasının
əsas səbəbini
Ümummilli Lider korrekt olaraq belə ifadə etmişdir: "Biz istəyirik
həqiqətən Avropada
təhlükəsizlik, sülh,
əmin-amanlıq olsun,
eyni zamanda öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını istəyirik".
Aydındır ki, ali məqsəd
ərazilərimizin işğaldan
azad olunması, öz dədə-baba torpaqlarından zorla çıxarılmış, deportasiya
olunmuş əhalinin doğma yurdlarına qaytarılması idi. Həmin dövrdə də Avropanın siyasi coğrafiyasında islam ölkələrinin,
əsasən də türk dövlətlərinin
hesabına dəyişikliyin,
genişlənmənin olmasını
sevməyən, konkret
əleyhinə olan siyasi qüvvələr və erməni lobbisi istəklərinə
nail olmaq üçün
xüsusi planlar işləyirdilər.
İqtisadi, elmi-texniki və
mədəni inkişaf
səviyyəsinə, demokratik
dövlət quruculuğuna
heç bir irad tuta bilməyənlər
özləri tərəfindən
saxtalaşdırılmış tarixə müraciət etməklə həmin müstəvidə sərbəst
fəaliyyət göstərirdilər.
Bu gün də belədir. Çünki hazırkı reallıq göz önündə olduğundan işğalçı
ilə işğala məruz qalanı görmək çətin
deyil. Ən yaxşı düşünülmüş
feyk-nyuslar, dezinformasiyalar
reallığı başqa
halda, yanlış şəkildə verməkdə
çətinliklə üzləşirlər.
Lakin zaman oxunda əks
istiqamətdə hərəkət
etdikcə, ictimai rəyi çaşdırmaq
asanlaşır. Səbəb
isə tarixi faktların saxta təbliğatla dəyişdirilməsidir.
Erməni tarixçiləri,
lobbiçiləri saxta
informasiya kampaniyası
ilə tarixi keçmişi yalanla necə dəyişdirməyə
nail olmaqda çox mahirdilər.
Təəssüflər olsun ki, dinc, stabil Avropaya
nail olmaq üçün
çalışan mütərəqqi,
sülhsevər qüvvələrlə
yanaşı, hələ
də qlobal siyasi intriqa təfəkkürü ilə
yaşayan, çoxqat
pərdələnmiş, beynəlxalq
miqyas almış bu vərdişlərindən
qurtula bilməyənlərin
istəyi erməni lobbisinin maraqları ilə adekvatlıq təşkil edir. Nəticədə "həqiqət
onsuz da mənim tərəfimdədir" deməklə
biz n-ölçülü standartlarla yaşayan dünya ilə siyasi manevrlərlə davranmadan tamaşaçı
rolunda olan mütərəqqi qüvvələrlə
eyni mövqeyi seçmiş olduğumuzdan
böyük səylər
nəticəsində əldə
olunanlar təhlükə
altına düşmüş
olur. AŞPA-dakı Azərbaycan nümayəndə
heyətinin fəaliyyətini
qeyri-müəyyən müddətə
dayandırması bunu
təsdiq edir. Axı, siyasiləşmiş
Qərb təfəkkürü
intriqasız yaşaya
bilmir. Biz də seçimimizi düzgün
etməklə, daxil olduğumuz məkanın dilində siyasi manevrlərlə, n-ölçülü
standartlarla danışmağa
hazır olmalıyıq.
Yaşadığımız əsrə vaxtilə ədəbiyyat və mədəniyyət
müstəvisində başlanmış
müasirləşmə, avropalaşma
prosesinin nəticəsi
olaraq Avropa ölkəsi kimi qədəm qoyduq. Xatirimizdədir ki, bunu böyük fərəh hissi ilə qarşıladığımız həmin dövrdə ikinci xəbəri aldıq: Fransa senatının "erməni
soyqırımı" haqqında
qərarını Prezident
Jak Şirak təsdiq edib. Səbəbkarlar Azərbaycanın yeni əsrə
uğurla, qələbəylə
qədəm qoymasını
istəməyən qüvvələr
idi. Bu, həm də bir xəbərdarlıq,
eyforiyaya qapılmamaq işarəsi olmaqla, qədəm qoyduğumuz yolun hamar olmayacağını
təsdiq edirdi.
