COP29 DÜNYAYA MÜHÜM TÖHFƏLƏR VERƏCƏK

 

Azərbaycan regionda və bütün dünyada sülhün bərqərar olunmasında və planetimizin ekoloji balansının qorunmasında israrlıdır. Belə ki, ölkəmiz neft-qaz cəhətdən zəngin olsa da, "yaşıl enerji" sahəsində inkişafa da xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda qeyd olunur ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqət göstərilməsi, eyni zamanda iqlim dəyişmələri ilə bağlı görülən işlər çox yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, bu il dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibi seçib.

 

COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizə yüksək etimadın və inamın növbəti göstəricisi, habelə beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın təzahürüdür. Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldilməsi baxımından böyük siyasiiqtisadi əhəmiyyət daşıyır, iqlim dəyişmələrinin fəsadlarının azaldılmasına və "yaşıl enerji"dən istifadəyə yönəlmiş qlobal təşəbbüslərin təşviqində mühüm rol oynayır. Eyni zamanda ölkələri bir araya gətirməklə ətraf mühitin yaxşılaşdırılması, insanların sağlamlığı və təhlükəsizliyi üçün ciddi təhdidlərin aradan qaldırılması istiqamətində qərarların qəbulunu şərtləndirir.

 

Bu gün ölkəmiz iqlim dəyişmələri məsələsinə müasir dövrün çağırışlarına kifayət qədər həssas yanaşması ilə seçilir. Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinə artıq bütün dünya şahiddir. Ölkəmiz bərpaolunan enerjidən istifadə kimi məsuliyyətli məsələni üzərinə götürməklə ətraf mühitə, yeni çağırışlara nə qədər ciddi yanaşdığını və iqlim dəyişmələri, qlobal istiləşmə ilə bağlı problemlərə biganə qalmadığını nümayiş etdirir. Azərbaycan sistemli olaraq iqlim dəyişmələrinə qarşı qlobal mübarizəni dəstəkləyir və səmərəli tədbirlər görür. Bərpaolunan "yaşıl enerji" sahələrində beynəlxalq partnyorlarla birlikdə kifayət qədər iddialı layihələrə imza atıb.

 

İştirakçı sayı və miqyas baxımından isə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyük tədbir olacaq. Tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT ilə məsləhətləşmələr nəticəsində və əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. COP29 zamanı təşkil olunacaq göy və yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması, ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid məkanda təşkili üçün stadionun ətrafında əlavə qurğular quraşdırılacaq. COP29-un loqosu da müəyyənləşdirilib. Loqoda buta motivləri beş fərqli elementi - florafauna, hava və külək, su, enerji və kainatı özündə birləşdirir. COP29-un loqosu bəşəriyyət və ətraf mühit arasında davamlı əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönümlü fəaliyyətin əhəmiyyətini əks etdirir.

 

Konfransa hazırlığın ən vacib istiqamətlərindən biri də əhalinin bu sahədə ekoloji maarifləndirilməsidir. İctimaiyyətin bu mötəbər iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb. Mərkəz vətəndaşlar arasında dayanıqlı vərdişlərin və nümunəvi davranışların inkişafına xidmət göstərəcək, konfransın məqsəd və hədəfləri, iqlim dəyişmələri ilə qlobal mübarizədə kollektiv fəaliyyətin əhəmiyyəti haqqında məlumatların əlçatanlığını və ekoloji biliklərin artırılmasını təmin edəcək.

 

Ziyarətçilərin iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmələri üçün Məlumat Mərkəzində müxtəlif tematik zonalar yaradılıb. Belə ki, COP zonalarında qonaqlar bu mühüm konfransın xronolojicoğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaftiqlim şəraitini izləyə bilərlər.

 

Ekoloji maarifləndirmə və iqlim dəyişmələri istiqamətində gənclərin fəal iştirakının təmin edilməsi məqsədilə COP29 Akademiyası da fəaliyyətə başlayıb. İstənilən ixtisas sahəsi üzrə məzunların müraciətlərini qəbul edəcək Akademiya qeydiyyatdan keçən gənclər üçün ünsiyyət, layihələrin idarə edilməsi, peşəkar davranış kodeksibu kimi yumşaq bacarıqlara yiyələnmək üçün müvafiq mütəxəssislərin iştirakı ilə seminarlara qatılma imkanı yaradacaq. COP29-un iştirakçıları Əməliyyat Şirkəti tərəfindən işlə təmin edilərək tədbirin təşkilinə işçi heyətinin üzvü qismində cəlb ediləcəklər. Bütün bunlar gənclərimizin peşəkar bacarıqlara yiyələnməsinə, təcrübə toplamasına da mühüm töhfə olacaq.

 

Prezident İlham Əliyev iyulun 4-də keçirilmiş "Şanxay Əməkdaşlıq Təşkilatı plyus" formatında tədbirdə və iyulun 6-da Şuşada təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycanın COP29 zamanı inkişaf etmişinkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaqkonsensusa nail olmaq üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Şuşa Zirvə görüşündə qəbul olunmuş "Qarabağ Bəyannaməsi"ndə qardaş türk dövlətləri COP29-da real nəticələrin əldə edilməsi istiqamətində Azərbaycanın səylərini dəstəkləyiblər.

 

Qeyd edək ki, Azərbaycan 2026-cı ildə BMT-nin 5 iyun Ümumdünya Ətraf Mühit Gününə evsahibliyi edəcək. 5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü də ətraf mühitlə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 1972-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilmiş Ümumdünya Ətraf Mühit Günü bəşəriyyət və planetimiz üçün ekoloji tərəqqinin sürətləndirilməsi naminə gerçəkləşdirilən bütün fəaliyyət və tədbirlərdə istər əyani, istərsə də onlayn formatda iştirak edən milyonlarla insan tərəfindən qeyd olunur. 2026-cı ildə Azərbaycanın evsahibliyi edəcəyi Ümumdünya Ətraf Mühit Günü çərçivəsində əsas diqqət iqlim dəyişmələri ilə bağlı məsələlərə yönəldiləcək. Bütün bunlar Azərbaycanın "yaşıl dünya" naminə həmrəylik təşəbbüslərinin mərkəzində irəliləyən ölkələrdən olduğunu, yaşadığımız planetə mühüm töhfələr verdiyini göstərir.

 

Prezident İlham Əliyevin dediyi kimi, "...biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir".

 

Nurəngiz ADİLQIZI,

Respublika .- 2024.- 19 iyul (№ 150).- S.6.