Şuşadan qlobal təşəbbüslər

 

Şuşa bu il də milli mətbuatımızın 149 illiyi münasibətilə Qlobal Media Forumuna ev sahibliyi edir. İyulun 22-dək davam edəcək "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" adlı Qlobal Media Forumunun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertlər və rəsmilər də var.

 

Forum çərçivəsində keçirilən panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparırlar. Şübhəsiz, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar iştirakçılara hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesin barədə məlumat verilir. Ölkə başçımızında çıxış etdiyi Qlobal Media Forumu dünyaya mesajlarla yadda qalır. Jurnalistlərin suallarını cavablandıran cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bu gün bütün dünyanın diqqət mərkəzindədir. Dövlət başçısının regionalqlobal məsələlər barədə səsləndirdiyi fikirlər yeni dünya nizamında olduqca əhəmiyyətli rola malik Azərbaycanın nüfuzunun göstəricisidir.

 

Ötən il də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri mötəbər beynəlxalq tədbirə - "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumuna ev sahibliyi etdi. Əminliklə qeyd edə bilərik ki, Şuşa artıq beynəlxalq tədbirlərin keçirildiyi, qlobal xarakterli müzakirələrin aparıldığı məkan kimi tanınır. Foruma 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilat və media qurumunun qatılması tədbirin qlobal əhəmiyyətini bir daha sübut edir. Bu həm də həqiqətin, reallıqların beynəlxalq ictimaiyyət arasında yayılması üçün olduqca önəmlidir.

 

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtıdır, Şuşa Qələbəmizin və sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının və rəşadətli Ordunun cəsarətinin rəmzidir. Şuşa Azərbaycan xalqının taleyində, tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Ümumən, Qarabağ diyarı şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar, generallar yurdudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşaya xüsusi diqqət göstərilir. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhər və kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun kompleks bərpası və yenidən qurulması istiqamətində intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, qədim qalaya yenidən mədəni həyat qayıdır. Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir.

 

Beynəlxalq inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan qlobal əhəmiyyətli problemlərə qarşı səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz əməli fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə səy göstərir.

 

Beynəlxalq ictimaiyyətlə kommunikasiyaların qurulması Azərbaycan kimi inkişaf dinamikasını daim diqqət mərkəzində saxlayan dövlət üçün olduqca önəmlidir. Ölkə başçımızın bu çərçivədə qətiyyətli addımlar atması, beynəlxalq məkanda bəşəri proseslərə adekvat yanaşma sərgiləməsi, onun şəxsi imicinin ölkəmizə qazandırdığı prestij və divindendlər Azərbaycanın parlaq gələcəyinin qarantıdır. Xüsusilə, Prezident İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı iştirakı hələ də siyasisosial dairələrin diqqət mərkəzindədir. Dünya mediasının aparıcı nümayəndələrinin ölkə başçımıza ünvanladıqları suallarbu çərçivədə praqmatik həll yollarının dilə gətirilməsi Prezident İlham Əliyevin lider kimi bacarıq və keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Əcnəbi media nümayəndələri Azərbaycan həqiqətlərini, ölkəmizin müasir reallıqlarını öz gözləri ilə gördülər. Eyni zamanda Forum vasitəsilə mədəniyyət paytaxtımız Şuşadan növbəti dəfə dünyaya önəmli mesajlar verildi.

 

Qeyd edək ki, Azərbaycanda 5 mindən çox media subyekti fəaliyyət göstərir. KİV-lərə birdəfəlik yardımların verilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər, həmçinin media mənsublarına fəxri adların verilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bir hissəsidir. Eləcə də jurnalistlərin mənzillə təmin olunması, qəzet və jurnalların nəşriyyata olan borclarının silinməsi deyilənlərə əyani misaldır. Məhz Şuşada cənab Prezidentinqeyd etdiyi kimi, Azərbaycanda media qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır. Məhz Azərbaycandakı media qurumları dövlətimiz üçün mühüm önəm daşıyan xəbərlərin qəbuluna daim hazır olmalıdır.

 

Xüsusi vurğulanmalıdır ki, ötən media forumda bir çox məsələlər ətrafında ölkə başçımız aydın və səlis fikirlər səsləndirdi. Üç saata yaxın yerlixarici media nümayəndələrinin suallarını cavablandırarkən Azərbaycanın, regionun gələcəyi, həmçinin dəyişən dünyada baş verən hadisələrlə bağlı Prezident İlham Əliyevin söylədiyi fikirlər beynəlxalq məkanda diqqət mərkəzində dayandı. Ermənistanla münasibətlərin tənzimlənməsinə gəldikdə isə dövlət başçısı bildirib ki, sülh müqaviləsinin imzalanmasına nail olsaq, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaqbu bölgə yüksək risk zonasından çıxmış olacaq. İnvestorlar, ilk növbədə, potensialmümkün riskləri nəzərə alırlar. Ermənistanla münasibətlərin tənzimlənməsi bu sualı gündəmdən çıxaracaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək. Təbii ki, burada Qarabağ və Şərqi Zəngəzurun malik olduğu potensial da nəzərdə tutulur. Hazırda bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasının prioritetliyini nəzərə alsaq, işğaldan azad edilmiş ərazilərimizin bu sahədə zəngin potensiala malik olduğu inkaredilməzdir.

 

Nurlan ABDALOV

Respublika .- 2024.- 21 iyul (№ 152).- S.2.