AŞPA-da baş verən
proseslər digər tərəfdən də Azərbaycanın ərazi
bütövlüyünü, suverenliyini təmin edən Zəfərimizin həmin qüvvələr
tərəfindən qəbul
edilə bilməməsi
ilə bağlıdır.
Xalqımızın da ölkəni
Qalib edən Müzəffər lideri ətrafında yenidən yumruq kimi birləşəcəyi,
prezident seçkilərində
onu yüksək səs faizi ilə seçəcəyi
bəlli idi. Çünki liderimiz bizə təkcə yurdumuzu deyil, ruhumuzu, qürurumuzu qaytarıb. Bunu dəyərləndirən əhali
yüksək seçici
fəallığı, siyasi
şüurluluq və
siyasi mədəniyyət
sayəsində Azərbaycanı
olduğu kimi deyil, istədikləri kimi görmək istəyənlərə "Osmanlı
tokatı"nın şokunu
hiss etdirdi. Demokratiyadan
dəm vuranlara, sonda müxtəlif ölkələri idarə
etmək məqsədilə
demokratiya tövsiyə
edənlərə bir
nümunə oldu. Necə deyərlər -
"ölkələrə öyüd verənlərə
xalqımız ustad demokratiya dərsi" yaşatdı.
Seçki mədəniyyətinin qələbəsi,
“demokratiya təəssübkeşləri”nin
məğlubiyyəti
Yeni çağırışlar ideyası
ilə insanları, xüsusilə gəncləri
"vahid dəyərlər"
ətrafında birləşdirməyə,
kosmopolit nəsil yetişdirməyə çalışanların
məqsəd və məramı dəyişmir.
Qloballaşma termini dünya
leksikonundan çıxarılsa
da, forma, mübarizə üsulları
dəyişsə də,
mahiyyət dəyişmir.
Yəni əsrin əvvəlində AŞ-a qəbul
zamanı tərəddüdlərin
kökündə əvvəldə
dediyimiz amillər dayansa da, ancaq demokratiya təəssübkeşliyini
qabardırdılar. Bu gün
də Azərbaycanın
yaratdığı reallıqları
qəbul edə bilmədiklərini, dini təəssübkeşliklərini çox ustalıqla pərdələməklə, belə
demək mümkünsə,
"qablaşdırmanı" - formanı dəyişməklə
prezident seçkilərində
müşahidəçi kimi
dəvət olunmamalarını
səbəb gətirirlər.
Əslində Azərbaycanın
AŞPA qarşısında seçkilərə müşahidəçi
dəvət etmək öhdəliyi yoxdur. Bu, onların hegemonluq uğrunda mübarizə iddiasından qaynaqlanır.
Müasir Azərbaycan
azad, sabit, güclü iqtisadi potensiala malik, özünə
güvənən ölkədir.
Vətəndaşları da qalib olmaqla gələcək
həyatlarını özləri
müəyyənləşdirməkdə
israrlı, qürurlu və fəaldırlar. Hegemonluq və ağalıq iddiasında olanların demokratiya adı ilə icad etdikləri qadağalar hörümçək
toruna bənzəyir. Burada zəiflər ilişib qalır, güclülər isə yırtıb çıxırlar.
Prezident
İlham Əliyev fevralın
14-də Milli Məclisdə keçirilən andiçmə
mərasimində demişdir:
"Əgər əvvəlki
illərdə, xüsusilə
işğal dövründə
bizi çaşdırmaq
üçün, yəni,
gözdən pərdə
asmaq üçün
müəyyən vədlərlə
cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada
ayrıcı xətlər
müşahidə olunur.
Biz o ayırıcı xətləri
çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik".
Məhz
qlobalistlərin, "ağalıq"
iddiasında olanların
hədəfi də
"mənalı", "təmtəraqlı" proqramlar,
fondlar adı altında dağıdıcı
missiya həyata keçirməkdir. İlk növbədə
gəncləri öz kökündən, tarixindən,
milli dəyərlərdən uzaqlaşdırmaqla zombiləşdirmək
istəyirlər. Unudurlar
ki, zəngin mədəniyyəti,
tarixi, ədəbiyyatı,
dili, bir sözlə, milli dəyərləri
olan xalqın övladları nəsillərarası
mənəvi körpünü
mühafizə etməklə
müstəqil ölkəsini
kənar və yad təsirlərdən öz
lideri ilə birgə qorumağa qadirdir. Məhz milli ruh, milli ləyaqət və vətənpərvərlik
də mümkün olmayanı reallığa çevirən bütün
xalqımızın iştirak
etdiyi Vətən müharibəsində Böyük
Qələbənin əldə
olunmasına səbəb
oldu.
Dünyanın bəzi aparıcı
ölkələrinin informasiya
məkanında hazırda
ermənilərin psevdonağılları
üstünlük təşkil
etsə də, ona inam yoxdur.
Lakin o nağıllar həmin
ölkələrin və
bəzi beynəlxalq təşkilatların siyasi
maraqları ilə harmoniya təşkil edir, üstəlik, erməni lobbisinin ianələri də burada əsas rol oynayır. Buna görə də Azərbaycan dünyada bəlkə də nadir ölkələrdəndir ki, daim
şər-böhtan, informasiya
hücumuna məruz qalır, bu yöndə beynəlxalq miqyaslı aparıcı
media qurumlarını da kampaniyaya
cəlb edirlər. 44 günlük Vətən müharibəsində həqiqəti
deməyimiz, ümumi davranış qaydalarına
riayət etməyimiz böhtan, yalan və təhqirlərə
qalib gəldi. İlk növbədə, tərbiyə,
bilik, müasir texnologiyalara çıxışın
olması informasiya məkanında da üstünlüyü
təmin etdi.
Uzun illərdir Azərbaycana qarşı aparılan informasiya təxribatları
indi də davam etdirilir və qeyd etdiyimiz
kimi, dünyanın öncül informasiya agentliklərindən və
təsisatlardan "məharətlə"
istifadə olunur. Bütün proseslərdə
də aparıcı rol ermənilərə məxsusdur. Yalan məlumat formalaşdırılır,
əlaltılar, konkret
desək, dünyanın
aparıcı, öndə
olan qeyri-hökumət
təşkilatları vasitəsilə
həmin məlumatlar ətrafında müzakirələr,
təhlillər aparılır,
emal olunur və bir həqiqət
kimi cəmiyyətə,
insanların şüuruna
ötürülür. Əfsuslar
olsun ki, belə texnologiyalar bu gün də işləyir, aktivdir. Və feyk-nyus çağdaş dövrümüzdə
siyasi mübarizənin
ən populyar üsuluna çevrilib. Bu səbəbdən də
ABŞ-ın sabiq Prezidenti Donald Tramp "Washington Post" və "New York Times" qəzetlərini
feyk-nyus adlandırıb.
Anti-Azərbaycan mövqeyində
dayanan, əsasən supergüclərin maliyyələşdirdiyi
QHT-lər sırasında
"Freedom House", "Amnesty International", "Human
Rights Watch" Sorosun nəzarətində
olan qurumlarla birlikdə bu məsələlərdə daha
fəaldırlar.
Vaxtilə inqilab, çevriliş etmək cəhdləri zamanı həmin təşkilatlar Qarabağ
məsələsindən istifadə
edirdilər. Bu da tarixi
Zəfərdən sonra
sonuncu arqument kimi əllərindən çıxıb. İndi yeni üsullar
axtarır, erməni lobbisi ilə birgə yeni planlar cızırlar.
AŞPA-da
Azərbaycan nümayəndə
heyətinə qarşı
olan münasibət
anti-Azərbaycan "aysberqi"nin
görünən tərəfidir,
formadır. Məzmun isə hiss olunmayacaq tərzdə pərdələnib.
Bütün sahələrdə
məğlub olduqlarından
ən cılız üsullara əl atırlar. Həmin "aysberq" F.Şvabe, C.Borrel, R.Menendes kimi keçmişi ləkəli və erməni lobbisinin ianələrindən qidalananların
timsalında zühur edir. İş o yerə çatıb ki,
AŞPA üzvü F.Şvabe
ATƏT-in və digər
Avropa təşkilatlarının
Azərbaycanda keçirilən
prezident seçkilərini
izləmək üçün
dəvət olunmasına
qısqanclıqla yanaşdığını
gizlədə bilmir.
Seçkinin nəticələrinə irad tutanlar virtual deyil, real həyatda yaşadığımızdan, milli adət-ənənələrə, Vətənə bağlılığımızdan
bixəbər olduqlarından
unudurlar ki, xalqı arxasınca aparmaq istəyən kvaziliderlərdən
fərqli olaraq, əsl liderin arxasınca xalq özü gedir. Qürura söykənən
yüksək seçici
fəallığı və
milli təfəkkürdən qaynaqlanan üstün seçki mədəniyyəti
nümayiş etdirməklə
xalqımız bunu bir daha təsdiq
etdi. Dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti
öz üzərinə
götürən, taleyüklü
mərhələdə vaxtında
və düzgün qərarlar qəbul edərək, qətiyyətli
addımlar atmaqla tarixi missiyanı yerinə yetirənlər xalqın əsl liderinə və siyasi fenomenə çevrilir. Məhz tarixi ədaləti bərpa etməyə qadir belə liderin ətrafında sıx birləşən Azərbaycan xalqı 7 fevralda həm də bütün dünyaya öz sözünü dedi. Çoxəsrlik milli dövlətçilik
tariximizin qızıl
dövrü kimi xarakterizə olunan son 20 ildə ölkəmiz silsilə qələbələr,
uğurlar qazanmaqla iqtisadi inkişaf parametrlərinə görə
dünyada lider mövqelərə malik oldu.
Vətən müharibəsində
Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş
Komandan İlham Əliyevin
rəhbərliyi ilə
qazanılan parlaq qələbələr, ərazilərimizin
tam bərpası, suverenliyimizin
təmini firavan gələcəyə doğru
zəfər yolunun davamlı olmasına əsas verir. Siyasi məharəti, yüksək mənəvi
keyfiyyətləri, məğrurluğu,
kommunikasiya bacarığı
sayəsində həm
ölkəmizdə, həm
də beynəlxalq aləmdə nüfuzlu şəxsiyyətlər arasında
rəğbət və
böyük nüfuz qazanan Prezident İlham Əliyev dünyanın ən çətin, mürəkkəb münaqişələrindən
birini həll edərək tarix yaradan dövlət
xadimi, yenilməz sərkərdədir. Azərbaycanın
dünya miqyasında fövqəladə bir nümunə göstərməsi,
ədaləti öz gücü ilə bərpa etməsi beynəlxalq səviyyədə
marağa səbəb
olmaqla bir çox xalqların dillər əzbəri olmuşdur.
Hərbi
əməliyyatlarımız dünyanın aparıcı
ali hərbi məktəblərində öyrənilir,
xalqımızın əyilməz
ruhu, əzmkarlığı,
iradəsi də digər ölkələrin
rəhbərləri səviyyəsində
təqdir olunur. Bu barədə Prezident
İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi
Azərbaycandan olan bir qrup ziyalı
ilə görüşündə
dedikləri daha yerinə düşər:
"İkinci Qarabağ
müharibəsindən keçən
bu iki ildən
bir qədər çox vaxt ərzində mənim xarici həmkarlarımla çoxlu görüşlərim
olub və deyə bilərəm ki, onların mütləq əksəriyyəti soruşurdu,
bu necə oldu, siz bu
Qələbəyə necə
nail oldunuz? Mən də deyirdim ki, bunu izah etmək
üçün gərək
siz bizim həyatımızı yaşayasınız,
bu otuz ili
yaşayasınız". Bəli,
Azərbaycanın regionda
yeni reallıqlar yaratmağı
üçün 30 il+44 gün+23 saat lazım oldu.
Burada bir ibrətamiz hekayəti yenidən xatırlayaq: Bir dəfə
zəngin bir insan məşhur bir rəssama yüksək qiymətə
yaxşı rəsm əsəri yaratmağı
sifariş verir. Az sonra haqqı alınmaqla əsər təqdim olunur. Lakin xəbis, xain xislətli birisi rəsm əsərini sifariş edənə çatdırır ki, bu rəsm çox qısa müddətə ərsəyə gəldiyindən
niyə qarşılığında
bu qədər haqq ödədiniz? Vəziyyətə təəccüblənən,
bir az da təəssüf edən zəngin insan rəssamdan əsərin nə qədər vaxt ərzində hazır olduğunu soruşanda rəssam deyir: 30 il+5 saat. Zəngin insan eyhamı anlayır. Yəqin ki, cənab Prezidentimizin fikirlərindəki
eyham da xarici həmkarlarına aydın
olub.
Hümbət MUSAYEV
Respublika.-
2024.- 15 fevral, ¹34.- S.9.